"Namiqlə meyxana oxumaq onun repertuarına son qoydu"
Müğənni Rəhim Rəhimli Aygün Kazımovanın yaradıcılığını tənqid edib. Onun fikrincə, A.Kazımovanın vaxtilə zəngin olan repertuarına Namiq Qaraçuxurlu ilə oxuduğu meyxanalar son qoyub. "Aygün Kazımova Namiq Qaraçuxurlu ilə duetlər oxuyandan repertuarı zəifləyib. Onun indi oxuduğu mahnıların ömrü çox çəkmir. Amma vaxt var idi ki, onun mahnıları ağızdan-ağıza dolaşırdı. Elə mahnıları olub ki, 3-4 il, hətta bu günlərə kimi yaşayıb".
|