
Şəkil sadəcə kağız parçası deyil. Bu insanı hər hansı bir vəziyyətdə, həyatın bir məqamında əks etdirəm, qəlbimizin ani düşüncələrini, fikirlərimizi, əhval-ruhiyyəmizi, xarakterimizi əks etdirən bir surətdir. Şəkil şəxsiyyəti əks etdirən bir qapıdır. Bu məkana daxil olmaq üçün ekstrasens olmaq lazımdır. Hərdən ekstrasenslik bacarığını məhəbbət əvəz edir. Deyilənlərə görə Böyük Vətən Müharibəsi dövründə ərlərini müharibədən gözləyən qadınlar, həyat yoldaşlarının şəklinə baxıb onların salamat olduqlarını və ya əksinə çətinlik çəkdiklərini hiss ediblərş.
Ekzoterikada şəkillər çox istifadə edilir. Ekstrasenslər şəkil vasitəsilə itmiş insanların taleyini öyrənib, kliyent haqqında istədikləri məlumatı öyrənə bilirlər. Təəssüf ki, insana caduları da çox hallarda şəkil vasitəsilə edirlər. Bununla əlaqədar şəkillərə aid bir neçə qəlbinizə rahatlıq gətirəcək sadə məsləhət vermək istərdik.
Ətrafınızdakı insanların hamısı sizə qarşı yaxşı münasibət bəsləyə bilməz. Bu səbəbdən qəlbinizə bir pəncərə olan şəkillərinizi kimə gəldi paylamayın. Belə hallar da olur ki, istəyinizdən asılı olmayaraq sizin şəkillər kiminsə əlinə düşə bilər. Məsələn, toyda bəylə gəlinin şəkilləri hamının əlinə düşə bilər. Məhz toy şəkilləri sonradan qara magiya üçün istifadə edilə bilər, çünki qara magiya əksər hallarda şəxsi həyata yönəlir. Paxıllıq, qısqanclıq, nifrət hissləri insanları caduya əl atmağa vadar edir. İtirdiklərini nəyin bahasına olursa olsun geri qaytarmaq istəyən atılmış insan ələ keçirmək istədiyi insanın toy şəklini əldə edib qara əməllərini həyata keçirir. Belə hallardan qaçmaq mümkün deyil çünki toyda yüzlərlə insan iştirak edir, texniki proqress isə şəkillərin daha tez yayılmasına imkan yaradır. Evlənənlərin şəkillərini təkcə fotoaparatlarla deyil, mobil telefonlarla da çəkillər. Sonra toy təsvirləri kimlərinsə, hərdən tamam yad insanların kompüterlərinə yol tapır. Bu qaçılmazdır. Heç olmasa digər şəxsi şəkillərinizi yadların nəzərindən gizli saxlayın!
• Nadir hallarda şəkil çəkdirin. Müasir ekzoterika hesab edir ki, şəkil insanın enerjisini özünə çəkir və saxlayır. Həyatınızın xöşbəxt anında çəkdirdiyiniz şəkil illər ötdükdən sonra özündə zamanın xoşbəxt anlarını saxlayacaq. Hər dəfə bu şəklə baxanda isə, siz eyni hissləri yaşayacaqsınız. Pis əhval-ruhiyyədə çəkdirdiyiniz şəkilləri isə evdə saxlamayın. Bu şəkillər mənfi enerjini özlərində saxlayırlar.
• Sizi içtimaiyyət qarşısında təmsil edəcək şəkillərdə çalışın yaxşı əhval-ruhiyyədə olasınız. Heç bir makiyaj şəkildən gələn mənfi auranı örtə bilməz (hətta şəkildə özünüzü yaxşı görünməyə məcbur etmisinizsə belə). Belə şəkillərə şəxsiyyət vəsigəsinə, sürücülük vəsiqəsinə, plakatlara və digər ünvanlar üçün çəkdirdiyiniz şəkillər aiddir. Bu şəkillər sizin “ikinci simanızdır” – onlar qüsursuz olmalıdırlar.
• İşiniz fotokameralarla bağlı deyilsə, şəkillərinizi tirajlamayın. Siyasətçi, dövlət məmuru, aktyor, maneken deyilsinizsə, yəni “ulduz” deyilsinizsə, reklamda çəkilməkdən, qəzetlərdə şəkillərinizi dərc etməkdən, xüsusilə də uşaqlarınızı bu işə cəlb etməkdən çəkinin. Uşaqlara daha tez göz dəyir. Nəzərinizdə saxlayın ki, şəkillərlə işləyən qara magiya mərasimləri zamanı ritual məhv etmə keçirilir, reklam təsvirləri isə təbii üsulla, ritualsız məhv edilirlər. Şəkillərin bilmədən məhv edilməsi də şəklin sahibinə mənfi təsir edə bilər. Bir Sovet filmini xatırlayıram. Bir ata qızının şəkillərini uşaq yeməkləri bankalarının üstündə yerləşdirməkdən imtina edir. Qərarını isə belə izah edir: “Mən istəmirəm ki, mənim qızımı hər atılan banka ilə birlikdə atsınlar”. Məntiqli cavabdır, deyilmi?
• Bəyənmədiyiniz şəkilləri evdə saxlamayın. Söhbət keyfiyyətsiz şəkillərdən getmir. Hərdən ilk baxışdan keyfiyyətli görünən şəkil ürəyimizə yatmır. İntuisiyanıza qulaq asın – şəkli cırıb atın. Məhz cırıb atmaq vacibdir. Şəkli yandırmaq olmaz. Cıranda isə çox xırda cırın ki, kimsə sonradan şəkli cadu üçün istifadə edə bilməsin.
• Evdə şəklinizi gözdən uzaq yerlərdə saxlayın. Daha məsləhətli olar ki, şəklinizi işıqlı və açıq yerdə saxlayasınız ( rəflər arasında və ya divar oyuğunda şəkil saxlamaq məsləhət deyil). Şəkliniz mebellər arasında yerləşdirilibsə, həyatda da eyni sıxılacaqsınız. Çərçivəsiz şəkil saxlamaq da məsləhət deyil. Çərçivə sizi qoruyan bir səddir. Çərçivə özü isə ağır və həcmli olmamalıdır, əks halda təsvir “sıxıla” bilər.
|