28.03.2024, 18:17
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » MAY » 3 » UĞURSUZ LAYİHƏLƏRİ İLƏ BİRİNCİ OLMAQ İSTƏYƏN MÜĞƏNNİ KİMDİR?
UĞURSUZ LAYİHƏLƏRİ İLƏ BİRİNCİ OLMAQ İSTƏYƏN MÜĞƏNNİ KİMDİR?
14:25
UĞURSUZ LAYİHƏLƏRİ İLƏ BİRİNCİ OLMAQ İSTƏYƏN MÜĞƏNNİ KİMDİR?
Aygün Kazımova dolayısı ilə Röyanın adını çəkdi

ATV telekanalında yayımlanan "Xeyir ola" verilişinə aparıcılıq edən xalq artisti Aygün Kazımova son həftə müxtəlif açıqlamaları ilə yadda qalıb. Aygün Kazımovanın rəqqasə Fatimənin canlı efiri tərk etməsinə səbəb olan sualları bir neçə gün sonra tələb şəklində başqa sənət yoldaşına ünvanlandı. Rejissor, aktyor Sərxan Kərəmoğlunun Azərbaycanın xalq artisti Flora Kərimova haqqında efir standartlarından kənara çıxaraq ifadələr işlətməsi Aygün xanımı sakit oturmağa qoymadı. O, qəzəbini bu şəkildə ifadə etdi: "Sənin bu hərəkətin mənə, qonaqlarıma, tamaşaçılara, xalq artisti adına, media əhlinə qarşı həqarətdir". Daha sonra müğənni Sərxan Kərəmoğlunun verilişi tərk etməsini tələb edib. Onun bu tələbinə əməl etmək məcburiyyətində qalan S.Kərəmoğlu studiyanı tərk edib.
İki gün əvvəl "Xeyir ola" verilişinin 1 yaşını bu hadisələrin təsiri altında qeyd edən Aygün xanım atdığı addımlara görə peşmanlıq hissi keçirmədiyini söyləyib.

Sərt addımlar atmaqdan çəkinməyən Aygün Kazımova başqa bir açıqlama ilə də yadda qalıb. Belə ki, bu günlərdə "Şou N1" adında mahnı oxuyan müğənni bununla sinəsinə döymək iddiasında olmadığını bildirdi: "Sənətdə qazandığım uğurlar, xalq artisti fəxri adım və s. nailiyyətlərim mənim "1 nömrəli" olduğumdan xəbər verir. Bunu mən yox, sənətim deyir. Lakin bəzi insanlar uğursuzluqları ilə barışmayıb özlərini təkrarolunmaz, birinci hesab edirlər".

Söhbətin dolayısı ilə Röyadan getdiyini bildirən Aygün Kazımova bir qədər faktla danışmaq istədi: "Kimdir N1" adlı mahnı, əslində, mənim üçün yazılmışdı. Lakin mən bu mahnını oxumaqdan imtina etdim. Çünki mənim "1 nömrəli" olduğumu artıq böyük dinləyici ordum təsdiqləyir. Özümün deməyim doğru çıxmır. Oxuduğum sonuncu mahnının sözlərində isə müştəbeh fikirlər yoxdur. Lakin uğursuz layihələri ilə gündəmi zəbt etmək iddiasında olan bir müğənni insanların şüuruna birinci olduğunu yeritməyə çalışır".

Qeyd edək ki, Aygün Kazımovanın haqqında danışdığı mahnını bir müddət əvvəl Röya ifa edib və müsahibələrində dəfələrlə birinci olduğunu vurğulayıb. Onun bu iddiasına isə Aygün Kazımovadan sərt cavablar gəldi: "İnsanın öz-özünü tərifləməsi gülüncdür. Axı sənin mədəniyyətə xidmət edən böyük nailiyyətlərin, fəxri adın yoxdur. Bir neçə mahnı oxumaq sənə birinci olmaq haqqı qazandırmır".
Sonda yeni mahnısını yaxın həftələrin birində işıq üzü görəcək albomuna daxil etməyi düşünən Aygün Kazımova ona klip çəkilişinin olacağını istisna etmədi.

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 2291 | MÜƏLLİF: X_MAN |
ÜMUMİ SƏRH:  16
smok ŞƏRH # 16
 
25 milyon cox bpoyuk gostericidi < bunu hami bilir ki, royni hemin 65 milyonun hec olmasa 50 milyonu her cehetden cox sevir> ,amma aygunu 10 milyon sevse < hec onada inanmiram.efire yalanci zengler eletmeknen deyilki> biggrin

 

  
 


X_MAN ŞƏRH # 15
 
60 milyon ehalinin 25 faizi royanin adini ewidibse bu sizincun boyuk irelleyiw olardi happy

 

  
 


smok ŞƏRH # 14
 
AZERBAYCANDA 8 MLN ,DUNYADA 60 MLN AZERBAYCANLI VAR.BEZ INSANLAR SEVDIYI MUGENNI SAVADINDADI ELE.65 MILIYON AZERBAYCANLININ 90 FAIZI ROYA FANATIDI VE BU 7 ILDIRKI DAVAM EDIR VE HELE COX DAVAM EDECEK.ROYA BEZI MUGENNICIKLER KIMI GELDI-GEDER DEYIL VE BEZI MUGENNICIKLER KIMI CIYILDEMIR.

