29.03.2024, 13:15
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » APREL » 10 » Murad Arif:”Mən Murad Dadaşovu çox istəyirəm”
Murad Arif:”Mən Murad Dadaşovu çox istəyirəm”
16:50

TOTU-SHOW.TK-DA MURAD ARIF

Teleaparıcı, Bəstəkar və gözəl insan Murad Arif...



- Murad, sənin şou-biznesə gəlişin haqqında heç nə bilmirik. 

- Bu mənim musiqiyə olan sonsuz məhəbbətimin məntiqli davamıdır. Özümü dərk edən yaşlarımdan musiqi dinləyirəm. Bacılarım da musiqi ilə məşqul olublar. Onların ifasını dinləyərək klassik musiqini, Stiv Uanderi “Bitlz” qrupunu sevmişəm. Valideynlərim muğama, xalq musiqisinə çox qulaq asırdılar. İllər ötdükcə musiqiyə olan marağım ehtirasa çevrildi. İndi mən hər gün internetdən musiqi köçürürəm. Dinlədiyim kompozisiyalar məni yeni musiqi yaratmağa çağırırdı. Günlərin bir günü qərara gəldim ki, musiqiyə yeni çalarlar qatım, onu istədiyim səmtə yönəldim. Şou-biznesə Space radiosundan gəlmişəm. İlahə Şıxlinskaya mənə çox kömək edib. Space-də prodüser işləmişəm, sonra efir rejissoru, daha sonra isə radio verilişlərinin aparıcısı olmuşam. Sonra məni İçtimai televiziyaya dəvət etdilər. Orada baş redaktor işləmişəm, sonra Evrovision müsabiqəsinin ilk kommentatoru olmuşam. Gənclər üçün nəzərdə tutulmuş “Qaraj” verilişində aparıcı olmuşam. Özümü daha çox şou-biznesə deyil, mediyaya aid edirəm.  

- “Qaraj” verilişi haqqında daha ətraflı danışaq. Bir zamanlar veriliş çox populyar idi. Necə hesab edirsən, bu populyarlıq nə ilə bağlı idi?

- Sizə ümumi sözlərlə cavab vermək istəməzdim. Düzünü desəm, mən efirə heç bir kanalda səslənməyən mahnılar seçirdim. Bu isə tamaşaçının diqqətini proqrama cəlb edirdi. İndi, illər ötdükdən sonra deyə bilərəm ki, mənim gedişimlə verilişin formatı dəyişdi və populyarlığı getdi.

- İçtimai kanaldan gedişin nə ilə əlaqəli idi?

- Gedişimin əsas səbəbi adi anlaşılmazlıqla bağlı idi. İndiyə qədər əsl səbəbi bilmirəm. Hər sahənin öz çətinlikləri var. Elə insanlar da var ki, başqalarının uğurlarını qəbul edə bilmirlər. Paxıllıq çox böyük günahdır: mənə stədiyim işi görməyə qoymadılar. İndi keçmişdə qalanlar məni maraqlandırmır. Sonralar İTV-ə qayıtmaq təklifləri çox olub. Fürsətdən istifadə edib İçtimai kanalın bütün kollektivinə salamlarımı çatdırmaq istərdim. Bilirəm ki, məni İTV-də indiyə kimi sevirlər. Mənə kömək etmiş bütün insanlara minnətdarlığımı bildirmək istərdim. 

- Ayaz üçün yazdığın “Almalarınla” mahnısının bu qədər populyar olacağına inanırdın?

- Əlbəttə! Mən musiqi vurğunuyam, musiqi cərəyanlarını tanıyıram və xitin əsasını təşkil edən məqamları yaxşı bilirəm. Təhsilim beynəlxalq iqtisadçıdır, qoroskopa görə isə - tərəziyəm. Yalnız yaxşıca ölçüb-biçəndən sonra mahnının uğurlu olacağına əmin olduqdan sonra işə başlayıram. Gördüyünüz kimi, mən çox az hallarda səhv edirəm. Mahnı “Qrand” mükafatına layiq görülüb. Beləliklə mənim 9 mükafatım var. 3 mahnıya görə isə - 9 mükafat almışam. Fəxr etməyə dəyər!

- Mahnılarını satırsan, yoxsa bağışlayırsan?

- Mən elə də varlı deyiləm ki, belə bahalı hədiyyələr edim. Bu isə bəzi bəstəkarların xoşuna gəlmir.

- Bu yerdən daha ətraflı danış.

- Sözü atıram, yiyəsi tutacaq. Bu insanlara demək istərdim ki, belə çox əsəbləşməsinlər. Pozitiv fikirlərlə yaşamaq lazımdır. Məsələn, «Bitlz» və «ABBA» populyar olandan sonra musiqi təhsili alıblar. Təhsil hələ uğur demək deyil.

Özümü heç kəslə müqayisə etmirəm. Təkcə diplom xatirinə deyil, maraq üçün təhsil almaq istərdim. 

- Murad, paxıllığın nə olduğunu bilirsən?

- Əlbəttə, bu hiss mənə tanışdır. Mən də adi insanam və “qara” və “ağ” paxıllığın nə olduğunu bilirəm. Əsas odur ki, “qara” hisslərə qalib gəlməyi bacarasan və bu hisslərdən özünü inkişat etdirmək üçün istifadə edəsən. Başqalarında yaxşı bir xüsusiyyət görəndə, istəyirəm ki, mən də onların uğurunu təkrar edim və daha çox uğurlar qazanım. Başqalarının uğuru haqqında düşünsəm, inkişat edə bilmərəm. Allaha şükür ki, paxıllıq mənə təkan verən əsas stimullardan biridir.

