Röya: “Mən bilirəm axı, Aygün Kazımova fakturası olub, var!” - 6 Марта 2009 - TOTU-SHOW...XOS GELMISINIZ

 04.12.2016, 19:16
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2009 » MART » 6 » Röya: “Mən bilirəm axı, Aygün Kazımova fakturası olub, var!”
Röya: “Mən bilirəm axı, Aygün Kazımova fakturası olub, var!”
19:09

ROYADAN FULL MUSAHIBE

“Nə qədər hirslənsəm də, Flora Kərimova mənim üçün birincidir”

- Azərbaycan estradasında yenilik etmək həvəsində olan bütün müğənnilər ya maraqlı klip çəkdirir, müxtəlif janrlarda özünü sınayır, ya da super şou-konsert proqramı ilə səhnəyə çıxır.  Vaxt keçdikcə bunlar tamaşaçıların gözündə adiləşir. İdeyalarınızın tükənməsindən, adiləşməkdən qoxrmursunuz?
-Sözün açığı, mən bütün janrlarda oxuya bilmərəm. Əvvəl bunu etiraf edim. 2006-da kiçik muğam parçası ifa etmişdim, razıyam.

- Hər halda, bu da yenilik etmək üçün bir cəhd idi...
-Yox, sözün düzü, narahat deyiləm. Əminəm ki, bundan sonra da maraqlı şeylər tapacam. Yaşım da, həmin vaxt baş verən hadisələr də öz təsirini göstərəcək. Mən indi deyə bilmərəm ki, gələn il neyləyəcəm. Razılaşa bilmərəm ki, tükənəcəm.
Xarici ölkələrin incəsənət adamları ilə bizim müğənnilər arasındakı fərqimiz də budur da! Yaşa dolduqca imkan yaratmırlar ki, gənclər bəhrələnsinlər. Gənc nəsil nəsə etmək istəsə, ondan əvvəlki nəsil çıxır və deyir, “bunu mən etmişəm”. Və yaxud “zapret”ə düşəndə gəncin ərki çatmır xalq aristinə zəng vursun və desin ki, “mənə kömək et”. Bizdə belə şey yoxdu.
Heç yadımdan çıxmız, bir dəfə konsertdə idim. İlk sıralarda ən tanınan müğənnilərimiz əyləşmişdi. Çıxışım boyu bir dəqiqə olsun məni dinləmədilər, üzlərini yana çevirib, gah bir-birləri ilə söhbət elədilər, gah da güldülər.
Gözüm şahiddir, Rusiyada Alla Puqaçova kimi nəhəng sənətkar kürəkəninin ikinci arvadının ifasına ürəklə alqış edirdi. Bizimkilər o qızla prinsip aparardı, niyə mənim kürəkənim qızını boşayıb, səni alıb…

- Amma stajlı müğənnilərin də gənc ifaçılar haqqında öz düşüncələri var: “onlar bizim səhnə fəaliyyətimizi danır, hörmətsizlik edirlər”…
-Heç dəxli var?.. Onlar indiyə qədər ediblər, indi də biz o yenilikləri etmək istəyirik.

- Bəzən efirdə və tədbirlərdə həqiqətən bu hörmətsizliyin şahidi oluruq.
-Hörmətsizlik hər iki tərəfdə var, çünki birinci hörmət böyükdən gəlir. Sonra artıq cavanlarda görürük. Mən cavan kimi tədbirdə böyüyümə salam verirəm, o da özünü görməzliyə vurur. Fırlanıb gəlirəm onun yanına, üzbəüz görəndə deyir, “aaa, Röya, burdasan?” Üç saatdır üzünə baxıram. Adi insanlar o dəqiqə fərqi hiss edir, bəzən baxıram ki, sadə insanlar konsertdə və ya başqa yerlərdə müğənnilərin bir-biri ilə salamlaşmalarını müşahidə edirlər. Gözünün qabağından keçirəm, özüm də pis oluram, onun yerinə musiqiçilər gülə-gülə üzümə baxırlar.
Elə davranırlar ki, camaat desin, Röya zorla mənimlə salamlaşdı. Olmaz ki, elə görən kimi salamlaşasan? Gənc yazıq neyləsin? İnsan ucaldıqca öz prinsipləri yaranır. Röya əvvəlki Röya ola bilməz ki! Əvvəl mənə kömək edən insanlara indi də mən maddi tərəfdən dəstək oluram. Əvvəl onlar məsləhət verirdilərsə, indi mən onlara məsləhət verirəm. Dəyişidikcə, ucaldıqca, sən onun gözündə ucalırsan, indi sənin məsləhətin keçir. İndi o gəlib yenidən ayağımdan yapışıb aşağı salmaq istəsə, daha nə oldu?

