əsas səhifə » 2009 » APREL » 14 » Sərxan Kərəmoğlu: “Flora Kərimovanı da, vəkilini də qarşımda diz çökdürəcəm”
Sərxan Kərəmoğlu: “Flora Kərimovanı da, vəkilini də qarşımda diz çökdürəcəm”
19:51
Aktyor Sərxan Kərəmoğlunun Lent.az-a müsahibəsi
- Flora Kərimova ilə barışmağınızla bağlı mətbuatda xəbərlər yayılıb. - Ayın 8-də Gəncə şəhərində hakim Salman Rzayevin sədrliyi ilə məhkəməyə hazırlıq prosesi keçirilib. İddia ərizəsi ilə çıxış edən Flora Kərimova və onun vəkili Yunis Vəliyev iştirak edirdi. Mən isə hüquqlarımı həmin gün özüm qoruyurdum. Vəkilim Şəfiqə Nağıyeva digər prosesdə olduğundan məhkəməyə gələ bilməmişdi. İddia ərizəsində Flora Kərimova “Biz+” jurnalında Flora Kərimovanı “vaxtilə məni şantaj edirdi, Flora Kərimova qaniçəndi və qızı Zümrüdü hansısa işdən ötrü mənə qurban edib” sözlərini əsas gətirərək, məni məhkəməyə verib. Mən məhkəmədə uzun-uzadı danışdım ki, İlhamə Quliyevanı niyə məhkəməyə vermişəm, niyə o məni məhkəməyə verib və s. Flora Kərimova həmişə deyirdi ki, mənim saçımı yolublar, başımdan parik çıxarıblar. Özünün dediyinə görə, təhqiramiz sözlər işlədiblər. Gedin, həmin insanları, özünüz, kürəkəniniz haqqında bütün bu sözləri deyən insanları məhkəməyə verin. Siz nəyə görə tutmusunuz Faiq Ağayevdən? Nə var - nə var, Faiq İlhaməyə yaxınıdır. İndi də tutmusunuz ki, Sərxan İlhamə ilə barışdı. Buna görə də məhkəməyə vermisiniz məni. “Ilhamə səhnəyə göbəyi açıq gəldi, sinəsi açıq oldu, gəncləri pozur”. Dedim, möhtərəm hakim, getsin, İlhamə Quliyevanın məhkəməsində bu sözləri desin. Yetərincə də özünə layiqli cavabını alar. Hakimə dedim ki, Flora Kərimova məni İlhamə Quliyevaya görə məhkəməyə verib. Demir yazılıb jurnalda? Mən həmin yazıya görə təkzib verirəm. Lazımdısa, lap qucaqlayım Floranı, öpüm saçından-başından. Burada nə var k,i burada problemli heç nə yoxdur. Mən təkzib verirəm. O yazını yazan qız da onun qısa variantını yazıb. - Flora Kərimova ilə İlhamə Quliyeva münaqişəsi tarixə söykənir – bu, məlumdur. Aydın olmayan sizin gah Flora Kərmovanın, gah da İlhamə Quliyevanın yanında olmağınızdır. Sabah sizi yenidən İlhamə Quliyevaya düşmən, Flora Kərimovaya dost görə bilərik? - Olmayacaq. Mən sizə bir söz deyim. Flora Kərimova ilə biz heç vaxt dost olmamışıq. İlhamə Quliyeva ilə isə həqiqi dost olmuşuq. Həmişə demişəm ki, İlhamə xanım, efirə çıxanda mənim adımı çəkməyin. Qoy kimsə bilməsin ki, bizim bir-birimizə marağımız var. Biz-birimizə olmayacaq sözlər demişik, olmazın hərəkətlər etmişik. O fikirləşirdi ki, Sərxan bu addımı atdısa, mən niyə bunu deməməliyəm. Mən də bu fikirdə olmuşam ki, niyə İlhamə belə etdi, mən İlhaməni ağlar qoymalıyam. Yəni istəkdən bir-birimizi incitdik. Mən sözümü deyirdim, bunu İlhamə Quliyevaya çatdırmaq vacib deyildi. -İlhamə Quliyeva illərin sənətkarıdır. Özünə də çox hörmət edir. Siz bu qədərmi yaxın dost idiniz ki, haqqında belə sözlər danışmağınıza icazə verdi və sizi bağışladı? - Mənim İlhamə Quliyevadan asılı heç nəyim yoxdur. Mən İlhamə Quliyevadan sənətimlə bağlı heç nə istəməmişəm, nə də xahiş etmişəm. O mənə filmimdə dəstək