Aygün Kazımova: “Fatimə bu addımı gündəmdə qalmaq üçün atdı - 27 Апреля 2009 - TOTU-SHOW...XOS GELMISINIZ

 06.12.2016, 05:57
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » APREL » 27 » Aygün Kazımova: “Fatimə bu addımı gündəmdə qalmaq üçün atdı
Aygün Kazımova: “Fatimə bu addımı gündəmdə qalmaq üçün atdı
20:46

AYGUN HARDA TOTU-SHOW ORDA !

“İtimin 5 min dollarlıq qarderobu var”


Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Aygün Kazımovanın APA-ya müsahibəsi 

- Namiq Qaraçuxurlunun konsertində Sizin geyiminiz gəlinliyi, Namiqin kostyumu isə bəy geyimini xatırladırdı. Səhnədə bəylə gəlinə bənzəyirdiniz. Geyimlərinizi bilərəkdən belə seçmişdiniz?
- İnanın ki, yox. Namiqin kostyumunu elə konsert günü gördüyümü desəm, inanarsınız mənə? Mən isə geyimimi konsertdən üç gün əvvəl seçmişdim. Təsadüfən belə alınıb, sözün düzü heç fikir verməmişdim. Səhnədə özümü çox rahat və komfortlu hiss edirdim. Həmişə Namiq mənim konsertlərimdə çıxış edib, gəlib bir neçə mahnı oxuyub, gedib. Bu dəfə isə fərqli oldu. Səhnədə öz mahnılarımdan oxumadım, çünki sırf Namiqin konserti idi. Çox deyirlər ki, Aygünə görə Namiqin konsertinə, Namiqə görə isə Aygünün konsertinə gəldilər. Ona görə də yalnız repertuarımızda olan iki dueti ifa etdik. Axı bu, Namiqin solo-konserti idi. Mən öz repertuarımdan mahnı oxumadım.

- Namiqi qadın tamaşaçılara qısqanmadınız ki?
- Qətiyyən... Belə ola bilərmi? Mən Namiqlə qürur duyuram, çox sevinirəm ki, onun bu qədər sevəni var. 

- Namiq həyatınızda nələri dəyişib? Onsuz həyatınızı təsəvvür edirsinizmi?
- Namiq mənim həyatımda bir çox şeyi dəyişib. Onun dəyərli məsləhətləri hər zaman köməyimə çatır. Namiq mənim həyatımda çox böyük rol oynayır. 

- Bir müddət əvvəl Namiqdən ayrılmağınız barədə də söz-söhbətlər gəzirdi. Bu söz-söhbətləri kimlərin yayması ilə maraqlanırsınız?
- Bu məni maraqlandırmır. Əsas odur ki, hər şey qaydasındadır. Belə şayiələri yayanlar işi-gücü olmayanlardır. Elə olur ki, Namiqlə birgə canlı yayımda oluruq, efir bitdikdən sonra mənə zəng vurub həqiqətən də ayrılıb-ayrılmadığımızı soruşurlar. 

- Siz nə vaxt Heydər Əliyev Sarayında solo-konsert verməyi düşünürsünüz?
- Yəqin ki, yaydan sonra olacaq. Konsertimin gecikməsi texniki səbəblərlə bağlıdır. Konsert layihəsi üzərində peşəkar komandam çalışacaq. 

- Dünya turnesinə çıxmaq necə? Belə bir planınız varmı? 
- Bilirsiniz ki, televiziyada proqram aparıcısıyam. Ona görə də verilişi qoyub gedə bilmirəm. Amma ola bilər. Qarşıda çox yeniliklər var. 

- Proqramdan söz düşmüşkən, aparıcılığınız yaradıcılığınıza təsir eləmir ki? 
- Yox, elə bir təsiri yoxdur. Ümumiyyətlə, səhərlər tez durmağa öyrəşmişəm. Hər səhər saat 8-də qızımı məktəbə yola salıram, sonra isə verilişə hazırlaşıram. Hətta işçilərimi belə yuxudan oyadıram. Boş yerə deməyiblər ki, tezdən yuxudan oyanan və tez evlənən uduzmur. Yeri gəlmişkən, deyim ki, bu ayın 30-da verilişimin bir yaşı tamam olacaq. 

