 Azərbaycan Neft Akademiyasına silahlı basqın !
15 nəfər ölüb, çoxlu yaralı var
Bu gün səhər saatlarında Azərbaycan Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olub. Azərbaycan vətəndaşı olmayan, afroamerikalı şəxslər avtomat silahla ali məktəbin binasına daxil olaraq, tələbə və müəllimlərə atəş açıb. Silahlı şəxslərdən birinin artıq öldürüldüyü və ya özünə qəsd etdiyi bildirilir. Onun Suriya vətəndaşı olduğu bildirilir. Daxili İşlər Nazirininin müavini Vilayət Eyvazov da cinayətkarlardan birinin artıq ödürüldüyünü təsdiq edib. Lakin basqınçıların sayının 1 deyil, daha çox olması haqqında da məlumatlar var. İçəridə qalan terrorçuların bir neçə nəfəri girov saxladığı bildirilir. Ətrafa snayperlər gətirilib. Basqının səbəbləri məlum olmasa da, qanlı olay nəticəsində çoxsaylı insanın xəsarət aldığı deyilir. İlkin məlumatlara görə ölənlərin sayı 15 nəfərdir. Onlardan 13 nəfəri Mərkəzi Klinik Xəstəxanada, 2-si isə 4 nömrəli xəstəxanaya aparılıb. Ölənlərin sayı arta bilər. Yaralılardan birinin xarici vətəndaş olduğu deyilir. Hazırda bina təhlükəsiz qüvvələri tərtəfindən mühasirəyə alınıb. Xüsusi təyinatlı dəstələr müəllim və tələbələri binadan çıxarmaqla məşğuldur. Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib.
Qeyd edək ki, hazırda prezident İlham Əliyev də Bakıdadır. Ölkə başçısı axşam saatlarında Belçikadan rəsmi səfərdən qayıdıb.
Yenilendi
Ölənlərin sayı 17-yə yüksəldi
Terrorçulardan birinin adı dəqiqləşdi
Universitetdə təhsil alan Türkiyə vətəndaşı bildirir ki, qanlı hadisə ərəb və azərbaycanlı tələbələr arasında baş verən münaqişənin nəticəsidir
Ən son rəsmi açıqlamaya görə 17 nəfər ölüb, 15 nəfər yaralanıb. 4 saylı Əfəndiyev adına Xəstəxanadan ANSPRESS-ə verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs - Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Ölənlər arasında tələbələrlə yanaşı, müəllimlər də var. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artacağı ehtimal olunur. Qətlə yetirilənlərin əksəriyyəti baş nahiyəsindən vurulub. Bu, güllə atanın və ya atanların atıcılıq qabiliyyətinə malik olduğunu deməyə əsas verir. Hadisə yerindən tapılan gilizlər isə güllələrin “Makarov” tipli tapançadan atıldığını göstərir. Eyni zamanda tapançanın darağının iki dəfə dəyişdirildiyi ehtimal olunur. Hadisədən dərhal sonra əraziyə və binaya ölkənin güc sturkturlarının əməkdaşları gəlib, xüsusi əməliyyat keçirilib. Binanın içərisindəki insanlar evakuasiya olunub. Artıq əməliyyatın başa çatdığı bildirilir. Amma binaya xüsusi təyinatlı itlər gətirilib. Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun baş vermiş hadisə ilə bağlı birgə məlumatı hazırlanır. Polislərin «Azadlıq» radiosu əməkdaşlarına verdiyi xəbərə görə, binanın içərisində tələbə və müəllim heyətindən heç kim qalmayıb. Ölən və yaralananların hamısı xəstəxanalara aparılıb. Binanın içərisində əməliyyatçılar işləyir. Dövlət Neft Akademiyasının əsas korpusu və olay baş verən korpusuna giriş-çıxış bağlıdır. Ətrafda yaxınlarından xəbər tutmaq istəyən xeyli insan var. Tələbə və müəllim heyətinin ailə üzvləri yaxınları haqda məlumat almaqda çətinlik çəkdiklərini deyirlər. Əraziyə xeyli insan toplaşdığından mobil rabitə sistemində problemlər var. Xüsusən «Bakcell» abunəçiləri ilə əlaqə yaratmaq çətinləşib. Polis insanları ərazidən uzaqlaşdırmağa çalışır. 1 saylı Təcili tibbi yardım xəstəxanasına Neft Akademiyasından 6 ölü, 7 yaralı gətirilib. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib. O bildirib ki, ölənlər və yaralananların böyük əksəriyyətinə güllə başından dəyib. Ölülərdən 2-si qadındır. Yaralıların isə 1-i Sudan vətəndaşı, 1-i Neft Akademiyasının professoru, 2-si isə qızdır. Hazırda meyitlər xəstəxananın morqunda ekspertizadan keçirilir. Ə.Məmmədov ölən və yaralananların şəxsiyyətləri barədə ən yaxın müddətdə məlumatların veriləcəyini də vurğulayıb. Hadisə ilə bağlı Türkiyənin «Milliyet» qəzetində maraqlı versiya yer alıb. Akademiyada təhsil alan Türkiyə vətəndaşı qəzetin hadisə ilə bağlı şərh bölümündə bunları yazıb: «Universitetdə iki-üç gün sürən ərəb və azərbaycanlı tələbələr arasında dava bu gün gözlənilməz və üzüntü verən qətliamla davam edir. İntihar etdiyi və ya öldürüldüyü bildirilən terrorçulardan birinin Gürcüstan vətəndaşa olduğu ortaya çıxdı. 25-30 adamı girov götürən ərəb isə hələ də müqavimət göstərir». Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib. Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olan Qədirov Fərda Əsəd oğludur. O, 1980-ci il dekabrın 8-də anadan olub. Bakıya isə bu il martın 13-də gəlib. Qədirovların 1988-ci ildə Ermənistandan deportasiya olunaraq, Marneuliyə köçdükləri, ata Qədirovun müəllim olduğu və hazırda Moskvada yaşadığı deyilir. Fərda Qədirovun şəxsiyyəti ilə bağlı əldə etdiyimiz başqa bir məlumatı isə hələlik rəsmən təsdiqlənmədiyi üçün yaymırıq.
Bundan əvvəl adıçəkilən Nadir Şirxan oğlunun bu hadisəyə hər hansı aidiyyəti olub-olmadığı bilinmir. Bəzi məlumatlara görə, o, hadisə zamanı həbs edilsə də, sonradan olaya aidiyyəti olmadığından sərbəst buraxılıb.
Yenilendi

O, Bakıya martın 13-də gəlib
Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib. Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olan Qədirov Fərda Əsəd oğludur. O, 1980-ci il dekabrın 8-də anadan olub. Bakıya isə bu il martın 13-də gəlib. Qədirovların 1988-ci ildə Ermənistandan deportasiya olunaraq, Marneuliyə köçdükləri, ata Qədirovun müəllim olduğu və hazırda Moskvada yaşadığı deyilir. Fərda Qədirovun şəxsiyyəti ilə bağlı əldə etdiyimiz başqa bir məlumatı isə hələlik rəsmən təsdiqlənmədiyi üçün yaymırıq. Bundan əvvəl adıçəkilən Nadir Şirxan oğlunun bu hadisəyə hər hansı aidiyyəti olub-olmadığı bilinmir. Bəzi məlumatlara görə, o, hadisə zamanı həbs edilsə də, sonradan olaya aidiyyatı olmadığından sərbəst buraxılıb. 
|