
Bəzən sözün mahiyyətini bilmədən bir birimizə "vəfalı" və ya "vəfasız" deyirik.
Vəfalı insan nece olar, bilmək istəyirsinizmi?
Saat 8:30-da səksən yaşlarında bir qadın baş barmağındakı tikişləri aldırmaq üçün poliklinikadan içəri girdi. Çox tələsdiyini söylədi, çünki saat tam 9:00-da bir görüşü varmış.
Müalicəsinin bitməsi və onun söylədiyi yerə çatması heç olmasa bir saat davam edəcəkdi. Yaranın sarğısı əsnasında danışmağa başladıq. Bu cür tələshik olduğuna görə əhəmiyyətli biriyləmi görüşü olduğunu soruşdum.
Mənə qocalar evinə gedib yoldaşıyla nahar etmək üçün tələshik olduğunu söylədi. O zaman yoldaşının sağlamlığının necə olduğunu soruşdum.
Yoldaşının orada uzun bir müddətdir qaldığını və Alzheimer xəstəliyinin bir qurbanı olduğunu izah etdi.
Gecikmiş olmasından ötəri "Görəsən yoldaşınız narahat olarmı?" deyə soruşdum.
Mənə beş ildən bu yana onun kim olduğunu belə bilmədiyini və özünü tanımadığını söylədi.
Çaşmışdım "Sizi tanımadığı halda yenə də hər səhər onu görməyəmi gedirsiniz?" deyə soruşdum.
Əlimi oxşayaraq gülümsədi:
"O məni tanımır amma mən hələ onun kim olduğunu bilirəm" dedi.
Ümid edirəm bizlər də belə bir sevginin vəfalı insanları olarıq.....
|