«Aygün oxuduğum restoranın müdiri ilə yaxın münasibətdə idi»
«Yekə arvaddır, hələ də uşaq səsi ilə oxuyur»
Şou aləmində növbəti qalmaqalın təməli qoyulub. Belə ki, əməkdar artist Aygün Kazımova ATV kanalında yayımlanan «Performans» verilişində əvvəllər musiqiçi olub, daha sonralar isə müğənnilik karyerasına başlayan həmkarı Elariz Məmmədoğlunun ünvanına atmacalar atıb.
O, «Elariz mənim gitara çalanım olub. Nə gitaraçalan kimi, nə də indi bir ifaçı kimi yararlı deyil»-deyərək, rişxənd edib. Ünvanına xoşagəlməz sözlər eşidən Elariz də öz növbəsində Aygünü cavabsız qoymayıb. Müğənni mətbuat vasitəsilə onun cavabını verib: «Əvvəla, xatırladım ki, mən Aygünün gitaraçalanı yox, o, mənim oxuyanım olub. Əvvəllər işlədiyim restoranların birinin müdiri Aygünü mənim yanıma gətirib dedi ki, bu, sizin ansamblda oxuyacaq. Onun repertuarı ilə məşğul olun. Mən Aygünü ansambla solist götürməyə bilməzdim. Çünki o, artıq həmin müdir ilə hansısa münasibətlər qurmuşdu
...
.