- Amma gənc ifaçılar da o qədər günahsız görünmürlər. Azərbaycan estradasının bir çox gənc pop sənətçiləri iki tanınan sima - İlhamə Quliyeva ilə Flora Kərimovaya sığınıblar. Xırda münaqişə baş verən kimi İlhamə Quliyevaya sıgınan ifaçı Flora Kərimovaya üz tutur. Ya da əksi baş verir. Siz bu fikirlə razısınız?
- Düzdür. Razıyam. Maraqlıdır, bu doğrudan da baş verir. Özü də gör neçə ildir davam edir. Mən özümü heç bir cəbhədə görmürəm. Gələn adam özü ilə əvvəl tanıdığı adamın informasiyasını gətirir. O müğənnilərə də hörmətim yoxdur. Mən bunları açıq deyə bilərəm. Hörmətim yoxdur, olmayacaq da. Əgər davaları varsa, özləri aydınlaşdırsınlar. Bu günə qədər başıma çox iş gəlib, heç kimə müraciət etməmişəm.

- Deyirsiniz, müğənnilərin davaları varsa, özləri aydınlaşdırsınlar. Flora Kərimova sizi efirdə məzəmmət etmişdisə, niyə mətbuat vasitəsilə ona cavab verdiniz? Niyə təklikdə narazılığınızı bildirmədiniz?
-Axı o mənimlə arxa planda söhbət etmədi. Mənim işimə müdaxilə edilə bilər, şəxsi həyatıma yox. Bilirsiniz neçə adam zəng vurub Flora Kərimovaya qarşı ittihamlar deyirdi? Mən onunla toylarda, məclislərdə oturanda vəziyyət başqa idi axı?! Mənim gözümdə Flora Kərimova korifey kimi qalacaq. Yenə də mən onun repertuarına müraciət edəcəm, nə qədər hirslənsəm də Flora Kərimova mənim üçün birincidir. Flora Kərimova barəmdə o sözləri deyəndə sadəcə şokda idim. Axı o sözləri mənə təklikdə deyə bilərdi... Axı mən səhvlərimi düzəltmişəm, öz-özümə demişəm ki, filan müğənniyə söz vermişəm ki, bunu etməyəcəm.
Xanım İsmayılqızı mənə demişdi ki, sən yaxşı oxuyursan, qalmaqala qarışma. Söz vermişdim, susurdum. Bir müddət keçdi, efirə çıxıb başladı danışmağa, “Röya tərbiyəsizdir”. Ondan sonra onun barəsində açdım ağzımı, yumdum gözümü. Bax, bu vaxta qədər Xanım İsmayılqızı tərbiyəsizliyimi görməmişdi, indi gördü. Niyə axı? Nə var, bir mahnısını oxumuşam, sonra da başqa mahnısını oxumamışam.

- Bəzən Azərbaycan tamaşaçısını zövqsüzlükdə günahlandırırlar...
- ... Qətiyyən! Zövqüz deyillər...

- ...İctimaiyyətin tənqidlərindən sonra sənət aləmində baş alıb gedən bəzi açıq-saçıqlığa, qalmaqallara son qoyuldu. İndi bir çox “inqilabçı” müğənnilər efirdə əvvəl etdikləri səhvləri təkrarlamayacaqlarına söz verirlər. Bütün bunların fonunda bir məntiqi nəticə var: müğənninin şəxsiyyəti özünü təsdiqləmirsə, Azərbaycan tamaşaçısı istədiyi zaman onu cəzalandıra bilər...
- Razıyam, əlbəttə razıyam.

