Əgər kimsə "boyun nə fərqi var" deyirsə, şübhəsiz ki, onun pul qazanmağında boyu heç vaxt rol oynamayıb. Amma Monqolustanda kasıb fermer ailəsində anadan olmuş 20 yaşlı gənc öz unikal boyuna görə çox gözəl qazanıb. Dünyanın ən kiçik adamı olan monqolustanlı Pinqpinqin boyu təzə doğulmuş körpədən də balacadır- cəmi 75 sm! Onun çəkisi isə 1 yaşlı körpəninkindən də azdır- 7 kq. Körpəlikdə damcıtökənlə yedizdirilən Pinqpinqə həkimlər nadir xəstəlik olan “anadangəlmə karlisizm” diaqnozu qoyublar. Onun ailəsi uzun müddət Monqolustanın bir çox ailələri kimi yarıac, yarıtox, qohumların yardımı ilə dolanıb.