Azərbaycanda mövcud gənclər təşkilatlarının sırasına daha birisi də qoşulub. Təşkilat "Yeni Baxış" Gənclər Hərəkatı adlanır. Hərəkat Bakı şəhərində 5 universitet tələbəsi tərəfindən təsis edilib. Təsisçilərin tam iştirakı ilə keçirilən təsis iclasında sesvermə yolu ilə təsisçi Xalid Əliyev hərəkatın sədri seçilib. "Yeni Baxış" GH-nın əsas məqsədlərinə gəncləri zərərli vərdişlərdən yayındırıb, sağlam gənclik anlayışını onlara aşılamaq, gəncləri könüllülük prinsipi əsasında ətrafına toplayaraq ictimai işlərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyata təsirini artırmaq, gənclərin Azərbaycanda ve dünyada baş verən proseslərə öz fikirlərini bildirməyə şərait yaratmaq, demokratiya anlayışını qoruyub saxlamaq, gənclərin hüquqlarının qorunmasında onlara köməklik göstərmək və s. daxildir.
|