28.03.2024, 21:55
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » APREL » 22 » ROYANIN "AYNA"-YA VERDIYI MUSAHIBE...
ROYANIN "AYNA"-YA VERDIYI MUSAHIBE...
19:43

ROYA TOTU-SHOW.TK-DAAA

Quranda deyilir: "Sizin başınıza nə yaxşılıqlar gəlirsə, Allahdandır, pisliklər isə özünüzdən". Siz pisliklərlə rastlaşanda necə olur ki, sınmırsınız?



- Mənim həyatımda pisliklər olmayıb, sadəcə, onlar Allahın mənə yazdığı və yaşatdığı sınaqlar olub. Mən məhz bu sınaqların sahəsində güclənmişəm. Mən əziyyətlərlə, çətinliklərlə rastlaşanda sanki Yaradan mənə deyirdi: "Həyatın bu üzü də var, bu əziyyətləri də var, bunları da keç". Mən də keçib hər bir mübarizəyə hazır olmuşam, çünki həyat mübarizədir.


- Bəs hansı xüsusiyyətiniz sizə sınmamağa, bu əziyyətlərdən keçməyə kömək edir?
- Yəqin ki, inadkarlığım, bir də ətrafımdaki mühitlə - işçilərimlə, dostlarımla bölüşə bilməyim. Çox zaman onlarla məsləhətləşib hansısa bir addımı atıram.

- Deməli, dostlarınız sizi darda qoymurlar...
- Ən yaxın dostlarım işçilərimdir. Pulsuz olduğum vaxtlarda da, mən darda olanda da onlar mənimlə birlikdə idilər.

- Sokrat söyləyib: "Hər kəsin içində bir günəş var, amma imkan verin, o çıxsın". Kimlər Röyanın içində olan günəşin çıxmasına mane olublar? Nə vaxt Röya hiss etdi ki, arzuladığı şöhrət zirvəsindədir?
- Adam düz danışar, yolumu kəsən olmayıb. Həmin günəş isə "Səninəm" mahnısını ifa edəndə göylərdə bərqərar oldu. Bu mahnı bütün məni sevənləri birləşdirdi.

- Nikahınızdan sonra həyatınızda hansı qadağalar peyda olub?
- Hər bir ailəli qadının həyatında olan qadağalar. Qısqanclıq da edir, məsləhət də verir, hansı verilişdə məni görmək istəmədiyini bildirir, efirdə hansı mövzuda danışmağımı lazım bilmədiyini söyləyir.

- Bəs birdən səhnəyə çıxmamağınızı istəsə?
- Yox, onu istəməz. Bir dəfə ona söyləmişdim ki, səni o qədər çox sevirəm ki, desən oxuma, oxumayacağam. O da cavab verdi ki: "Mən yanımda ölü gəzdirmək istəmirəm, sən sənətini tərk etsən, ölüyə bərabər olacaqsan. Adicə hansısa mahnına mən lağ edəndə bir saat mənimlə danışmırsan. Deməli, onları məndən çox sevirsən".

- Siz sevginiz uğrunda çox vuruşdunuz, bəs həyat yoldaşınızı ən çox hansı xüsusiyyətinə görə belə çılğıncasına sevdiniz?
- Hər ikimiz heç kimə nə qulaq asdıq, nə də fikir verdik. Mənim barəmdə ona milyon yalan söyləyirdilər, onun da barəsində mənə. Tam özümüzə güvəndik. Şükür Allaha, indiki xoşbəxtliyimizə heç kəs mane ola bilməz. O, çılğın bir səhnə qadınını evdar xanım etdi, gələcək övladlarının anası kimi gördü. Məncə, kişidə əsas xüsusiyyət öz fikrini yeritməyi bacarmaqdır. O öz fikrini yeritdi: "Mənimdir. Onu alacağam. Düzələcək. Siz görəcəksiniz!". Onu da etdi.

- Gələcək övladınızın cinsiyyəti sizin üçün rol oynayır? Hansı adlar ağlınıza gəlir?
- Yox, rol oynamır. Amma qızım olsa, çox istərdim adını Hülya qoyum, çünki mənim atam adımı məhz Hülya qoyacaqdı, amma anam az qala mən doğulan kimi adımı yazdırmışdı. Bilirdi ki, evdə ad qoymaq üstündə qırğın düşəcək, ona görə də artıq xəstəxanada adımı qoymuşdu.