- Tamaşaçı gözündən düşməkdən qorxmursunuz?
- Bilirsən o hansı hallarda baş verir? Bəzən özündən asılı olmarayaraq elə hərəkətə yol verirsən ki, istər-istəməz o addımı atırsan. Həmin vaxt tamaşaçı gözündən düşə bilərsən. Fakt kimi “Elman” jurnalını misal göstərim. O vaxt dayanmadan səkkiz ay məndən çimərlik geyimində şəkil çəkdirməyimi xahiş eləmişdilər. Düz səkkiz ay “yox” dedim. Elə bil ürəyimə dammışdı ki, bütün bunlar mənim əksimə yönələcək. Elədilər də. İki şəkil çəkəni daşların arasına göndərdik. O əclaf daşların arasından məni soyunanda çəkirmiş. Həmin vaxt Kristina (rəfiqəsi, vizajisti-L. Y) məni əlləşdirmirdi, bədənimə yağ sürtürdü. Jurnaldan əvvəl alt paltarlarımı soyunduğum yerdə şəklimi yaydılar. Bu, onların öz işlərinə hörmətsizliyi idi. Onlar qazandılar, mən yox. Danışanda özlərinə Azərbaycan kişisi deyirlər. Həmin jurnalı təsis edən kanal onlara inandı, mənə yox. Mən jurnalın baş redaktoru Elşad Xoseyə də demişdim ki, bu sənin ilk addımındı, sənə görə də çimərlik geyimində şəkil çəkdirməyə razıyam. Sənə görə bu addımı atıram ki, desinlər yaxşı pul gətirdi. O da Elşadın birinci, sonuncu addımı idi. Ən pisi odur ki, məndən sonra eybəcər formada şəkillər çəkdirdilər. Bəlkə də mənim 3 “razmer” ölçüm olsa idi, o şəkilləri çəkdirməzdim. Mən incə bədən nümayiş etdirmişdim, sallaq, dolu ətimi göstərməmişəm. Onların şəkillərinə iyrənə-iyrənə baxırdım. Məndə erotik, pornoqrafik görünmürdü axı!

- İndi o addımı atarsınız?
-Yox. Elə o vaxt da fikirləşirdim ki, bu yola gedim, yoxsa yox! Aldandım. Mənə dedilər ki, sadəcə çimərlik geyimlərini reklam edəcəksən. Amma necə təqdim elədilər? “Röya soyundu!” Allaha qurban olum, tamaşaçılar mənə nifrət eləmədilər, sevənlərim də gündən-günə artır. Qəribədir ki, tamaşaçılar məndən hər addımı qəbul edirlər.

- Tamaşaçının səbir kasası hələki dolmayıb. Bir gün bezsələr, yəqin ki, o cəzaya siz də tuş gələ bilərsiniz.
- Ona görə deyirəm ki, il keçdikcə insan dəyişir. Baxırsan ki, yox, əvvəl mənim üçün bu rahat idisə, (yaxası açıq paltarını göstərir ��" L.Y.) indi hər dəqiqə əlim buradadaır. Əvvəl fikir verməzdim, müsahibə verirdim, düşünmürdüm ki, qarşımdakı insanın yanında özümü narahat hiss edə bilərəm. Bunlar yavaş-yavaş beynimə gəlir. İl üstünə il gəlir. Burada kişinin də böyük rolu olur, amma əsas insanın özündən asılıdır. Kişi nə qədər desə ki, bu hərəkətini yığışdır, qadın da yığışdırmırsa, necə olar? Deməli, insanın özündən də çox şey asılıdır. O qədər səhnədə sevgilisi, yanında kişisi olub, özünü yığışdırmayan qadın müğənniləri var ki! Ona görə deyirəm ki, her şey kişidən asılı deyil. Əlli- əlliyədir. Əvvəllər tək idim, özüm tək cavab verirdim. İndi mənim qohumlarım, ailəm var, onlar cavabdehdirlər. Bir az çılığın vaxtında ailəm olmayanda fikirləşirdim ki, əşi, nə vecimə. Çox maraqlıdır, möhür vurulandan sonra hər şey dəyişir. Ondan sonra sən hiss edirsən ki, sabah ana olacam. Adicə balaca qızları küçədə görəndə əsəbləşirəm. Anar məndən soruşur ki, sənin qızın bu vaxtı küçədə gəzməyəcək? Deyirəm, yox, nəbadə. Bir tərəfdən müğənnilik də mənim sənətimdir, qolumdur, qanadımdır.

