Müğənni Xatirə İslam oriental rəqs dərslərinə başlayıb.
Bu barədə müğənninin özü məlumat verib. O, oriental rəqsi çox sevdiyini bildirib: “Hazırda müəllim evimə gəlir, ondan oriental rəqs öyrənirəm. Eşitmişəm, bu rəqs sayəsində adam xeyli arıqlayır. İndi boş vaxtlarımda rəqs edirəm”. Qeyd edək ki, müğənni rəqs qabiliyyətini səhnədə nümayiş etdirməyəcəyini də əlavə edib.
|