"Alatoranlıq" filminin ulduzu Robert Pattinson Kannda keçirilən xeyriyyə tədbirində öz öpüşlərini satışa çıxarmalı olub.
Əldə olunan vəsait isə AİDS-ə qarşı mübarizə fondu olan "amfAR" hesabına köçürülüb. Tədbirdə 700 qonaq iştirak edib. Onların da əksəriyyəti tanınmış ulduzlar olub.
Xeyriyyə axşamı şam yeməyi və hərracdan ibarət olub. 10 nəfərlik stolun qiyməti 108 min avro təşkil edib. Fondun rəhbəri Harvi Vaynşteyn Robert Pattinsona öpüşlərini hərraca çıxartmağı təklif edib.
Sonunda 20 min avroya onunla öpüşmək arzusunda olan iki alıcı tapılıb.
Hərracda Bill Klintonun üzərində imzası olan saksafonu 130 min, Madonnanın imzası olan fotoşəkil 35 min, alman aktrisası Nastasiya Kinskinin imzalı fotoşəkli isə 100 min avroya satılıb. Bundan başqa, bir çox məşhurlara aid əşyalar çox yüksək qiymətə satılıb.
BU NE GUNDEDIKI HELE BIR OPUSUN 20 MINE SATIR ! FUUUUUUUU! MEN BIRINCISIN PULSUZ VEREREM IKINCISIN UJE SIZ 300000000000000 MLN VEREREK OPMEK ISTEYECEKSIZ. 536-84-56