Bu gün Heydər Əliyevin anadan olmasının 85-ci ildönümüdür
*
Heydər Əliyev 1923-cü ildə mayın 10-da Naxçıvanda anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildə artıq Naxçıvan Muxtar Respublikasının Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işə başlayan Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti isə 1944-cü ildən hesablanır. 20 il sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində çalışaraq, general-mayor rütbəsinədək yüksəlir. Beləliklə o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsi almış ilk azərbaycanlı olur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri olur.
''Nömrə 1 '' realiti-şousu artıq neçə aydır efirdədir. Bu verilişdə indiyədək xeyli müğənni ələnib. Xatırladaq ki, sözügedən yarışmada səsvermə SMS vasitəsi ilədir. Bu şouda ən qalmaqallı mərhələ Aygün Kazımova ilə Natəvan Həbibinin yarışmasında yaşandı. Aygün gənc həmkarını əzici üstünlüklə udacağını güman etsə də bunun tam tərsi baş verdi: Natəvan Həbibi heç kimin gözləmədiyi halda rəqibinə qalib gəldi. Şouda ikinci qalmaqal Natəvanla Xatirə İslamın ?duel?i zamanı yaşandı. Hər iki müğənni xeyli səs topladı. Nəticə isə Xatirənin xeyrinə yekunlaşdı. Həmin vaxt Xatirə İslam 250.325, Natəvan isə 235.535 SMS almışdı. Bu, gerçəkdən bir sensasiya idi
... .
Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olmuşdu. 12 nömrəli Bakı şəhər məktəbində azərbaycan dilində oxuduğu zamanlar müsiqi məktəbinə də oxuyurdu. Ancaq bu məktəbi ona bitirmək nəsib olmadı. Bunlara baxmayaraq 5 yaşından etibarən musiqiye qarşı olan sevgisi Aygünün düzgün yolu seçməsinə səbəb oldu və bütün Azərbaycanın sevgilisi elan etdi.
İlk dəfə professional səhnəyə 1988-ci il "Bakı Payızı"yarışması ilə çıxmışdır. Və ilk qran prini də orada qazanmışdır. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq konkursda, 1992-ci ildə "Asiya dausı", 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olmuşdur. 2000-ci ildə üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür: İlin müğənnisi İlin ko
... .