01.06.2023, 01:20
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » MART » 15 » Müğənni Xatun: Şou-biznesin generallarından qorxuram
Müğənni Xatun: Şou-biznesin generallarından qorxuram
23:59

null

"Çalışıram ki, heç kəslə səmimi olmayım"


Hərdən də elə anlar olur ki, adam deyir, “aaa, mən dahiyəm”

Bir vaxtlar “Ay batdı, gün batdı, oyan artıq, Röya bitdi, mən gəldim” deyən müğənni Xatun hazırda yeni mahnılar üzərində çalışır. Klip.az-ın qonağı olan Xatun söhbətə şou-biznesin tanınmış stilistlərdən biri, həm də doğmaca qardaşı olan Balaşdan başladı: 
- Mənim prodüserim, sponsorum qardaşım Balaşdır. Bəziləri prodüser sözünün mənasını bilmirlər. Prodüser müğənninin saç düzümündən tutmuş geyiminə kimi hər şeyə fikir verməlidir. Qardaşım mənə bu işlərdə çox kömək edir. Həm də, mənim bir nömrəli fanatımdı (gülür). Hərdən bu şou-biznesin bərkinə-boşuna düşəndə fikirləşirəm ki, o qədər insanlar var, onları efirdə görmüşəm, elə bilmişəm ki, mələkdilər. Amma yaxından tanıyanda, türklər demişkən, xəyal qırıqlığına uğrayıram. Amma həmişə Allaha şükür edirəm ki, nə yaxşı şou-biznesdə olan qardaşım var. Doğrudan da, elə sözlər var ki, yalnız ona deyə bilirəm. O mənə çox şeyi başa salır. Müğənniyə əsas odur ki, yanında etibarlı adam olsun. Mənimçün həmin o etibarlı adam Balaşdır. Düzdür, dostlarım var, amma Balaş ən etibarlısıdır. Şanslıyam ki, qardaşım həm də dostumdur.

• Həm də stilistinizdir...
• Sözün düzü, bu işə təzə-təzə başlayanda bir komanda ilə çalışırdım. Efirə çıxmamışdan qabaq iki il hazırlıq gördüm. Vokal dərsləri, səhnə mədəniyyəti, sonra idmanla məşğul oldum. 

• Yeri gəlmişkən soruşum, musiqi təhsiliniz var?
• Hə, 16 nömrəli musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Ondan əlavə, Mahirə xanımdan, Ofelya xanımdan vokal dərsləri almışam. Hə, mən nə danışırdım?... 

• Səhnəyə təzə gəldiyiniz vaxtlardan...
• Hə, təzə gələndə mən bir modelyerlə çalışırdım, onlar mənim paltarlarımı hazırlayırdılar. Balaşa deyirdi ki, qarışma, sən ancaq saç işinə baxırsan. Balaşla onun fikirləri üst-üstə düşmürdü. (Yanında əyləşən mahnılarının bəstəkarı və dostu Azər Nəsibov münasibətini bildirir: “İt günündə paltar tikirdi”). Hə, o da pis eləyirdi... Balaş da bəyənmirdi...

• Hansı modelyerdən söhbət gedir?
• (Azər yenı replika atır: Tanınmış adam deyil) Reklam olar onunçun (gülür). Amma indi belə deyək də, Balaş qarışır. Məndən yalnız bir şeyə görə narazıdır. İstəyir ki, arıqlayım. Mənə də arıq olmaq yaraşmır. O mənə deyir ki, sənin iradən yoxdur, arıqlamırsan. Düzü, arıqlamışam e, amma o istəyir ki, lap skelet olum.

• Sizinki kiminlə düz gətirmir?
• Mən təzə-təzə gələndə bir az Röya ilə insident yaşandı. O da ki, doğrudan da olan bir şey idi, yalan deyildi. Düzü, mən indi bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, indi heç kəslə insident, qalmaqal yaşamaq istəmirəm. 

• Rəqibləri necə sındırırsız?
• Müğənni rəqibini sənətilə sındırmalıdır, məncə. O gündəmdə olsa, sənətilə yüksəlsə, yaxşı mahnılar ifa eləsə, rəqiblər sınar. 

