AZERBAYCAN HELEKI OLIMPIYADADA 12-CI YERI TUTUR
Azərbaycan Pekin Olimpiadasında ilk medalını qazandı
Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə ilk- həm də qızıl medalı qazandırıb. Finalda cüdoçumuz Cənubi Koreya idmançısı Ki Çun Vanqla qarşılaşıb və onu məğlub edib. Xatırladaq ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Dirk van Tiçeltə (Belçika) ippon fəndi ilə qalib gəlib.

İkinci görüşündə o, Konstantin Semyonov (Belarus) üzərində da təmiz qələbə qazanıb. Onun növbəti rəqibi Kim Çol Su (KXDR) olub. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal verməyib. Bununla belə, E. Məmmədli hücumlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazanıb.
Bu qələbə sayəsində cüdoçumuz yarımfinala vəsiqə əldə edib. Finalda onun rəqibi Əli Malomat (İran) olub. İdmançımız bu qarşılaşmanı da yüksək səviyyədə keçirərək vaxtından əvvəl ��" üçüncü dəqiqənin tamamında ippon fəndi ilə rəqibini məğlubiyyətə uğradıb. Azərbaycana ilk medalı qazandıran idmançı kimi, Elnur Məəmdlini 600 min manat pul mükafatı və "Kia-Motors" avtomobili gözləyir.
|