SAIRE MESHEDI XANIM HURU HACIYEVA"DAN COX GOZEL BIR SER..... DAĞLAR SƏNDƏ GÖZÜM QALDI....
DAĞLAR SƏNDƏ GÖZÜM QALDI
Dağlar səndə gözümdə qaldı Ürəyimdə sözüm qaldı Qarabağdan itkin olduq Turşsu səndə izim qaldı.
Dağ döşündə boz alaçıq Kabab üstü közüm qaldı Qaçdı sənin maralların Ceyran qaçdı cüyür qaldı.
Meşələrdə arım qaldı Pətək-pətək balım qaldı Neçə uşaq, neçə cavan Neçə elim girov qaldı.
Toy xınası əllərdə qaldı Ürəklərdə nələr qaldı Kəlbəcərin taxtasında Çal-çağırlı nələr qaldı.
Min bir dərdə dərman olan O, şəfalı suyum qaldı Kəlbəcərin dağlarında Qızıldan sərvətimiz qaldı.
Çəmənində çiçəyində gözüm qaldı Əsrdən-əsrə neçə muzey girov qaldı Ağlar gözlü Şuşam qaldı Nankorların ucbatından Ağdam haqsız girov qaldı Dağlar səndə gözüm qaldı.
|