- Bir neçə gün əvvəl aparıcısı olduğunuz verilişdə yeni qalmaqalın əsası qoyuldu. Rəqqasə Fatimə sözünüzdən inciyib verilişi tərk etdi... 
- Fatimənin xalq artistlərinin ünvanına söylədiyi fikirləri heç cür dəstəkləyə bilməzdim. Fatiməyə güldən ağır söz deməmişəm. Tamaşaçı zəngindən sonra mikrofonu atıb, studiyanı tərk etməsi mənə də qaranlıq qaldı. Fatimə əvvəlcə gedib bir mükafatın sahibi olsun, sonra xalq artistlərini müzakirə etsin. Fikrimcə, Fatimə gündəmdə qalmaq üçün bu addımı atdı. Bir şeyi qeyd etmək istəyirəm ki, mənim ətrafımda yaranan qalmaqalların heç biri planlı deyil. Sadəcə, adımdan istifadə edib gündəmə gələnlər çoxdur. Hər zaman demişəm: populyar olmaq asandır, cani elə bir cinayət işlədə bilər ki, bir gecənin içində onu hamı tanıyar. Amma necə? Son zamanlar adımdan istifadə edib gündəmə gəlmək istəyənlərə fikir vermirəm. Heç kimi reklam etmək fikrində deyiləm. Çoxları adımdan istifadə edib populyarlıq qazanıb gündəmdə qalıblar. Kim özünü reklam etdirmək istəsə, hesabıma müəyyən məbləğdə vəsait keçirilməlidir. Ondan sonra kimi necə reklam etmək barədə fikirləşərəm.

- Qızınız İlqarəni də səhnədə görürük. Sənətlə bağlı ona məsləhətləriniz olurmu?
- İlqarə öz yaşına görə bir çox uğurlar əldə edib. Mənim qızım hələ beş yaşında olanda Heydər Əliyev Sarayında çıxış edib. Hətta onun səsi bir çox müğənnilərin ayaq basmadığı “Kreml” səhnəsindən gəlib. İlqarədə istedad görməsəydim, onun bu sahədə çalışmasına icazə verməzdim. Qızımın çox gözəl musiqi duyumu var. Onun şou-biznesə qatılmasını dəstəkləyirəm. 

- Moskvadan aldığınız itinizi də həmişə yanınızda görürük. Deyəsən, onsuz heç yerə getmirsiniz...
- “Prinsessa” demək olar ki, həmişə mənim yanımdadır. Ona çox bağlanmışam. Çox səs-küylü tədbirlərə “Prinsessa”nı aparmıram, axı stress keçirə bilər. Hər gün verilişdən evə qayıdanda “Prinsessa”nın məni necə qarşıladığını görsəniz, dəhşətə gələrsiniz. O, çempion nəslindəndir, tükü insan saçına ən yaxın tük sayılır. Bir günümü belə “Prinsessa”sız təsəvvür edə bilmirəm. İtimin 5 min dollarlıq qarderobu var. 

- Qarşınızda ağzınızın dadına uyğun yemək olanda “dünyaya bir dəfə gəlirik” deyib yeyirsiniz, yoxsa bədən quruluşunuzu qorumaq üçün nəfsinizi saxlayırsınız?
- Hazırda qan qrupuma uyğun individual pəhriz saxlayıram. Demək olar ki, hər şey yeyirəm. Hər zaman təbii məhsullara üstünlük verdiyimdən elə bir problemlə üzləşmirəm. Pəhrizə başlayandan 8 kiloqram arıqlamışam. 

