28.03.2024, 21:46
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » AVQUST » 3 » RUSTEM:UNFORMAL EUROVISIONA QATILMAMALIYDI
RUSTEM:UNFORMAL EUROVISIONA QATILMAMALIYDI
10:57


Hazırda Moskvada yaşayan Rüstəm Məmmədov qrupdan ayrılmasına aydınlıq gətirdi

Azərbaycanda  son illərdə ən parlaq rok qruplardan biri sözsüz ki, “Unformal” qrupudur. Onun yaradıcılarından biri, qrupun solisti Rüstəm Məmmədov bir neçə ay əvvəl ölkəni tərk edib. İndi o, Moskvada yaşayır, orada öz ikinci peşəsi ilə məşğul olur.
"Unformal" qrupundan ayrılması, ölkəni  tərk etməsi, Azərbaycanda rokun durumu və indiki fəaliyyəti haqqında Rüstəmin müsahibəsini diqqətinizə çatdırırıq.

-Rüstəm, Moskvaya getməyinizin səbəbi nədir? Bakıda belə şayiələr gəzirdi ki, səbəb “Unformal” qrupunun "Eurovision" mahnı müsabiqəsinin seçim turundan keçməməyidir.
- Əksinə. Mənim yaratdığım qrup “Eurovision” müsabiqəsində iştirak etməməli idi. Moskvaya getməyimin səbəbi isə tamam başqadir. Bu gediş, sadəcə hər şeyi əvvəldən, sıfırdan başlamaq istəyimlə bağlıdır. Məni “rok-ulduz” statusu qane etmir. Azərbaycanda isə Rüstəm Məmmədov adında şəxs artıq “rok-ulduz”a çevirilirdi.
- Ulduz olmağın nəyi pisdir ki?
- Bilmirəm bunu necə izah edim, sadəcə xoşuma gəlmirdi “ulduz” statusu.
- Bəs musiqi ilə məşğul olmağa başlayanda bilmirdiniz ki,  sizi populyarlıq və ulduz statusu gözləyir?
- Yox. Mən sadəcə insanları oyatmaq istəyirdim. Bərkdən qışqırmaq istəyirdim ki, insanlar oyansın. İnsanlar oyananda isə fikirləşdim ki, kaş heç oyanmayaydılar. Onsuz da bu oyanmışlardan heç bir xeyir yoxdur.
- İndi nə ilə məşğulsunuz Moskvada?
- İkinci sənətim ��" dizaynla məşğulam.
- Musiqi üçün darıxmırsız? Bəs hərdən, əlinizə gitara götürüb sadəcə özünüz üçün nəsə ifa etmək hissi keçmirmi içinizdən?
- Olur. Amma indi burada mühitə alışmağa çalışıram. Ola bilər ki, gələcəkdə mən yenə musiqi ilə məşğul olmağa başlayım.
- Siz roka həmişəlik əlvida demisiniz, yoxsa roksevərlər nəyəsə ümid edə bilər?
- Bilmək olmaz. Hal-hazırda musiqidən uzaqlaşmışam. Amma inanmıram ki, musiqi məndən uzaqlaşsın. Musiqi narkotik kimi bir şeydir.
- Sizcə Azərbaycan rokunun gələcəyi var?
- Əminəm ki, var. Rok, musiqi janrı kimi  inkişaf edir. Rok sözü artıq heç kimi qıcıqlandırmır. Amma düzgün istiqamət seçmək çox vacibdır. Adətən bizim rokerlər bunu unudur.
- Azərbaycan efirində rok musiqisinin təbliğ edilməməsinin səbəbi nədir?
- Səbəbi odur ki, kanallar ancaq öz xeyirlərini güdür. Xeyir isə rokerlərdən yox, “toysuperstar"larından gəlir. Ona görə də musiqi mədəniyyətində deqradasiya prosesi gedir. Musiqi mədəniyyəti Aygünlə Elarizin davası üstündə qurulur.
- Azərbaycanda sevdiyiniz, dinlədiyiniz və yaradıcılığını izlədiyiniz rok qrupu varmı?
- Əlbətdə var. İlk növbədə "Unformal". "Ozan" qrupu da çox maraqlı bir qrupdır. "Orient Express" ��" istedadlı uşaqlardı. Hələ təzə yaradılan qruplar da var. İnanıram ki, gələcək nəsil bizim işimizi davam edtirəcək.
- Rüstəm Məmmədov nə üçün rok musiqini sevir?
- Əslində Rüstəm Məmmədov tək rok musiqisini yox ��" bütün keyfiyyətli musiqini sevir. Məsələn, Moby rok ifaçisi deyil, amma musiqisini çox bəyənirəm. Həmçinin Bjork. Mən sadəcə keyfiyyətli və keyfiyyətsiz musiqini bir-birindən ayırıram. Üslub mənim üçün vacib deyil.
- Səhnədə ilk çıxışınızı necə xatırlayırsız?
- 1996-cı ildə. 14 yaşımda ilk yaratdığım qrupla məktəbdə çıxışımız oldu. Yadımdadır ki, heç bir notu düzgün ifa edə bilmədik. Çunki səhnəyə sərxoş vəziyyətdə çıxmışdıq. O gündən sonra konsert günü bir qram da olsa spirtli içki içmədim.
- Azərbaycan üçün darıxırsız? Darıxırsınızsa, konkret nə üçün darıxırsız?
- Azərbaycanda mənim yaxınlarım, dostlarım və oğlum yaşayır. Onlar  üçün darıxıram.
- Sevdiyiniz rok mahnılar onluğunu yarada bilərsiz?
- 1 John Lennon - Imagine
  2 Mr. Bungle ��" Sweet charity 
  3 Moby - Porcelain
  4 Pink Floyd ��" Wish you where here
  5 Koldünya ��" Son məktub
  6 David Bowie - Thursday's child
  7 Incubus - Dig
  8 Yuxu - Sir
  9 Radiohead - İdioteque
  10 Bjork - Hunter

