Röya: «Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm» - 21 Сентября 2008 - TOTU-SHOW...XOS GELMISINIZ

 06.12.2016, 05:57
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » SENTYABR » 21 » Röya: «Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»
Röya: «Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»
01:39
Röya: «Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»

«Anarla iki il ər-arvad kimi yaşamışıq»

Röya həmkarlarının ərlərinə «qeyrətsiz» dedi
 
                                                                                              

Bu günlərdə özünə toy çaldıran müğənni Röya Ayxan yenidən iş başına keçib. Müğənni 1 news.az saytına müsahibəsində yaradıcılıqdan daha çox şəxsi həyatından danışıb.
- Röya, toyundan razı qaldın?
- Əlbəttə, toyum əla keçdi. Əvvəlcə çox həyəcanlı və narahat idim. Qonaqlar da ki, maşallah, toyun maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər- oynadılar. Toy başa çatdıqdan sonra hətta heç kim evinə getmək istəmirdi. Hələ anamın necə sevindiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Onun üçün mənim toy günüm dünyanın ən böyük hədiyyəsi oldu. Mən çox xoşbəxtəm ki, ərə getdim.
- Toy bitər-bitməz haqqınızda xoşagəlməz söz-söhbətlər dolaşmağa başladı…
- Bu haqda nəsə danışmaq, nə də ki, eşitmək istəmirəm. Dedi-qodular, söz-söhbətlərdən artıq yorulmuşam. Deyilənə görə, mən toyumu borcla reallaşdırmışam, hələ də kimlərəsə pul ödəməliyəm. Bundan asan heç nə yoxdu. Toyuna çağırdığın adamlar əlbəttə ki, əliboş gəlmirlər. Toyun axırında isə həmin pullarla restoranla hesablaşırsan. Dostlarıma, yaxınlarıma və doğmalarıma minnətdaram ki, xoş günümdə məni tək qoymadılar. Kimə borclu olub-olmamağımın isə heç kimə dəxli yoxdu. Qoy hər kəs öz işi ilə məşğul olsun. Heç kimin işinə qarışmadığım halda, niyə hamı burnunu şəxsi həyatıma soxur? Hələ belimə bağladığım qırmızı lent haqqında nələr danışdılar? Əslində mən, belimə qırmızı lent bağlamaq istəmirdim. Oğlan evindən gələn adamlar mənə deyəndə ki, qırmızı lent bağla, mən onlara «siz zarafat edirsiz? Biz artıq iki ildir ki, ər-arvad kimi yaşayırıq, hansı qırmızı lentdən danışırsız?» dedim. Məni yola gətirdilər, dedilər ki, adət-ənənə belədir.
- Sənə paxıllıq edən həmkarların haqda nə deyə bilərsən?
- Mən hər zaman öz həyatımı yaşamışam. Heç kimdən utanmamışam, əməllərimi gizlətməmişəm. Amma bəzi müğənnilər gözlərini yazıq-yazıq döyərək, üzlərinə saxta məsum ifadə verirlər. Ərə getməyim, həmin müğənnilər üçün doğrudan da zərbə oldu. Əsas odur ki, mən əsl kişiyə ərə getdim, Anarla fəxr edirəm. Bizdə məşhur adamlar paxırlarını ört-basdır eləmək üçün ərə gedirlər. Mən onların ərlərini «çətir» adlandırıram. Onlar bununla deyirlər ki, baxın, mənim də ərim var. Mənim ərimdən fərqli olaraq, həmin «çətirlər» kişilikdən çox uzaqdırlar, xoşqeyrətdirlər. Hətta ərim yatanda mən onun əllərini, ayaqlarını öpürəm.
- Niyə bal ayın olmadı?
- İki dəfə hazırlaşdıq, amma hər dəfəsində biletləri qaytarmalı olduq. Bu mənim yaradıcılıq işlərimlə bağlıydı. Buna baxmayaraq, imkan tapıb, Azərbaycanın rayonlarından birində iki gün dincəldik. İndi artıq bal ayı haqqında düşünən yoxdur, çünki işimiz başımızdan aşır.
- Doğrudur ki, Anarın ailəsi sənə görə oğlullarından imtina ediblər?
- Hamı Anarın ailəsini tanıyır və hörmət edir. Biz hələ iki il əvvəl ailə qura bilərdik, amma təzəlikdə nikaha girdik. Onlar istəsələr, toyumuza mane ola bilərdilər, amma oğullarına dəstək oldular. Mən onlarla ünsiyyətdə olmasam da, Anarın valideynlərini «ata», «ana» deyə çağırıram. Çünki onlar Anar kimi övlad böyüdüblər. Öz həyat yoldaşıma görə onlara minnətdaram. Mən əslində, onları çox gözəl başa düşürəm. Fikirləşirəm, görəsən, mən onların yerinə olsaydım qoyardım, oğlum müğənni ilə evlənsin? Bu suala cavabı yalnız oğul anası, qaynana olandan sonra tapacağam. Ümid edirəm ki, mənim Anara olan sevgim, nə zamansa bizi onun doğmaları ilə bir araya gətirəcək.
- Ana olmaq istəyirsən?
- İstəyirəm ki, gələn il ana olum. Amma sən saydığını say, gör, fələk nə sayır. Hər şey Allahın əlindədir, mən hələ ana olmağa hazır deyiləm. Açığı, qorxuram! Hamiləlik, doğuş, təsəvvürümə gətirmək istəmirəm, amma nəsə yenilik olsa, sizə mütləq xəbər eləcəyəm.
- Toydan sonra Anarla münasibətlərinizdə nə kimi dəyişikliklər oldu?
- Düzü, heç nə dəyişməyib. Biz əvvəlki kimi dalaşırıq, barışırıq, mübahisə edirik. Həmişə olduğu kimi, mən güzəştə gedirəm, çünki Anar xaraktercə tərs insandır. Hətta bürclərimiz bir-birinə uyğun gəlmir, o balıqdır, mən isə əkizlər. Görünür, əks tərəflərimiz bizi yaxınlaşdırır. Mənim Anarım çox qısqancdır! Toydan sonra 4 kiloqram kökəlmişəm. Hamı mənə deyir ki, gözəlləşmisən. Amma Anar, «Röya, arıqla» deyir. Halbuki, əvvəllər məni məcbur eləyirdi ki, kökəlim. Toydan sonra o, «indi ürəyim rahatdı, axır ki, sən mənim xanımım oldun. Bəxtim gətirdi ki, sənin kimi gözəl insan qarşıma çıxdı» dedi.