- Bəs Röya daha çox anasına bənzəyir, yoxsa atasına?
- Atama. Amma xasiyyətcə anama. Anam kimi sonadək məqsədimin dalınca gedirəm. Atam həyatda bir az çox küsən, inciyəndi.

- Ananız hicablı, ibadət edən qadındır. Bildiyiniz kimi, bu il Bakı İslam Mədəniyyəti paytaxtı seçilib. İslam və Röya bir araya gələ bilərmi?
- Mən ibadətə hələ hazır deyiləm, amma Quranda bizə buyurulan qayda-qanunlardan xəbərdaram. Mənim anam on ildir namaza gəlib, niyə mən nə vaxtsa gələ bilmərəm? Həyatda hər şey ola bilər. Mənim anam qədər deyib-gülən, zarafat edən insan yox idi. Bu insandan biz ciddi bir şey eşitmirdik. Hətta anam bətnində əkiz qardaşlarımı gözləyəndə atama demişdi ki, əkiz oğulları olacaq. Amma atam inanmırdı. Yəni anam o qədər zarafatcıl insan idi ki... Anam namaz qılır, elə mənim üçün dua edirsə, bəsimdir. Hələ ki, günahlarımı mənim yerimə anam yuyur.

- Bəs ən böyük günahınız hansıdır?
- Günahsız insan yoxdur, amma mən kiminsə çörəyini əlindən almamışam. Kiminsə ailəsini dağıtmamışam, kiminsə ərini əlindən almamışam. Biz Anarla tanış olanda o artıq birinci həyat yoldaşından ayrılmışdı. Ona görə də alnım açıqdır.

- Müsahibələrinizin birində söyləmişdiniz ki, Zülfiyyə Xanbabayeva mənim idealımdır. Amma siz ona oxşamırsınız. Niyə məhz Zülfiyyə Xanbabayeva?
- Çox istəyirəm onu. Elə oxşamadığım üçün bu sözü alnıaçıq söyləyirəm. Əgər ona oxşasaydım, elə onu yox, özümü sevərdim. Bütövlükdə götürsək, fərqli insanlarıq, amma bizi birləşdirən məqam mahnılarımızda olan lirikadır. İkimiz də yanıqlı, ürəkdən ifa edirik mahnılarımızı.

- Sizin "Dəniz" mahnınız öncə Zülfiyyə xanıma təqdim olunmuşdu, amma o mahnını siz ifa etdiniz...
- Bəli Zülfiyyə xanıma Kamal müəllimin bir neçə mahnısı təqdim olunmuş, o, "Ayrılığa dözərəm" mahnısını seçmişdi. Mən "Dəniz" mahnısını ifa edəndən sonra biz zəngləşdik, Zülfiyyə xanım söylədi ki, mahnının bu cür uğuruna inanmazdı. Mənim yaxşı xüsusiyyətlərimdən biri mahnıya qulaq asdığım anda onun mənim olub-olmadığını hiss etməkdir. Bir də görürsünüz, ətrafımdakı insanlar deyirlər ki, nə gündədir bu mahnı. Mən cavab verirəm: "Görün, mən onu necə düzəldəcəyəm".

- Bu gün hər bir populyar insan tamaşaçının qəlbini hansısa bir yeniliklə fəth edib. Röyanın ən böyük yeniliyi nədən ibarət oldu?
- Düşünürəm ki, həmin yenilik mənim pis və yaxşı addımlarımdan ibarətdir. Hərdən həyatımda elə hadisələr baş verirdi ki, elə bilirdim çölə çıxsam, məni daşa basarlar. Məndə kompleks var ki, birdən mənim haqqımda deyilən yanlış sözə biri inanmasa da, ikisi inanar.

