İstanbul – Fevralın 13-də jandarmanın keçirdiyi kokain əməliyyatında 18 nəfərlə birlikdə saxlanılan və bir neçə gün sonra buraxılan məşhur sənətçi Dəniz Səki yenidən həbs edilib.Prokuror növbətçi məhkəmənin D. Səkinin sərbəst buraxılması barədə qərarından protest verdikdən sonra müğənni fevralın 23-də axşam jandarma məntəqəsinə aparılıb. Onun haqqında həbs-qətimkan tədbiri seçiləcək.
Qeyd edək ki, D. Səki məhkəmədə verdiyi ifadəsində narkotik maddədən istifadə etdiyini boynuna alsa da, kokainin satışı və yayılmasında iştirakı olmadığını bildirmişdi.