
Tanınmış kinoşünas Aydın Kazımzadə televiziyalarda yayımlanan səviyyəsiz şou verilişlərə öz etirazını bildirib.
Kinoşə yataq otaqlarına girib çəkiliş aparan verilişlərdir: “Aparıcılar yataq otaqlarında çəkiliş aparmaqdan utansınlar!”, - deyən kinoşünas bildirib ki, belə hərəkətlərə yol vermək olmaz. İnsanların şəxsi həyatları, şəxsi əşyaları efir vasitəsilə nümayiş olunmamalıdır. Onun fikrincə, belə çəkilişlərə əksər hallarda müğənnilər bilərəkdən imkan yaradırlar. Kinoşünas insan mənəviyyatına zərbə vuran şou verilişlərin əleyhinədir. O bildirib ki, şou lazımdır, lakin belə ifrat dərəcədə yox! // SİA
|