- Bu gündən etibarən Röyanın həyatında nə olmayacaq? İstər yaradıcılıqda, istər şəxsi həyatda...
-Bilmirəm. İndidən heç nə deyə bilmərəm. Yəqin çimərlikdə şəkil çəkdirmək olmaycaq, yüz faiz(gülür). Heç bir pula, xətir-hörmətə kimsəni reklam etmərəm, heç vaxt! Bu olmayacaq! Nəzərim üstümdə olacaq.

- Son günlərdə Natəvan Həbibi ilə Aygün Kazımova arasında baş verən ildırım sürətli barışıq və küsüşmələr sizi təəccübləndirmədi ki? Əvvəl Aygün Kazımova ilə sizin aranızda buna bənzər və bir az fərqli hadisə baş vermişdi...
- Hə, çox maraqlıdır ki, insanlar bizdən olduğu kimi, hər şeyi təbii qəbul elədi. Camaat bizdən bunu gözləyirdi. Çünki biz ikimiz də eyni yolda gedirdik. Eyni dərəcədə də populyar idik. İnsanlar bu rəqabəti özləri yaratdı. Aygün Kazımova ilə heç vaxt üz-üzə gəlib söhbət də aparmamışdıq.
Natəvanla Aygün Kazımova məsələsinə gəldikdə, deyim söhbət necə olub. Onlar hansısa məclisdə bir yerdə imişlər. Aygün Kazımova çıxır, oxuyur. Bu efirdə olmayıb. Həmin yerdə Aygün Kazımova səhnəyə çıxıb oxuyub, Natəvan da onun mahnısına oynamaq istəyib, oynayıb. Aygün Kazımova deyib, “a, Natəvan, sən niyə oynayırsan”. O da deyib bu mahnılar biz sizin mahnıları əzbər bilirik, ümumiyyətlə, fanatınızıq.
Mən səhnəyə çıxanda indinin özündə də Aygünə salam verirəm. Natəvanın burada səhvi onda olub ki, o sözlərdən sonra Aygünlə başqa yerdə bir səhnəyə çıxıb üzünü yana çevirir. Özü ona “kozır” verdi. Çıxdın, salam ver. O da arxasını çevirdiyi üçün Aygün də dedi, “Natəvan, bəs deyirdin fanatınam”? İncəsənət özü də bir siyasətdir, heç kəs o siyasətdən baş açmaz! Aygünün də öz prinsipləri var. “Stop! Natəvan, niyə oynayırsan?” O qədər elə oynamışam ki, “stop” verərdilər də!
Piterdə bir arvad boynumu qucaqlayıb dedi ki, “sənə qurban olum, səni, bir də...”. Dedim ay xala, niyə qorxursan, de, bilirəm ki, “Aygün Kazımovanı sevirəm” demək istəyirsən. Olan şeydir də, görün vəziyyət nə yerə çatıb ki, insanlar bizi düşmən kimi qəbul edirlər. Mənim yanımda onun adını deməyə qorxurlar. Mən bilirəm axı, Aygün Kazımova fakturası olub, var!

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1722 | MÜƏLLİF: GUNAY |
ÜMUMİ SƏRH:  32 1 2 »
ERON ŞƏRH # 32
X_MAN, biggrin

 

  
 


X_MAN ŞƏRH # 31
sadam ki hami tanis olub bir-birile.qoy ele gizli qalan ancaq menim kimliyim olsun nikim kimi surprised

 

  
 


FORME ŞƏRH # 30
AYGUN YEK!

 

  
 


ERON ŞƏRH # 29
Roya Sen Supersen!

 

  
 


GUNAY ŞƏRH # 28
BU AD YETER KI MENIM EHVALIM YUKSELSIN : ROYA

 

  
 


seva ŞƏRH # 27
GORESEN ROYA QEDER SEMIMI INSAN VAR SHOW EHLI ARASINDA ?
-
YOX


 

  
 


GUNEL ŞƏRH # 26
ROYA YEK --- NOMRE 1 --- SUPER - STARRR

 

  
 


orxan252 ŞƏRH # 25
dry

 

  
 


FULL22 ŞƏRH # 24
wink

 

  
 


ele ŞƏRH # 23
NO COMMENT

 

  
 


SEVDA ŞƏRH # 22
biggrin

 

  
 


