"Sevgilimlə münasibətlərimi rəsmiləşdirməyə vaxt tapa bilmirəm"
Lirik mahnıların ifaçısı kimi sevilən müğənni Elnur evlənmək istəyir. Söhbət əsnasında müğənni qeyd etdi ki, yaradıcılıq işləri çox olduğundan o, şəxsi həyatına vaxt ayıra bilmir: "Hətta evlənmək üçün gözaltım da var. Amma onunla olan münasibətlərimi rəsmiləşdirməyə hələ vaxt tapa bilmirəm". Bəzi həmkarlarından fərqli olaraq Elnur ailə məsələsini reklam etməyə ehtiyac duymadığını qeyd etdi: "Ailə məsələlərimi gündəmə gətirməklə xalqın gözündə ucuzlaşmaq niyyətində deyiləm. Mənim niyyətim ciddidir, saxta evliliklə maqazin verilişlərinin, ictimaiyyətin diqqətini özümə çəkmək istəmirəm. Reklam üçün bir çox səbəblər axtarıb tapmaq olar. Çalışdığım qədər evlilik məsələsini bir o qədər qabartmayacağam". Y
... .