• Özünüzdən razısız?
• Elə görsənirəm? (gülür). Elə deyirlər. Amma yox, mən öz işlərimdən heç vaxt razı qalmıram. Mənə hamı deyir ki, efirdə özündən çox razı görsənirsən, amma həyatda... Bir də görürsən insan hərdən elə hərəkət edir ki, vicdanı onu rahat buraxmır. Hamımız insanıq da, mələk deyilik ki. Və mən həmişə vicdanımın səsinə qulaq asan adamam. Lap elə anlar olur ki, adam güzgüyə baxanda özündən bezir. Hərdən də elə anlar olur ki, adam deyir, “aaa, mən dahiyəm” (gülür) 

• Özünüzə qulaq asırsız?
• Yox, mən özümə qulaq asmağı sevmirəm. Elə müğənnilər var ki, görürsən özlərinə qulaq asırlar, oynayırlar. Görəndə ki, hətta başqa yerdə də mənə qulaq asırlar, deyirəm, kəsin onun səsini. (Gülür)

• Başqası desə, nə edərsiz?
• Normal qəbul edərəm. Heç nə demərəm. Doğrudan da zövqlər müxtəlifdir e. 

• Gün ərzində nə qədər işləyirsiz?
• Demək olar ki, bütün günü. Dünya musiqisinə qulaq asıram. Ən çox da idealım Tina Torneri dinləyirəm, ölürəm onunçun. Şadeyə, Corc Maykla qulaq asıram. Qulaqcıq həmişə qulağımda olur. Bütün günü də oxuya-oxuya gəzirəm. Məsələn, bayaq siz gecikdiz, mən artıq “sən gəlməz oldun”u oxuyurdum. Gənclərə də, muğama da əhval-ruhiyyəmə görə qulaq asıram. Samir Bağırova, Fidan Süleymanovanın 1-2 mahnısı var ki, onlara qulaq asıram. Amma elə adamlar da var ki, onları tanıdığıma görə qulaq asa bilmirəm. 

• “Ay batdı, gün batdı, oyan artıq Röya bitdi, mən gəldim”. Yəni?
• Həə, hamı deyir e. Deyirlər ki, heç olmasa daş atanda birinə atardın da, ikisinə də birdən... 

Bu yerdə mahnının bəstəkarı Azər Nəsibov yenidən müdaxilə edir:
• Bilirsiz, heç kəs bunu mənə irad tuta bilməz ki, niyə belə yazmısan. 
• İrad tutmuruq, soruşuruq ki, məqsədyönlü şəkildə belə yazılıb Xatun üçün?
• Oxuyanda günah yoxdu, bunu mən yazmışam və mən eynimə də almamışam ki, kimsə nəsə deyəcək, bu gün də eynimə almıram. 

Xatun: 
• Mən obraz yaratmışam da.
Azər Nəsibov: 
 • Xatunun ürəyini oxuyub yazmışam (gülürlər)
Xatun:
• Mənə deyirdilər ki, sən gərək buna klip çəkdirəydin-filan... (cümləni tamamlasa da, sonra bunun yazılmamasını rica edir).
 
• Şou-biznesin bossları, generalları ilə necə yola gedirsiz?
• Təzə-təzə gələndə ünsiyyətdə olduğum müğənnilərdən eşidirdim ki, kimsə deyir- məni filankəs filan konsertdən çıxartdı, nə bilim nə. Mən onda elə bilirdim ki, kimsə özünü yaxşı aparmayıb-filan ona görə də belə bir şeylə qarşılaşıb. İnanın, elə deyil. Bir siyahı bəlkə 5 dəfə dəyişilir. 

• Kim eləyir bunu?
• Eləyənlər var da. Yox, deyə bilmərəm adını.

