Azərı qızı Rza Zerrabdan vaz keçənə oxşamır
Azəri qızı Günellə Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş arasında azərbaycanlı iş adamı və bəstəkar Rza Zərrabı bölüşdürə bilməmək üstündə başlayan dava hələ də davam edir.
Xəbərə görə, Günelin Rza Zerrabın hətta Ebrunun yanından belə ona qızıl güllər və eşq mesajları yolladığını, Ebru ilə bir evdə yaşadığını deməsinin üstündən başlayan söz dueli pik nöqtəsinə çatır. Günellə 8 il bir evdə yaşadığını, hətta Azəri qızının İbrahim Tatlısəsi barışmaq üçün ona elçi göndərdiyini deyən Zərrab “ona nə mesaj, nə də çiçək göndərdim. Amma Ebru xanıma ömrümün sonuna qədər çiçək yollayacağam” deyib.
Bundan əsəbiləşən Günel isə acığını çıxmağın orijinal sayıla biləcək yolunu tapıb. O, Facebookdakı ünvanında Rza Zerrabın ona göndərdiyi çiçəklərin şəkilini yerləşdirərək, “bu rəsm sənə cavab olsun” yazıb.
|