ELENA ŞƏRH # 21
SUPERRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR

 

  
 


DROP ŞƏRH # 20
BILETLERI NECE ALA BILDIZZZZ!!!!
ELE BAHA IDI KI MENIM BUCCEM CATMADI:((


 

  
 


turkan ŞƏRH # 19
angry angry angry angry ERKINNNNNNNNNNNNNNNNNNN O QEDER PRIKOLLASDIQ YADINDAN CIXDIM???? ZARAFAT EDIREM OLA BILER CUNKI BIR DEFE GORMEKLE ADAM DOST OLMUR. GELIN BIR GUN YIGISAQDAAA HAMIMIZZZZZZZZZZ

 

  
 


EDRAYF ŞƏRH # 18
ILK DEFE ORDA NICKLERI GYT ,GUNELLE , BIRDE BIRI VARDI UNUTDUM KIMDI???? smile happy happy BAGISLASIN KIMDISE

 

  
 


totu-show ŞƏRH # 17
MEN BILETIDE ALMISDIM AMA GELE BILMEDIM :((( ISIM CIXDI COX VACIB IDI . COOOOOOOOOOOX VACIB OLMASAYDI MEN DE GELERDIM....TEBII KI TOTU-USERLERIN HAMISI SUPERDI. BIZ NOMRE 1-IK

 

  
 


GUNEL ŞƏRH # 16
TOTU - SHOW YEK !!!

 

  
 


GUNEL ŞƏRH # 15
HE DUZDU MENDE ORDAYDIM. ELE ISTIQANLI USAQLARDILARKI MEN ILK DEFE KONSERTDE TANIS OLDUM BIZIM USERLERLE. MUBAHISELER, CEKISMELER NE QEDER OLSADA TOTU-USERLER YEKDI! AMA KONSERT ZAMANI HEC BIRINE FIKIR VERMEMISDIM KONSERTDEN SONRA HAMI BIR BIRIN TAPDI :)))

 

  
 


ELENA ŞƏRH # 14
totu-show SEN GELMISDIN ROYANIN KONSERTINE? SENI GORMEDIK DAHA DOGRUSU TANIMADIQ? BIZI GORDUN ROYA NATA SEKILI TUTMUSDUQ ELIMIZDE! BIZ SUPER SEKILLER CEKDIRMISIK. HEYF SEN YOXDUN! INANIRSIZ ISTERDIM KI X_MANDE ORDA OLSUN X_MAN GELMEMISDI 100%. BIZ BIR BIRIMIZI TAPDIQ SORUSDUQ COX ADAM BIZIMKILERDI ORDA. NEYSE SUPER KECDI KONSERT.

 

  
 


seva ŞƏRH # 13
GORESEN ROYA QEDER SEMIMI INSAN VAR SHOW EHLI ARASINDA

 

  
 


FULL22 ŞƏRH # 12
cool

 

  
 


GUNAY ŞƏRH # 11
royaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

 

  
 


smok ŞƏRH # 10
ROYA HEQIQETEN N1-DIR.COX SEMIMI VE GOZEL SESLI XANIMDIR.OZUDE GOZELDI.ROYAYA HALAL OLSUN KI, BU QEDER QELBI TEMIZDIR.

 

  
 


X_MAN ŞƏRH # 9
tesekkurler gunay ele bir dene maraqli xeber qoymaq min bos bos seylerden yaxsidi
full2,men de raziyam))))ama mence yigsan ele ikisinin de beraber sayda fanati olar


 

  
 


totu-show ŞƏRH # 8
FULL22, DOGURDANDA SENINLE RAZIYAM!

 

  
 


FANATKA_AYGUN ŞƏRH # 7
UGURLAR ROYAYA! :)))

 

  
 


FORME ŞƏRH # 6
AXIR KI QEBULETDI KI AYGUN ONDAN SEVIYYECE USTUNDU :::

 

  
 


FULL22 ŞƏRH # 5
ROYA UMUMIYYETLE OZ MARAQLI FIKIR VE SERHLERI ILE SHOW ALEMDE SECILIR

 

  
 


ERON ŞƏRH # 4
ROYA YEK !

 

  
 


GYT ŞƏRH # 3
ELA MUSAHIBEDI ... TESEKKUR!

 

  
 


1-30 31-32
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!