• Niyə? Qorxursuz?
• Qorxuram, hə... Məsələn, məcazi mənada deyim də. Tutaq ki, Xatun indi toxumu səpir də hələ. İndi bu toxumlar gərək cücərsin, boya-başa çatsın, insanlar bundan bəhrələnsin. Qorxuram ki, gəlib o cücərən yerləri şumlayarlar. Ona görə deyə bilmərəm. Doğrudan elə insanlar var ki, bu gün sənətdə hər şeyə nail olublar, amma oturub Xatunu müzakirə eləyirlər. Düzü, böyük söz danışmaqdan xoşum gəlmir. Bir şeyin şahidi olmuşam ki, böyük söz danışanı Allah yerində otuzdurur. Bilirsiz, əslində çalışıram ki, heç kəslə səmimi olmayım. Ümumiyyətlə, mən fikirləşirəm ki, eyni sənət sahibləri bir-biri ilə səmimi ola bilməz. Məsələn, bu yaxınlarda bir müğənni ilə yaxşı münasibət quruldu, hətta mən ona kömək də etmək istəyirdim, baxmayaraq ki, mənim özümə kömək lazımdır. Amma sonra, vallah, onu tanımağıma peşman oldum. 

• Mahnı seçimini necə edirsiz? 
• Mənim artıq 15 dənə mahnım var. İlk dəfə il yarım bundan əvvəl mən səhnəyə çıxanda 12 mahnım vardı, hamısı da yüksək səviyyədə aranjeman olunmuş və onların içində ən çox sevilən “Səndən ötrü” oldu. Və o mahnılarda inanın ki, sözlər də, musiqi də xüsusilə seçilmişdi. Elə mahnı var ki, üslubuma uyğun olmur, oxumuram. Ən çox mahnının sözlərinə fikir verirəm. Məsələn, Azərin “Qara nöqtə” mahnısını oxudum. Mövzu təzə idi deyə çox cana yaxın oldu. (Bu yerdə mahnıdan bir parça oxuyur). 

• Öz mahnılarından ən sevdiyin hansıdır?
• “Səndən ötrü”nü heç sevmirdim, elə-belə getdim oxudum. Amma hara gedirəm hamı, ən çox da uşaqlar, istəyir o mahnını oxuyum. Ən çox sevdiyim mahnım isə, həmişə deyirəm, “Qara nöqtə”dir. Bu yaxınlarda Gövhər Həsənzadə, Tahir Əkbər, bir də Aybəniz Güllər mənə mahnı hədiyyə eləyib. 

• Mahnıya pul verirsiz?
• Əslində mən bu tərəfdən də çox şanslı adamam ki, mənə həmişə hədiyyə ediblər mahnıları. Məsələn, Aybəniz Güllər. Ona İlhamə xanım dedi ki, Xatuna bir mahnı ver. İnanın ki, sözlü, musiqili, aranjemanlı hədiyyə olundu o mahnı mənə. 

• Bəs indi pulla almazsız?
• Yox.

• Niyə?
• Çünki mən fikirləşmirəm ki, həmən birindən gedib mahnı istəsəm, o mənə şedevr mahnısını verəcək, o şedevri məndən tanınmış müğənnilərə hədiyyə edəcək. Bilirəm də, mənə elə-belə, geydirmə bir mahnısını verəcək. Olub da, bir dəfə bir bəstəkar mahnıları qoyub qabağıma ki, seç. Mən elə bir mahnını seçmişəm ki, deyib yox, mən bunu sənə verə bilmərəm. Deyir, bəy verən atın dişinə baxmazlar ki. Amma mən o mahnını bəyənməmişəm.

• Bəs Azərə qonorar ödəməmisiz?
• Azərə yox.

• Bəs bu nə dərəcədə düzgündür, axı siz o mahnı ilə şoulara, toylara gedib pul qazanırsız, amma mahnının bəstəkarına heç nə ödəmirsiz?
• Mənə qarşı kimsə yaxşılıq eləyirsə, onu qiymətləndirirəm. Əvəzsiz qalmır.