 

  
 


ele ŞƏRH # 13
 
AYGUN SENSIZ HEYAT DUSUNE BILMIREM

 

  
 


X_MAN ŞƏRH # 12
 
fanatka aygun, tez bir zamanda caliwib yukleyerem ama soz vermiyim cunki nete girmeye vaxtim olmur:)bu duwuy fanatlari susdurmaq lazimdi ee burda bow bow yazirlar.
az-da 8 milyon adam var.nece ola biler royanin milyonlarla fanat ordusu olsun adama gulmeli gelir ee.en boyuk fanat ordusu aygundedi aygun yek olub yek de qalacaq.o her cur mahni oxuyar nomre 1 de hemcinin


 

  
 


FANATKA_AYGUN ŞƏRH # 11
 
DUNYANIN EN GOZEL QADINI..YENI MAHISI CIXIB EEE AY X_MAN YERLESDIR YUKLEYEKDE PLEASE....
MAHNININ ADI : "Mən səninəm"


 

  
 


turkan ŞƏRH # 10
 
ANTIAYGUN


 

  
 


FANATKA_AYGUN ŞƏRH # 9
 
SAMPLENAAAAAAAAAAAAAAAAAAAAAAA! AYGUN SEN HEC KIMI DINLEME NECE KI ELE DE EDIRSEN..SEN HEMISE QELBLERDESEN! OXU HER ZAMAN BIZIM UCUN BIZIM AYGUNSEN

 

  
 


UREK_BIR_DEFE_SEVIR ŞƏRH # 8
 
Deyirem goren bunun agzin yuman bir gun tapilacaq? angry

 

  
 


tnager ŞƏRH # 7
 
angry AYGUN GOR NE GUNDEDI KI, ELARIZLE BELE QALMAQAL ETDI GUNDEM XATIRINE.BU SIYAHIYA NATAVAN ,NURA ,FAIQ ,REQSANE ,ILHAME VE.S AID ETMEK OLAR.AYGUNE BASA SALDILAR KI, SENIN GUNDEME GELMEK UCUN YEGANE KOZURUN ROYAYA SOZ ATMAQDI.BU HADISE 1 IL BUNDAN EVVELDE BAS VERMISDI.HAMI BILIR KI, AYGUN 1 IL EFIRE CIXMIRDI VE ARTIQ TAMAMI ILE UNUDULMUSDU.SONRA ROYAYA SOZ ATDI VE GUNDEME GELDI.INDIDE EYNI HADISE.AYGUN BASA DUSUREM UREYIN PARTDIYIR ,AMMA ROYA N1-DI.BUNU ARTIQ QEBUL ET.ROYANIN SESIDE ,ISTEDADIDA ,FANAT ORDUSUDA SENDE HEC VAXT OLMUYUB VE OLMAYACAQ.YERI GELMISKEN DUNEN ATV MAQAZINDE AYGUNU MAKYAJSIZ GORDUM VE COX QORXDUM.SOZUN ESL MENASINDA UREYIM BULANDI.NE GUNDEDI.

 

  
 


smok ŞƏRH # 6
 
1.MEN AYGUN DANISANDA ESITDIM.AYGUN UGURSUZ LAYIHELER SOZUNU UMUMIYYETLE AGZINA GETIRMIYIB VE GETIREDE BILMEZ.AYGUN OZUDE COX GOZEL BILIR VE DERK EDIR KI, ROYA N1-DI VE ROYA KIMI MILYOLRI ETRAFINA TOPLAYAN IKINCI MUGENNI YOXDU.AYGUN OZUDE BILIR KI, N1 OLAN MUGENNI AYGUN KIMI BILET PAYLAMIR.YGUN OZUNE EMIN DEYIL VE ONA GOREDE N1 MAHNISINI OXUYA BILMEZ.INSANLAR ONU DASA BASAR.AYGUN HEC VAXT DEYE BILMEZ KI, ELIN SEVINCI ,SESIM BIRINCI.BU SOZLERI ROYA DEYIB VE XALQ TESDIQLEYIB.AYGUN MEN EMINEM KI, ROYA BIRDE SENIN SEVIYYEVE ENIB ,SENE CAVAB VERMEYECEK.GET REKLAMI BASQASI ILE AXTAR.

 

  
 


ERON ŞƏRH # 5
 
BELKEDE HEC AYGUN ROYA ADI CEKMEYIB AMA SOHBETI FIRLADIB ROYAYA GETIRIRLERKI QALMAQAL OLSUN...BU DA YALNIZ AYGUNUN XEYRINEDI..GUNDEM XESTESI AYGUNUN XEYRINE !


 

  
 


SURI ŞƏRH # 4
 
nono nono nono nono

 

  
 


GUNAY ŞƏRH # 3
 
UFFF .... ETIM TOKULDU! AYGUN BESDI SEN NAMIQIN CANI ....

QISA VE LOKANIK : ROYA NOMRE 1

 

  
 


X_MAN ŞƏRH # 2
 
aygunun bu sozleri gundemi partladib coxlarini qiciqlandirdi.userlere demey istirem daha mubahise elemeyey aygunun 1 nomre olduguyla razilawmaq lazimdi.butun subutlar bunu demeye imkan verir dry

 

  
 


X_MAN ŞƏRH # 1
 
Kimdir N1" adlı mahnı, əslində, mənim üçün yazılmışdı. Lakin mən bu mahnını oxumaqdan imtina etdim

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!