"Nestle" firması 4 nəfərlik gəmini kosmosa göndərir Kosmosa səyahət üçün təşkil olunan çəkilişdə iştirak etməyə yarayacaq nömrənin olduğu şokolad kağızını əvvəl zibil qutusuna atan, daha sonra isə axtarıb tapan fransız Avropanın ilk kosmos turisti olma haqqını əldə etdi"Qaynar.info"-nun məlumatına görə, 32 yaşlı Matilda Epron, super marketdən aldığı "Kit Kat" şokoladının kağızını, "hər halda mənə çıxmaz" deyə zibil qutusuna atdığını bildirərək, iki saatdan sonra çəkilişi düşündüyünü və şansını yoxlamağa qərar verdiyini anlatdı.Zibil qutusunu qarışdıran Epron, kağızı tapanda kosmosa səyahət haqqı qazandığını anladı.Çəkilişi təşkil edən "Nestle" firmasının Fransadakı yetkililəri də, Epronun ödülü qazandığını təsdiq edərək, fransızın kosmosa uçuşlar təşkil edən "Rocketplane" şirkəti tərəfindən istehsal edilən hərbi təyyarə böyüklüyündəki 4 sərnişin daşıya bilən bir gəmi ilə kosmosa gedəcəyini bildirdilər.