- Bayaq konsertinizdən danışanda söylədiniz ki, ümid edirəm, konsertimi tənqid etməyəcəksiniz. Tənqiddən qorxursunuz?
- Yox, mənim jurnalistlərlə zarafatım var, ona görə elə söyləyirəm. Obyektiv tənqidin tərəfdarıyam. Baxın çox jurnalistlərimiz söyləyirdilər ki, "Aldanma", "Xəyal", "Evlisən" mahnıları bir-birinə çox oxşayır. Ondan sonra beş ay heç nə oxumadım, çünki düz söyləyirdilər, bu mahnıları bir bəstəkar yazdığı üçün oxşarlıqlar çox idi.

- Bu gün sənət aləmində sizinlə yaş fərqi olan, illərlə dostluq edən sənətçilərimiz bir qalmaqal ortaya çıxarıb bir-birlərini efirdə təhqir edirlər. Hamıya məlumdur ki, bir qadın sənətçimizlə sizin münasibətləriniz bir o qədər də hamar deyil. Bəlkə, bu bir şou-biznes qanunudur ki, mütləq kiminləsə yola getməməlisən?
- Yox, qətiyyən. Əslində, bu münaqişənin əsas səbəbkarları jurnalistlərdir. Məni tanıyan jurnalistlərin biri deyə bilərmi ki, on il ərzində, son iki il istisna olmaqla, mən bu xanımın ünvanına bir acıqlı, pis söz söyləmişəm!? Ortada dolaşan insanlar var idi, çünki mənim onunla, ümumiyyətlə, ünsiyyətim yox idi. O, "10-lar" verilişinə çıxıb makiyaj söhbətini başladı ki, Röya çıxsın efirə makiyajsız və mən çıxım makiyajsız. O bir ara efirə çıxmır, qapalı həyat sürürdü, elə insan isə hər sözə inanır. Ortada olsaydı, kimdənsə soruşar, kiminləsə müzakirə edərdi. Bu səbəbdən onu da, bəlkə, qınamaq olmaz. O mənimlə üzbəüz danışmalı idi, amma bu həngaməni ortaya çıxardı və bundan sonra mənimlə görüşmək istədi, onda artıq mən istəmədim.

- Bəs yaşda kiçik olduğunuzu nəzərə alıb bu barışıq addımını niyə atmadınız?
- Çünki bir kiçik kimi mənim qəlbim sınmışdı. Mən istərdim ki, birlik olsun, o mənim konsertimə gəlsin. Hətta mən iki il öncə söyləmişdim ki, Aygün Kazımova ilə duet ifa etmək istərdim. O isə çıxıb efirdə dedi: "Qoy o növbəyə dayansın". Artıq onda mən barmağımı dişlədim ki, burada nəsə var, deməli, mən onu qıcıqlandırıram. Mən heç bir böyük sənətçiyə qarşı hörmətsizlik etməmişəm. Məndən bir yaş da böyük olan insanı görəndə ayağa qalxıb onu qucaqlayıb öpmüşəm. Bu barədə alnım açıqdır. Mən xoşlayıram ki, sözü üzümə söyləsinlər. Yoxsa mənimlə görüşür, öpüşür, ertəsi günü efirə çıxıb başıma ağıl qoyur. Mənim atam, həyat yoldaşım, işçilərim, dostlarım var, onların tənqidinə dözə bilərəm, amma yad insanın sözü varsa, efir vasitəsilə yox, gəlib sözünü üzümə desin.
Təsəvvür edək ki, 10 ildən sonra hansısa bir gözəl, səhnəyə yenicə çıxmış müğənni dəniz kənarında foto-sessiya keçirəcək və şəkli jurnalların üz qabığında çıxacaq, mən isə deyəcəyəm ki: "Bunu yığışdırmaq lazımdır! Bizim mentalitetimizə uyğun deyil". Bu nə qədər düzgün olar? Halbuki, mənə belə irad tutan insanlar bu yolları məndən qabaq keçiblər.

