Azərbaycan bəstəkarının mahnısı ən məşhur türk rokçusunun albomunda! - 27 Мая 2009 - TOTU-SHOW...XOS GELMISINIZ

 04.12.2016, 00:52
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » MAY » 27 » Azərbaycan bəstəkarının mahnısı ən məşhur türk rokçusunun albomunda!
Azərbaycan bəstəkarının mahnısı ən məşhur türk rokçusunun albomunda!
20:49

null 

Türkiyənin ən tanınmış rokçularından biri Mişanın bu günlərdə satışa çıxarılan dördüncü albomunda Azərbaycan bəstəkarı Gövhər Həsənzadənin də mahnısı yer alır.

Gövhər xanımın «Yar, aman yar» mahnısı albomun ən çox sevilən musiqilərindən biri kimi diqqət mərkəzinə düşüb. 

Qaynar.info-nun məlumatına görə, artıq bir çox türk qəzetləri «Dost kalalım» albomundakı mahnılar sırasında G. Həsənzadənin bəstəsini xüsusi fərqləndirməkdədir. Türkiyənin ən çox oxunan və ən bahalı köşə yazarı Hincal Uluc «Sabah» qəzetinin bugünki sayındakı yazısında Mişanın dördüncü albomundan bəhs edərkən «Ən çox bəyəndiyim mahnı «Yar, aman yar» oldu. Bu, Gövhər Həsənzadəyə aid bir azəri rokudur» - deyə vurğulayıb.
Xatırladaq ki, Mişa hazırda Türkiyənin ən məşhur rokçusu sayılır, İstanbulda anadan olub, ali təhsilini İngiltərədə alıb. İxtisasca diş cərrahı olan Mişanın «Dost kalalım» albomunda 6 rok bəstəsi yer alır.  
Son olaraq qeyd edək ki, adıçəkilən bəstə Azərbaycan dinləyicisinə İzzət Bağırovun ifasından və mahnıya çəkilən klipdən yaxşı tanışdır. // Nigar Atakişiyeva, Qaynar

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 898 | MÜƏLLİF: totu-show |
ÜMUMİ SƏRH:  8
FER777 ŞƏRH # 8
TURKIYYEDE COX SEVILDI BU MAHNI AMA AZERI MAHNISIDI DEYEN YOXDU

 

  
 


GUNAY ŞƏRH # 7
YAR AMAN YAR
DUNYA MENE DAR
YAR AMAN YAR
NE QEDER OLAR
UMIDSIZ QALAR
UREYIM SOLAR....UNUTDUGUM YERLERI OZUMDEN UYDURDUM :)))))))))))))


 

  
 


FANATKA_AYGUN ŞƏRH # 6
EN AZINDAN BIZIMKILERI DINLEDIKLERINI BILDIK biggrin


 

  
 


ELENA ŞƏRH # 5
HIM...X_MAN SENLE TAM RAZIYAM

 

  
 


X_MAN ŞƏRH # 4
noldu ki guya goturmekle?bize xeyr geldi?

 

  
 


DROP ŞƏRH # 3
BUNA QISACA OGURLUQ DEYRLER

 

  
 


SURI ŞƏRH # 2
azerbaycan ireliiiiiiiiiii ! (musiqide ireli gedirik ele ancaq bes basqa saheler?? : ( )

 

  
 


totu-show ŞƏRH # 1
BU BIZE PLUS+DU!

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!