- Bildiyimə görə indi Murad Dadaşovun komandasında çalışırsan. Onunla necə işləyirsən?

- Düzünü deyim ki, mən Muradı çox sevirəm. Əvvəllər onunla işləmək istəmişəm. Murad - professionaldır. Lakin uğurlarına baxmayaraq, hər zaman öz üzərində çalışır, yalnız irəli gedir. Televiziyanın nə olduğunu yalnız Muradla tanışlıqdan sonra anlamışam. 

- İndi Lider TV-də səhər proqramının aparıcısısan. Nigar Talıbova ilə işləmək sənə hansı təəssüratları bağışlayır?

- Siz necə düşünürsünüz? Kişi özünü Nigar kimi gözəl ilə yanaşı necə hiss etməlidir? Nigar Talıbova və Nigar Mahmudova ilə birlikdə işləməkdən həzz alıram. Nigar Talıbovanın öz şarmı və kaprizləri var, Nigar Mahmudovanın isə tamam başqa gözəlliyi və cazibəsi var. O - əsl şərq gözəlidir. Onlar ikisi də çox maraqlı insanlardır. Verilişi tək aparmaq istəməzdim. Bürcüm tərəzidir. Onlar isə təkliyi sevmirlər. Inanıram ki, mənimlə efirə çıxanlar da məni sevirlər, necə ki, mən onları sevirəm. 

- Ürəyini hansı gözəl fəth edib?

- Ürəyimi fəth edən olmayıb. İndiyə kimi axtarışdayam. Ötəri hisslər isə hamının ürəyində yer alır.

- Tək olmaq çətin deyil ki?

- Xeyr. Başım işimə çox qarışıb.

- Yaxın gələcəyə planların varmı?

- Mənim planlarım – Aygün Kazımova və onun “SHOW” mahnısıdır. İkinci proyekt Natəvan Həbibi və İntizarın “SSS” mahnısına yazdırdıqları duetlə bağlıdır. Həmçinin Faiq Ağayevin ifa etdiyi “Bal”mahnısına klip çəkilişləri olacaq. Mən bu yaxınlarda Brilliant Dadaşova üçün yeni mahnı yazmışam. Allaha şükür ki, mənim çoxlu sifarişlərim var, cədvəlim may ayına kimi doludur. Aparıcılıq fəaliyyətimi də davam etdirmək istərdim. Bu iş mənim üçün ən vacibidir.

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1358 | MÜƏLLİF: totu-show |
ÜMUMİ SƏRH:  18
brilliant ŞƏRH # 18
 
AY ALLAH TOPPUSDU-TOPPUSSSSSSSSSSSSSS

 

  
 


FULL22 ŞƏRH # 17
 
FULLLL XEBERDI...THANKSSSSSSSSSS

 

  
 


X_MAN ŞƏRH # 16
 
ELENA,KES SESIVI DROP-NAN IWIN OLMASIN HE DUZ DEIR DE BELKE 1 MAHNISI TUTAR BURDA SENE QADAGAN EDIREM DANIWMAGI GET IWINNEN MEWGUL OL

 

  
 


ELENA ŞƏRH # 15
 
DROP, MENE VE NATAVANA ILISME YOXSA SENIDE XATIRENIN MASINI KIMI CIZIG-CIZIG ETDIREREM.OK?

 

  
 


FER777 ŞƏRH # 14
 
PAXILLIGIN AGI QARASI OLMUR PAXIL ELE HEMISE PAXILDI

 

  
 


GYT ŞƏRH # 13
 
ROLF_FER, MENSE EKSINE DUSUNUREM GARAJ VERLISINDENSE INDIKI SEHER VERILIS DAHA SEVIYYELI VE MARAQLIDI...

 

  
 


UREK_BIR_DEFE_SEVIR ŞƏRH # 12
 
NO COMMENT

 

  
 


ROLF_FER ŞƏRH # 11
 
COX SIRINDIIII smile AMA INDIKI VERLISIN HEC BEYENMIREM GARAJ SUPER VERLIS IDI

 

  
 


FORME ŞƏRH # 10
 
MURADLARIN IKISINDE COX SEVIREM...
--------------------------------------------------------------------------------- -
Televiziyanın nə olduğunu yalnız Muradla tanışlıqdan sonra anlamışam.
(BU SOZ BOYUK QALMAQALA SEBEB OLACAQ)
--------------------------------------------------------------------------------- -


 

  
 


EDRAYF ŞƏRH # 9
 
XOSUM GELMIR MURADDAN sad

 

  
 


FER777 ŞƏRH # 8
 
SUPER MUSAHIBE OLUB....XEBERE GORE TESEKKURLER TOTU-SHOW!

 

  
 


malciska ŞƏRH # 7
 
HELEKI YAZDIGI BUTUN MAHNILAR XIT OLUR GOREK SONRASI NECE OLACAQ

 

  
 


ERON ŞƏRH # 6
 
MURAD DADASOV - 2

 

  
 


DROP ŞƏRH # 5
 
Quote (ELENA)

NATAVAN GEREK BIR MAHNIDA BUNDAN OXUSUN....

CAVAB: BELKE ONDA BIR MAHNISI TUTAR VE SEVILER ... happy

 

  
 


GUNAY ŞƏRH # 4
 
SUPERRRRRRRRR

 

  
 


ELENA ŞƏRH # 3
 
NATAVAN GEREK BIR MAHNIDA BUNDAN OXUSUN....

 

  
 


FANATKA_AYGUN ŞƏRH # 2
 
himmmm....cox gozel musiqiler besteleyir halaldi

 

  
 


totu-show ŞƏRH # 1
 
smile COX SEVIREMDE BU MURAD ARIFI

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!