- Çoxları Röyanı səmimiliyinə görə sevir. Röya nə qədər səmimidir?
- Mən o qədər də səmimi insan deyiləm. Üç il qabaq baş verən bir hadisədən danışmaq istəyirəm. Bir dəfə konsertdə çıxış etməli idim, səhnə arxasına keçdim və orada jurnalistlər də var idi, məni uzaqdan salamladılar. Ardımca mənim yaşıdım olan bir müğənni girdi içəri, amma sənətdə və populyarlıqda hər baxımdan ondan böyük idim. Hamı ayağa durub onun yanına qaçdı. O da nazla gəlib oturdu. Onda anladım ki, insan gərək özünü "yekəxana" aparsın ki, onun qabağına qaçsınlar, ona hörmət etsinlər. Sabah hansısa verilişin aparıcısı səni görəndə: "Az, necəsən?" deyib müraciət etməsin, çünki sabah o bircə damcı yüksəlsə, bilmək olmaz ki, başına nə oyun gətirə bilər. Mənə hörmət etməyənlərə qarşı səmimiliyim yoxdur. İnsanlara hörmət qoyuram. Bəzilərinə qarşı hörmət saxlamıramsa, orada söyüş də, dava da ola bilər. Amma çox xoşbəxtəm ki, kinsiz insanam.

- Xoşbəxtliyi bir sözlə ifadə edin...
- SEVGİ. Məni yaşadan və xoşbəxt edən insanların mənə qarşı sevgisidir. // Ayna


BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 2692 | MÜƏLLİF: totu-show |
ÜMUMİ SƏRH:  33 1 2 »
tnager ŞƏRH # 33
 
COX GOZEL XANIMDAN ,COX GOZEL MUSAHIBE.ROYA SEN SUPER-PUPERSEN.BEZI QATARI GEDENLERE FIKIR VERME.SENIN SESINDEN HEC KIMDE YOXDU VE OLMAYACAQ.

 

  
 


ERON ŞƏRH # 32
 
ROYA SENSIZ HEYAT , ......
ROYASIZ HEYATI DUSUNEDE BILMIREM VALLAH ! ROYA YEK


 

  
 


smok ŞƏRH # 31
 
ROYA SESINDE ,OZUNDE COX GOZELSEN VE SEHNEYE COX YARASIRSAN.SEN N1-SEN.

 

  
 


TU-3-REF ŞƏRH # 30
 
MARAQLI MUSAHIBEDI.THANKS

 

  
 


YANIQ_KEREMLER ŞƏRH # 29
 
NO COMMENT


 

  
 


DROP ŞƏRH # 28
 
ROYANIN SHOW VERLISI OLSAYDI ZOR OLARDIYEEEEEEEEEE

 

  
 


GUNAY ŞƏRH # 27
 
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
ROYAAAAAAAAAAAAAAAAAAA----ROYAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA---
-NOMRE 1 -- SUPER STAR - SEMIMI MUGENNI -- HEYATIM -- ANARIN HEYATI -- : ) - UREYIM --


 

  
 


RAZIN ŞƏRH # 26
 
sleep

 

  
 


totu-show ŞƏRH # 25
 


 

  
 


GYT ŞƏRH # 24
 
ROYA SENE OMRUM QURBAN...ME SENI COOOOOOOOOOOOOOOOOOOOOOOOOX SEVIREM.AZERBAYCANIN 1 NOMRELI MUGENNISI ROYAAAAAAAAAAAAAAAA

 

  
 


X_MAN ŞƏRH # 23
 
seviyesizler

 

  
 


smok ŞƏRH # 22
 
ona gore ki, eyni bestekar yazib.ROYA den N1-SEN

 

  
 


UREK_BIR_DEFE_SEVIR ŞƏRH # 21
 
"Aldanma", "Xəyal", "Evlisən" mahnıları bir-birinə çox oxşayır

 

  
 


smok ŞƏRH # 20
 
ROYA XANIMIN COX XOSBEXT AILESI VAR VE INSALLAH BELEDE DAVAM EDECEK.SENETDE ARTIQ 7 ILDIR KI, ROYA HEM SESI ILE HEM XARICI GORUNUSU ILE ,HEM DE FANATLARININ SAYI ILE <MILYONLARLA> BIRINCIDI...ROYA XANIMA BIR MESLEHET.ROYA SENIN ADINLA BEZILERI KIFAYET QEDER REKLAM OLUNUB.ARTIQ ONLARI REKLAM ETME.

 

  
 


ROLF_FER ŞƏRH # 19
 
ROYA-YEK-NOMRE-1-SUPER-STAR-AZERBAYCANİN-EN-SEVİMLİ-XANİMİ-SUPER-SES-DUNYALAR-QED ER-SEVDİYİM-VE-SŞ BU SOZLERİ DAHA COX UZATMAQ OLAR......

