Xalq artistinin mətbuat xidməti və vəkili birgə bəyanat yayıb
Faiq Ağayevin mətbuat xidməti və vəkili Camil Məmmədovun birgə bəyanat yayılıb. ANS PRESS-in yaydığı məlumata görə, bəyanatda aşağıdakılar bildirilib: “Dünən Yasamal rayon məhkəməsində Xalq artisti Flora Kərimova və Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının Xalq artisti Faiq Ağayevə qarşı qaldırdığı iddia üzrə hakim Raqif Abbasovun sədrliyi ilə məhkəmə iclası keçirilib.
İclas zamanı Faiq Ağayev qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edib. Hakim Raqif Abbasov qarşılıqlı iddia ərizəsini qəbul edib. Flora Kərimovanın vəkil və nümayəndələrinin qarşılıqlı iddia ərizəsi ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyindən, növbəti iclas aprelin 16-na təyin edilib. İclasın sonunda F.Kərimovanın nümayəndəsi Qurban Məmmədov barışıq təklifi ilə çıxış edib. Hakim bu məsələyə məhəkəmənin növbəti iclasında baxılacağını söyləyib”.