Azərbaycan Pekin Olimpiadasında ilk medalını qazandı
Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə ilk- həm də qızıl medalı qazandırıb. Finalda cüdoçumuz Cənubi Koreya idmançısı Ki Çun Vanqla qarşılaşıb və onu məğlub edib. Xatırladaq ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Dirk van Tiçeltə (Belçika) ippon fəndi ilə qalib gəlib.
Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə London Azərbaycan Evində toplanan gənclər, Britaniyada Azərbaycan Fan Klubunun (Azerbaijan Fan Club in UK) əsasını qoydular.Britaniyada keçiriləcək idman, musiqi, incəsənət və digər yarışlarda iştirak edəcəyi təqdirdə Azərbaycana dəstək məqsədi ilə qurulmuş fan klub, əsasən Britaniyada təhsil alan və yaşayn azərbaycanlı gənclərdən ibarət olacaq. Lakin buna baxmayaraq fan kluba üzlük Azərbaycana dəstək vermək istəyən hər kəs üçün açıqdır. Görüşdə fan klub üzvlərinin üzvlük kartları ilə təmin olunacağı da razılaşdırılıb. Azərbaycan Fan Klubunun Azərbaycana dəstək verəcəyi ilk yarışma isə bu il sentyabrın 6-da Kardif şəhəri Millennium Meydanında 2010-cu il Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels- Azərbaycan futbol qarşılaşması olacaq. Bu məqsədlə Britaniyadakı Azərbaycan səfirliyi stadionda Azərbaycanlı azarkeşlərin bir yerdə olması məqsədiylə müvafiq saytda bilet rezerv etmişdir. Bundan başqa, Azərbaycan səfirliyinin dəstəyi ilə Kardif şəhərinə gedəcək azarke
... .
Azərbaycanda mövcud gənclər təşkilatlarının sırasına daha birisi də qoşulub. Təşkilat "Yeni Baxış" Gənclər Hərəkatı adlanır. Hərəkat Bakı şəhərində 5 universitet tələbəsi tərəfindən təsis edilib. Təsisçilərin tam iştirakı ilə keçirilən təsis iclasında sesvermə yolu ilə təsisçi Xalid Əliyev hərəkatın sədri seçilib. "Yeni Baxış" GH-nın əsas məqsədlərinə gəncləri zərərli vərdişlərdən yayındırıb, sağlam gənclik anlayışını onlara aşılamaq, gəncləri könüllülük prinsipi əsasında ətrafına toplayaraq ictimai işlərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyata təsirini artırmaq, gənclərin Azərbaycanda ve dünyada baş verən proseslərə öz fikirlərini bildirməyə şərait yaratmaq, demokratiya anlayışını qoruyub saxlamaq, gənclərin hüquqlarının qorunmasında onlara köməklik göstərmək və s. daxildir.... .