olub. Bizim ailəvi dostluğumuz olub. Mənim onun anasına hörmətim olub, onun da mənim həyat yoldaşıma. Mən onun evinə onsuz gedib gəlmişəm, o mənim evimə mənsiz gəlib. Bizim münasibətimiz çox sıx olub. Həqiqi dost olmuşuq, bizim aramızda yaş fərqi olmayıb. Mən görəndə ki, İlhamə mənə qarşı bu addamı atdı, bu məni qıcıqlanldırdı. Biz istəyərəkdən, bilərəkdən bir-birimizə acıq vermək üçün söz atmışıq. Bizim də qəlbimiz var... Amma bu odun üstünə su tökən olmadı, kerosin tökdülər. - Necə barışdınız? - Mən İlhamə xanıma qarşı bir neçə iddia irəli sürmüşdüm o da mənə qarşı həmçinin. Fikirləşdim ki, bunu uzatmağın mənası yoxdu. Hakimə yaxınlaşdım və dedim ki, ərizəni götürməyə gəlmişəm. Vəkilimin də xəbəri olmadı. İlhamə xanım biləndən sonra onun mətbuat katibi Faiq Ələkbərli mənə zəng elədi ki, İlhamə xanım da ərizəni götürdü. Sonra dedi ki, bəlkə görüşəsiniz? Dedim görüşməyin mənası yoxdur. Dedi yox, yaşca kiçiksən, gedin görüşün. Mən içəri girdim, ayağa qalxdı, öpüşdük görüşdük. Elə bil heç nə olmayıb. Yedik-içdik, bir kəlmə danışmadıq. Ayağa qalxanda bircə onu dedi ki, sən mənə olmazın sözlər dedin, mən də sənə. Görün, bu qadın nə qədər çoxbilmi qadındır! Mən hakimin qarşısında onu seçim qarşısında qoydum. Dedim, Flora xanım barəsində mən təkzib verim, öpüm- qucaqlayım. Hakim də dedi, öpməkdən danışma. Dedim, əşi, qırx ildi hamı öpür, bir dəfə də mən öpsəm nə olar? Mən onu seçim qarşısında qoydum, o da dedi, “da, qospodin sudya, da, xoroşo”... Gəlib yolda fikirləşib ki, niyə təkzib verim, Sərxanın qanın içmək lazımdı! Vəkil baxır ki, Floradan pul almalıdı. Getdi qəzetlərdə yazdı ki, Sərxan Floranın qarşısında diz çöküb. Mən zəng vurub dedim, fikrimi öyrənməmiş yazırsınız. Dedim, mən Flora Kərimovanın və Yunis Vəliyevi qarşımda diz çökdürəcəm, mənə fərq etməz xalq artistidi, ya nədir! - Siz hansı mənada deyirsiniz ki, mənə fərq etməz xalq artistidir? - Mənim üçün o, vətəndaşdı. Qanun qarşısında cavabdehdir. Məhkəmədə hakim soruşdu ki, böyük kimi Sərxan Kərəmoğlu barəsində iddianı geri götür. Dedi, barmağımın ucunu da tərpətmərəm. Flora Kərimovanın iç üzü artıq məlumdur. Mən şəxsən onun atdığı addımı dəstəkləmirəm, xanım, sənətçi və xalq artisti olaraq yaraşdırmıram. Sən demə, o, bu işlər üçün yetişib. Mənim vaxtım yoxdur ki, on gündən bir məhkəməyə gedim gəlim. Bunun işi bugünkü gündə məhkəmələri gəzməkdi. “Sərxan diz çökdü” yazdılar ki Sərxan qızışsın. Flora Kərimovanın üzü olacaqmı ayın 30-da məhkəməyə getsin? İnanmıram üzü olsun! Üzü olsa mən tüpürəcəm ona, Flora sənətinə, Flora şəxsiyyətinə, Flora simasına ki, burada sən dedin bu iş bağlayaq, bitsin. Amma gedən kimi yazdırdın ki, Sərxan Kərəmoğlu qarşımda diz çökdü. Mən nə vaxt diz çökdüm, sən məhkəmədə idin, mən məhkəmədə səni salonda qoyub getmişəm... Ay Yunis Vəliyev, harada gördün mənim düz çökməyimi? Mən təmiz qadının, mömin bir qadının qarşısında diz çökərəm, Flora Kərimovanın qarşısında yox!
YENE AYGUN QALMAQALI OLSAYDI NEYSE AMA BUNLARIN DAVALARI LEZET ELEMIR...CUNKI ZOR CAVAB VEREN OLMUR BIR-BIRINE AMA AYGUN OLSAYDI .........................