Mövlud Mirəliyev bürünc medal uğrunda mübarizədə Polşa idmançısı üzərində parlaq qələbə qazandı: 110-1
XXIX Pekin Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın son cüdoçusu Mövlud Mirəliyev üçüncü yer uğrunda mübarziədə Polşa təmsilşisi Prjemislav Matyasek üzərində parlaq qələbə qazanmaqla (110-1) Azərbaycana yeni medal qazandırıb. Xatırladaq ki, 100 kq dərəcəsində yarışan idmançımız uğurlu start götürərək, öncə əlcəzairli Hasen Azzounu ippon fəndinə salıb. Növbəti görüşdə isə cüdoçumuz Levan Zorzolianini (Gürcüstan) məğlub edib. M. Mirəliyev bu görüşdə də ippon sayəsində qələbə qazanıb. Püşkə əsasən, həmyerlimiz 1/4 finalda rumıniyalı Daniel Brata ilə qüvvəsini sınayıb. Bu dəfə də M. Mirəliyev rəqibini açıq-aşkar üstələyib. Vazari və yuka fəndləri işlədən cüdoçumuz bununla da, yarımfinala vəsiqə əldə edib. Yarımfinalda təmsilçimiz Monqolustan cüdoçusu Tuvşinbayar Naydana məşlub olaraq, bürünc medal uğrunda mübarizəyə qoşulub.