Hüzn ulduzları parlayır bu gün səmada, Bu gecə yenə için-için yanıram, Oturmuş səni düşünüb ağlayıram, Səni, gedişini, sevişini, hər şeyini... Unuda bilmir səni bu yaralı ürəyim, Etdiklərini xatırlayıb, peşman olur... Səni düşünürəm bu gecə, qaranlıq səmada... Qapqara səmada parlayan ulduzları seyr edirəm, Onları sənə bənzədirəm, Qərarmış ürəyimin bir kənarında yanan məşəl kimi... Dedim ya, səni düşünürəm bu gecə, Məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, Əllərimi necə tutduğunu, əllərini necə tutduğumu, Böyüyən bir atəş kimi sevgimizin necə çoxaldığını Və bir gün qəflətən buraxıb gedişini... Son vidanı xatırlayıram, gözlərimə AĞLARCASINA baxdığını, Gözlərini ürəyimə basdırdığını xatırlayıram, Bir daha çıxa bilməsin deyə... Çıxa bilmədilər ürəyimdən gözlərin, Ölülər dirilərlərmi ki basdırılanlar çıxsın, getsin? Getdin son bir vida ilə gözü yaşlı, Əlimdə boyunbağın, ardından dəqiqələrlə baxdım, ağlamaqlı, Sıxıldım, kədərləndim, pərişan oldum amma ağlamadım... Ağlaya bilmədim, mane oldu qürurum, mane oldu eşqim, Uzaqlara getdin, bəlkə bir daha əsla geri dönməməycəsinə, Darıxdım səni dəlilər kimi, darıxıram hələ... Sən bir yerdə mən bir yerdə, yenə də sönmədi sevgimiz, Əksinə çoxaldı dağlar kimi oldu həsrətimiz... Həmişə sən
... .