- Proqnozunuz görə, “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel və Araş neçənci olacaq? 
- Mənə elə gəlir ki, Aysel ölkəmizi layiqincə təmsil edəcək. Bildiyimə görə, bu müsabiqənin iştirakçıları arasında ən gənci Ayseldir. Sevinc hissi ilə vurğulaya bilərəm ki, o, münsifi olduğum “Yeni ulduz” yarışmasının yetirməsidir. Ümid edirəm ki, bu il Azərbaycan ilk beşliyə daxil ola biləcək.


BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1729 | MÜƏLLİF: totu-show |
ÜMUMİ SƏRH:  15
X_MAN ŞƏRH # 15
yaniq keremler,siz yaxwisi gedin xatireynen maraqlanin onun yaxwi biznesi var onnan iyrenmelisiz aygunnen yox kimin neynen mewgul oldugunu yaxwi biliriy ona gore de perestiw elediyiniz mugennicik guya kimdiki 2-3 manatliq biri.onu fikirlewib bawqasina nese yazin.
AYGUN ARVADDISA XATIRA XALAWKADI BAWA DUWDUN?


 

  
 


RAZIN ŞƏRH # 14
XoshuM GelmiR 1sozle MaraqlanmiraM.

 

  
 


GYT ŞƏRH # 13
NO COMMENT


 

  
 


tnager ŞƏRH # 12
angry BIR SEY YAZSAM AGIR OLACAQ.ONA GORE DE YAZMASAM YAXSIDI

 

  
 


smok ŞƏRH # 11
HEMISEKI KIMI QALMAQALLA .....NE ISE.SEMIMIYETSIZ MUSAHIBE

 

  
 


FANATKA_AYGUN ŞƏRH # 10
Доступно только для пользователей

 

  
 


YANIQ_KEREMLER ŞƏRH # 9
BU ARRVADI GORENDE SEPIREM...ALERGIYAM VAR BU ARRVADA QARSI

 

  
 


DROP ŞƏRH # 8
MUSAHIBEYEDE REYIM NORMALDI YAXSI MUSAHIBE ALINIB

 

  
 


DROP ŞƏRH # 7
XEBERINIZ VAR AYGUNUN YAY FESLINDE KECIRMEYI PLANLASDIRDIGI KONSERT QIS FESLINE TEXIRE SALINDI..

 

  
 


ERON ŞƏRH # 6
HIM...

 

  
 


ele ŞƏRH # 5
*********************************
GUNESIN ODUNU ALAN MENEM MEN
BUTUN QELBLERDE QALAN MENEM MEN
DENIZIN DAMLASI MENIM GOZUMDUR
TANRININ DUASI MENIM SOZUMDUR....

*********************************
SEVIREM DUNYANI,CAHANI MEN DE
HER KES TAPACAQ DUNYANI MENDE
DOSTLUQA SADIQ AY,GUN KIMIYEM
XEYANET EDENE KUSKUN KIMIYEM.....

*********************************
XALQIN SEVGISI YASADIR MENI
YASIYIB GEDIREM BEXDE DUSENI
AY KIMI GUN KIMI GOZEL AYGUNEM
OXUYUM SIZINCUN SIZIN AYGUNEM !



 

  
 


FORME ŞƏRH # 4
AYGUN YEK ! COOOOOOOOOOOOOOOOOOOOOX MARAQLI MUSAHIBE OLUB . THANKS

 

  
 


X_MAN ŞƏRH # 3
gunay ne yaza bileriy?
elbetdeki aygun yek,tek nomre birdi hemcinin sehnemize en cox yarawan mugennidi:)aygun forever soradan cixanlar ise yalniz gobeleklerdi


 

  
 


GUNAY ŞƏRH # 2
THANKS TOTU! GOREK AYGUN FAN-LARI NELER YAZACAQLAR! biggrin

 

  
 


totu-show ŞƏRH # 1
COX MARAQLI MUSAHIBEDI ONA GOREDE ISTEDIM SIZLE PAYLASIM !

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!