İngilis alimləri bu sirri açıqladılar
İngiltərədə aparılan bir araşdırmaya görə, kişilər ideal qadının ev işlərinə uyğun olması lazım olduğunu düşünərkən, qadınlar da, metroseksual deyil, "ovçuluq-yığıcılıq" xüsusiyyətləri olan "retroseksual" kişiləri seçir. "Qaynar.info"-nun məlumatına görə, İngiltərədəki "Yorkshire Building Company" tərəfindən 1500 nəfər arasında aparılan araşdırmada, həm kişilərin, həm də qadınların "ənənəvi bir tərəfdaş" istədikləri müəyyən edildi. Kişilərin, bir qadında axtardığı ən əhəmiyyətli xüsusiyyətin "evlə maraqlanmaq" olduğu, qadınların da özünü dinləyən və maddi baxımdan gəliri sabit olan bir kişi axtardığı ortaya çıxdı. "Yorkshire Building Company" -nin məsulu Dana Jackson, "Bir çox qadın metroseksual kişi istədiyini sanırdı. Halbuki daha sonra, duşda onlarla daha çox vaxt keçirən adamlardan sıxıldılar. Qadınların çoxu artıq bir ovçu-yığıcı istəyir və qarşılığında da kişilərinə baxmağa hazırdırlar" dedi.
Kişilər nə istəyir?
1. Ev işləriylə maraqlansın 2. Yemək hazırlarsın 3. Təmizlik etsin 4. Yaxşı bir valideyn olsun 5. Məni dinləsin
Qadınlar nə istəyir?
1. Məni dinləsin 2. Maddi baxımdan sabit gəliri olsun 3. Yaxşı bir valideyn olsun 4. Bağça işlərindən anlasın 5. Ailəsinə üstünlük versin
|