
SEVDA ELEKBERZADE ILE MANANANIN IS BIRLIYI....
Son vaxtlar az-az görünən gürcü qızı Manana bunun səbəbini yaradıcılığında baş verən yeniliklərlə izah etdi. Yeni layihələr hazırlayan müğənni «Üç nöqtə»yə bildirib ki, bəstəkar İsa Məlikov mənimlə Sevda Ələkbərzadə üçün mahnı hazırlayıb: «Bu duet hələ hazır olmasa da, biz bu mahnı ilə gözəl nəticələr əldə etmək istəyirik və buna inanırıq. Hazırladığımız mahnı ilə təkcə səsimizi deyil, eyni zamanda texniki, vokal imkanlarımızı və xarakterimizi göstərməyə çalışacağıq. Fikrimcə, ifaçının əsas göstəricisi yalnız səs deyil, onun daxili dünyası və qəlbidir».
Bir müddət bundan öncə Azərbaycanda solo-konsert verəcəyini deyən müğənni söz verdiyi kimi, vədinə əməl edəcək: «Klip çəkilişləri və albomumun hazırlanması ilə əlaqədar hazırda çox məşğulam» deyə söylədi.