• Necə olur bəs bu qiymətləndirmə?
• Vallah, onu demək... mən deyə bilmərəm də... Bax, məsələn, “Səndən ötrü” mahnısını mənə hədiyyə etmişdilər. Hədiyyə deyəndə ki, musiqi rəhbərimizə pul vermişdim, daha bilmirəm vermişdi ona, ya yox. Amma mənim mahnım hit olandan sonra ona hədiyyə aldım, o da gördü ki, mən diqqətsiz deyiləm. Çünki mən o mahnıdan pul qazanıram axı. Ümumiyyətlə, gənclərdən oxumağa daha çox üstünlük verirəm. Onlarda şablon olmur ona görə. 

• Elə bəstəkar varmı ki, ondan bir mahnı oxumaq istəyirsiz, amma hələ alınmayıb?
• Olub, Aygün Səmədzadədən oxumaq istəyirdim. Bunu efirdə də demişəm bir dəfə. İştəyərdim. Sözün düzü, deyirlər bir az kaprizli xanımdır. 

• Özünüzə aid oxumusuz heç?
• Bütün mahnılarımda məndən bir az var. Demirəm, hələ şedevrimi yaratmışam. Amma mahnılarım yaxşı tanındı. İndi də yeni mahnılarım var. 

• Hazırda retro mahnıları yenidən oxumaq dəbdədir. Nə əcəb hələ belə bir addım atmamısız? 
• Hə, 1-2 mahnı var ki, gözaltı eləmişəm onları. Bu yaxınlarda Samir Bağırovla yeni bir mahnı oxumuşuq, çox gözəl mahnıdır. İndi ona klip çəkdirməliyik. Hələ qərar verməmişik kim çəksin. O deyir Ülviyyə Könül, mən istəyirəm Fuad Əlişov. Bizi proqramlara dəvət edirlər, amma Samir gəlib çıxmır, tənbəllik eləyir. Mən hələ Samiri tapa bilmirəm ki, işi görək. 

• Burdan çıxıb hara gedəcəksiz?
• Çəkilişdən gəlirəm, yorğunam, evə gedəcəm


BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1360 | MÜƏLLİF: totu-show |
ÜMUMİ SƏRH:  12
smok ŞƏRH # 12
 
BU NE GUNDEDI.ARTIQ BEZI SAYTLARDA OXUDUM KI, BU QADIN ROYA XANIMA YALTAQLANMAGA BASLAYIB.BELEDE OLMALI IDI , CUNKI ROYA ILE MUNASIBETI PIS OLANLAR HEMISE DALDA QALIR

 

  
 


RAUF-19 ŞƏRH # 11
 
happy

 

  
 


X_MAN ŞƏRH # 10
 
xatun nomre 1di ama bozmaslar arasinda smile

 

  
 


ROLF_FER ŞƏRH # 9
 
wink XATUN ..... XATUN ..... - MENE BELE BIR MUGENNI TANIS DEYIL wink

 

  
 


MEN_GELIREM ŞƏRH # 8
 
AYDA GUYA BU SEHNEDE OZUNE OBRAZ YARADIB .. happy

 

  
 


FULL22 ŞƏRH # 7
 
Sözün düzü, bu işə təzə-təzə başlayanda bir komanda ilə çalışırdım. Efirə çıxmamışdan qabaq iki il hazırlıq gördüm. Vokal dərsləri, səhnə mədəniyyəti, sonra idmanla məşğul oldum.

HA --- HA---- HA ---- HA---- HA----MANIS

 

  
 


SEVDA ŞƏRH # 6
 
XATUN KIMDI ????

 

  
 


FER777 ŞƏRH # 5
 
UFFFFFFFFF ... BU BOYDA MUSAHIBENI OXUMAGA AXOT YOXDUUUUUUU....TEMBOLI XATUNUN

 

  
 


ERON ŞƏRH # 4
 
bundanda xeber olarmis^_^ happy ^_^

 

  
 


DROP ŞƏRH # 3
 
GUNAY, BILDIM NIYE ZEHLEN GEDIR.... CUNKI ROYAYA NELER DEMISDI AAAAAAAAAAAAAAAAAYDAAAAAAAAAAAAAA

 

  
 


GUNAY ŞƏRH # 2
 
ZEHLEM GETMIS! BOZBAS

 

  
 


totu-show ŞƏRH # 1
 
NO COMMENT

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2023
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!