 

  
 


X_MAN ŞƏRH # 18
 
1-2 fanatin yalanci serhleri)))1 nomre olmadigini defelernen subut etmiwem

 

  
 


FER777 ŞƏRH # 17
 
super...teesekkurler

 

  
 


sabir ŞƏRH # 16
 
ROYA SEN COX GOZELSEN VE SEHNEYE COX YARASIRSAN.SEN N1-SEN.SENIN YOLUNU HEC KIM KESE BILMEYECEK.

 

  
 


smok ŞƏRH # 15
 
ROYA SEN SUPERSEN.ALLAH SENI XOSBEXT ETSIN.SESINDE ,OZUNDE COX GOZELSEN VE SEHNEYE COX YARASIRSAN.SEN VE ANAR COX XOSBEXTSIZ VE BELEDE QALIN.BEZI NIKAHDAN KENAR USAQ DUNYAYA GETIREN VE BUNU GIZLEDEN YASLI MUGENNILERE OLUM OLSUN.ROYA SEN HEC KIME FIKIR VERME.PAXILLIGINI HAMI CEKIR ,AMMA EN COX SENIN FANAT ORDUN VAR VE SEN N1-SEN

 

  
 


FANATKA_ROYA ŞƏRH # 14
 


 

  
 


SURI ŞƏRH # 13
 
wink wink smile

 

  
 


X_MAN ŞƏRH # 12
 
ERON SENINLE DE ADAM KIMI REFTAR ELEMEK OLMUR DEYESEN.MENIM VAXTIM OLMUR NETE GIRMEYE KIMI KIM NE ISTEYIR ELIYIR TOTU-SHOW DA BUTUN XEBERLERI QEBUL ELIYIR.AYGUN HAQQINDA YAZILAN O XEBERIN NECE SEHV OLDUGUNU HAMIMIZ BILIRIY OZU DE O HANSISA KUCEDE QALMIWIN YAZDIGI YAZIDI BELKE DE ROYA PUL VERIB YAZDIRIB.
AMA ERON ISTIRSENSE MEN DE SAYTDA SENIN HAQQINDA MEQALE YAZIM SENIN VE WEKILLERIN NETDE NECE MEWHUR OLDUGUNU QEYD EDIM ORDA.QOY BILMIYENLER DE BILSIN.BELKE MUWTERILERIN ARTAR


 

  
 


X_MAN ŞƏRH # 11
 
qeyri semimi musahibe

 

  
 


GUNAY ŞƏRH # 10
 
ELIN SEVINCI ,
SESIM BIRINCI,
HER ISDE BIRINCI ROYAYAMMMMMMMMMMMMMMMMMMMMMMM


 

  
 


DROP ŞƏRH # 9
 
SUPER !
TESEKKURLER ....
ROYA YEK


 

  
 


ele ŞƏRH # 8
 
roya FUUUUUUUUUUU poor sick sick sick

 

  
 


FORME ŞƏRH # 7
 
Nikahınızdan sonra həyatınızda hansı qadağalar peyda olub?
- Hər bir ailəli qadının həyatında olan qadağalar. Qısqanclıq da edir, məsləhət də verir, hansı verilişdə məni görmək istəmədiyini bildirir, efirdə hansı mövzuda danışmağımı lazım bilmədiyini söyləyir

--------------

AY ALLAH NE QEDER GOPLAYIR BU! HEC ANAR SENI VECINEDE ALMIR CUNKI YALANCI EVLILIKLERDE HEMISE BELE OLUR! tongue

 

  
 


ERON ŞƏRH # 6
 
\ applause applause applause /

 

  
 


FANATKA_AYGUN ŞƏRH # 5
 
AYGUN SEN YEKSEN VE YEKIN TERSI OLAN INSANLARA DA FIKIR VERME ...

 

  
 


GYT ŞƏRH # 4
 
QORXUDUR MENI SEVGILIM AYRILIQ ,
FANI DUNYADA
OLMASIN IKI SEY OLUM , AYRILIQ !


 

  
 


1-30 31-33
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!