29.03.2024, 01:07
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » APREL » 25 » Aygün Səmədzadə ilə Lalə Məmmədova barışdı!
Aygün Səmədzadə ilə Lalə Məmmədova barışdı!
15:27

SIZ SHOW-BIZNESI BIZDEN SORUSUN ! TOTU-SHOW.TK

Lalə Məmmədova:

"Uzaq qaldığımız illərə heyifim gəlir. Necə gözəl əsərlər oryata çıxa bilərdi"


Aprelin 23-ü Burc FM-in “Exclusive” verilişində aparıcı Səxavət Nur uzun sürən, daha doğrusu, 6-7 illik tarixi olan küsülülüyün aradan qaldırılmasına nail olub. Klip.az-ın verdiyi xəbərə görə, verilişin qonağı bir çox mahnıları dillər əzbəri olan bəstəkar Aygün Səmədzadə idi. Veriliş boyu müxtəlif suallar verən Səxavət mövzunu hər iki tərəf üçün aktual bir problemə doğru gətirib, oxunmasına qadağa qoyulmuş mahnıdan danışdı. Sözə bu küsülülük sırasında hər iki tərəfin təmkinlə, mədəni və səviyyəli rəftarı, ziyalı davranışı bu gün qalmaqal yaradan və biri-birlərinin ünvanına nalayiq sözlər işlədən həmkarlarına nümunə olduğu ilə başlayıb, məşhur “Məktəb illəri”nin taleyindən söz açdı. Aygün xanımdan izn alıb mahnını efirdə səsləndirdi. 

Aygün xanım böyüklük nümayiş etdirib içində kindən, nifrətdən əsər-əlamət qalmadığını vurğuladı. Eyni zamanda bu məsələdə “qara pişiklərin” də olduğu, bu küsülülüyün bəlkə də kimlərəsə sərf etdiyindən dolayı bu qədər uzandığı da söylənildi. Bundan cəsarətlənən aparıcı Aygün xanımdan daha bir izn alıb, yaradıcılıqlarının ilk illərində lentə aldıqları daha bir mahnını Lalə xanımın ifasında səsləndirdi. Aygün xanımın mayın 31-ində keçiriləcək konsertindən danışıldı və xoş əhval-ruhiyyə ilə veriliş bitdi.

Klip.az-a daxil olan məlumata görə, Səxavətin bu iki yaradıcı insanı barışdırmaq cəhdi boşuna getməyib. Efirdən sonra Lalə xanım Aygün xanıma zəng edib və münasibətlərin bərpası, keçmiş dostluq və yaradıcılıq əlaqələrinin qopmuş yerdən davam etməsi atmosferində söhbət olub. İndi hər şeyin daha gözəl şəkildə davam ediləcəyinə hər iki tərəf inanır.

Barışıqla bağlı Aygün xanımı arayıb münasibətini soruşduq. Bu gözəl və gözlənilməz hadisənin şişirdilməsini istəməyən müsahibimiz gələcək planlarla bağlı sadəcə bir şeyi dedi: “Özünüz hər şeyi konsertdə görəcəksiz”. 

Lalə xanımla da əlaqə saxlayıb fikirlərini öyrəndik. Səsindən də sevinc duyulan ifaçı “hələ də sevinirəm, çox rahatam” dedi. “Aygün xanımın özünə də dedim, uzaq qaldığımız illərə heyifim gəlir. Necə gözəl əsərlər oryata çıxa bilərdi” deyə heyifsiləndi. “Mən deyərdim ki, bəlkə də dövrümüzün ən istedadlı bəstəkarıdır. Ən şlyager mahnımın bəstəkarıdır. Hətta danışmadığımız vaxtlarda da hər yerdə həmişə bunu demişəm. Adam gərək nolursa-olsun, haqq-ədalətlə danışsın. Özü yanımda olmayıb, amma allahı yanımda olub. O, çox istedadlı bəstəkardır. Çox gözəl mahnıları var. Səxavətə də minnətdaram ki, bu gözəl addımı atdı və bizi barışdırdı” deyə Lalə xanım valideynlərinin də hər zaman bunu istədiyini söyləyərək, məmnunluğunu ifadə etdi. 

"Aygün xanımın qarşıdan gələn konsertində necə, iştirak edəcəksizmi, sizdən bundan sonra nə gözləyək" sualına isə Lalə xanım “Böyük məmnuniyyətlə! Oxuduğum hər iki mahnısını oxumaq istəyirəm” deyə cavab verdi. “Yeni mahnılara gəlincə isə çox istəyərəm, yəqin ki, olacaq” deməklə gələcək yaradıcılıqlarının daha möhtəşəm, daha gözəl olacaqlarına inamını dilə gətirdi.

Xatırladaq ki, 6-7 il bundan əvvəl Aygün xanım “Məktəb illəri” mahnısının Lalə xanım tərəfindən oxunmasına qadağa qoymuşdu. 
Amma dünəndən etibarən Lalə xanımın Aygün xanımdan oxuduğu “Məktəb illəri” və “Ömrümüzün ilk sevgisi” adlı mahnılar Xəzər FM və Burç FM dalğalarında səslənəcək.

Bəlkə də bu barışığın məhz bu günə – aprel ayının 23-ü – müəllif hüquqları günü, eyni zamanda məktəb həyatının son günlərinə təsadüf etməsi də bir təsadüf deyil. 

Onu da qeyd edək ki, Aygün xanımın konserti də məktəblilərin məzun günündə, yəni may ayının 31-ində Heydər Əliyev sarayında keçiriləcək.

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1788 | MÜƏLLİF: ELENA |
ÜMUMİ SƏRH:  10
TU-3-REF ŞƏRH # 10
 
tebrik edirem lale fanatlarin EGER VARSA !

 

  
 


ele ŞƏRH # 9
 
MENE FERQI YOXDU AMA BARISMAQLARI BELKEDE DAHA XEYRLISIDI

 

  
 


YANIQ_KEREMLER ŞƏRH # 8
 
MINNETI OLSUN KI LALE ONLA BARISIB

 

  
 


DROP ŞƏRH # 7
 
Onu da qeyd edək ki, Aygün xanımın konserti də məktəblilərin məzun günündə, yəni may ayının 31-ində Heydər Əliyev sarayında keçiriləcək.

 

  
 


GUNAY ŞƏRH # 6
 
SENINLE TAM RAZIYAM X_MAN smile

 

  
 


ERON ŞƏRH # 5
 
sevindim)

 

  
 


totu-show ŞƏRH # 4
 
BIR MAHNISINI ELA OXUYUB DEYE O DEMEK DEYIL KI BUTUN MAHNILARINI ELA OXUYACAQ...

 

  
 


GYT ŞƏRH # 3
 
TEKI HER ZAMAN, HER YERDE SULH OLSUN

 

  
 


X_MAN ŞƏRH # 2
 
laleden zehlem gedir duz eliyib kusmuwdu ele seviyesizle

 

  
 


ELENA ŞƏRH # 1
 
BELKEDE AYGUN SEMEDZADENIN HEYATDA EN BOYUK SEHVI LALE ILE KUSMEK IDI

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!