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 964 | MÜƏLLİF: X_MAN |
ÜMUMİ SƏRH:  20
turkan ŞƏRH # 20
vusal, MEN SEXSEN ROYA FANATIYAM AMA MEN DEMIREM KI ROYANIN HERKETLERI ESL AZERI QIZINA YARASIR. BURA EYLENCELI SAYTDI BURDA HER NOV INSANLAR UCUN BOLMELER VAR SEN BU SOZLERI BURDA YZMAQ YERINE DINI BOLMEDE SERHINLE BILDIRE BILERDIN

 

  
 


vusal ŞƏRH # 19
Bele exlaqsiz insan nece yek ola biler.Muselmanciliginizdan hec olmasa utanin onun etdiyi hereketler Azerbaycanli qizina yarasmir ayibdi ona yek demek gunahdi Allahdan qorxun axi biz en gozel din olan Muselmanlig dininin numayendeleriyik.Olmaz axi olmaz gunahdi olmaz.

 

  
 


X_MAN ŞƏRH # 18
totu-show, roya yek ola biler ee esas odu aygun birincidi

 

  
 


ROLF_FER ŞƏRH # 17
HEYATIMIN MENASI ROYAAAAAAAAAAAAAAAAAAAAAA

 

  
 


ELENA ŞƏRH # 16
NATA VE ROYA YEK!

 

  
 


seva ŞƏRH # 15
roya yek. number 1

 

  
 


totu-show ŞƏRH # 14
X_MAN, BIRDEFELIK ANLA KI ROYA YEK !

 

  
 


smok5 ŞƏRH # 13
HER SOZU TERS BASA DUSMEYIN.ROYA COX GOZELSEN

 

  
 


X_MAN ŞƏRH # 12
totu-show, roya deyir deye her sey duz olmali deyil bos bos sozler yazmayin

 

  
 


seva ŞƏRH # 11
ROYA NOMRE 1

 

  
 


FULL22 ŞƏRH # 10
smile smile smile ROYA SENE HALALDI SEN YEKSEN HER MENADA smile

 

  
 


FULL22 ŞƏRH # 9
ROYA FULUN FULU

 

  
 


SURI ŞƏRH # 8
XOSBEXT OL INSALLAH BIR OMUR

 

  
 


totu-show ŞƏRH # 7
HER SOZU YOZMAYINDEEE SIZDE . VAPSE ROYA NE DEYIR DUZ DEYIR ROYA YEK

 

  
 


ELENA ŞƏRH # 6
dry

 

  
 


ERON ŞƏRH # 5
UREYIM MENIM ALLAH SENI XOSBEXT ETSIN

 

  
 


smok5 ŞƏRH # 4
ROYANIN SESIDE , OZUDE , MAHNILARIDA , XARICI GORUNUSUDE SUPERDI.ALLAH XOSBEXT ELESIN.EL , AYAQ MESELESINI YQEINKI SOZUN MECAZI MENASINDA DEYIB.ROYA N1

 

  
 


green ŞƏRH # 3
Semimisen Roya ama herden yersiz sozlerindende qalmirsan

 

  
 


X_MAN ŞƏRH # 2
Oğlan evindən gələn adamlar mənə deyəndə ki, qırmızı lent bağla, mən onlara «siz zarafat edirsiz? Biz artıq iki ildir ki, ər-arvad kimi yaşayırıq, hansı qırmızı lentdən danışırsız?» dedim. Məni yola gətirdilər, dedilər ki, adət-ənənə belədir.
sad


 

  
 


X_MAN ŞƏRH # 1
hmmm esas odu dediyi sozler ozune aid olmasin.gorek ne olacaq

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!