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 948 | MÜƏLLİF: AYSUN |
ÜMUMİ SƏRH:  12
X_MAN ŞƏRH # 12
 
millet siz hec deyesen bu musahibeni oxumamisiniz.gormursuz yazib ki Rustem Memmedov daha rockla mesgul olmur.ama haminiz deyirsiz ki unformal sayesinde olacaq happy

 

  
 


RUPI-WER ŞƏRH # 11
 
XEYR MENCE UNFORMALDAN DA DAHA YAXSISI GUH-JUST QRUPUDU.

 

  
 


SEVDA ŞƏRH # 10
 
SUPER

 

  
 


ElNuR ŞƏRH # 9
 
BU IL EUROVISIONA UNFORMAL GETSE SUPER OLAR

 

  
 


EDRAYF ŞƏRH # 8
 
HIM. DOGURDAN REALLIQLA DANISSAQ AZERBAYCANDA YEK ROCK QRUPU UNFORMALDI

 

  
 


FORME ŞƏRH # 7
 
UNFORMAL YEK !

 

  
 


ELENA ŞƏRH # 6
 
AZERBAYCANDA YEGANE GUNDEMDE OLAN ROCK QRUPU

 

  
 


ERON ŞƏRH # 5
 
SUPER!

 

  
 


totu-show ŞƏRH # 4
 


 

  
 


GUNAY ŞƏRH # 3
 
RUSTEM NE DEYIB DUZ DEYIB !

 

  
 


totu-show ŞƏRH # 2
 
MENCE UNFORMAL SAYESINDE ODA OLACAQ

 

  
 


AYSUN ŞƏRH # 1
 
SIZE YENI SULA : AZERBAYCANDA ROCK IKISAFI NE DERECEDE DOGRUDU?

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!