RƏQSANƏ:İSTƏDİYİMƏ NAİL OLDUM ! - 13 Августа 2008 - TOTU-SHOW...XOS GELMISINIZ

 04.12.2016, 19:17
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » AVQUST » 13 » RƏQSANƏ:İSTƏDİYİMƏ NAİL OLDUM !
RƏQSANƏ:İSTƏDİYİMƏ NAİL OLDUM !
17:40
 
- İkinci dəfə ana olandan sonra özünün necə hiss edirsən?

- Özümü yaxşı hiss edirəm, qoysalar hər şey yaxşı olacaq.

- Kim mane olur ki?

- Mənim deməyim artıqdır, bütün tamaşaçılar, oxucular kimlərin mane olduğunu bilirlər. Bəzən insanlar yaşlaşanda ağılları başdan çıxır, onda kiminsə bostanına daş atıb, nəsə deməklə gündəmə gəlməyə məcbur olurlar. Amma mənim səhv etdiyimi deyən insanın keçmişi o qədər təmiz olmalıdır ki, mən onun iradlarını efirdən eşidəndə haqq verim və susum. Amma mənimlə bağlı o adam çıxıb söz deyir ki, özü efirlərdən iki min kişi ilə yatdığını söyləyib. Belə insan hansı əxlaqdan danışır? Bir insan ki, özündən qat-qat aşağı səviyyəli bir kişi ilə yaşayır, hər dəqiqə də efirdə onun o üz, bu üzündən öpür, o mənə əxlaq dərsi keçəcək? Amma mən danışa bilərəm, çünki Allaha şükür elə pis formada açıb özümü ortalığa qoymamışam. Düzdür, açıq geyinmişəm, açıq şəkillərim var, amma bunu eləməliyəm, çünki şou- biznesdəyəm, səhnə adamıyam. O ki qaldı, ikinci dəfə mənim dünyaya uşaq gətirməyimə, kimdən doğmuşam, necə doğmuşam. Ərəbistanda, yoxsa Moskvada doğmuşam, özüm bilərəm, əcəb eləmişəm!


- Əsas söhbətlər odur ki, sən əvvəlcə iki uşağının olacağını demisən, sonra isə bir uşağın dünyaya gəlib, amma yenə iki övladın olduğunu demisən...

- Əvvəlcə, uşaq olmamışdan əvvəl söz-söhbət yaydılar ki, hamilə deyiləm, plastik əməliyyatdan keçdiyimə görə uşaq doğa bilmərəm və s. Hətta bir verilişdə bütün şəhərdən sorğu almışdılar, guya mən Zülfiyyə Xanbabayevaya baxıb özümü hamilə adlandırıram. Bunu mənim övladım olana qədər danışdılar. Sonra da çıxıb Moskvaya getdim. Azərbaycanda doğası olsam, kimdən qorxuram ki? Çəkindiyim kim var ki? Mən bu gün deyə bilərəm ki, filankəs filan yerdə doğub. Ancaq boş-boş danışmaram, mən fakt çıxardaram ortalığa. Faktsız danışmağa nə var ki? Qurama zənglər, nə bilim nə... Aygün verilişinə telefon zəngi elətdirir, orda da deyirlər ki, guya kimsə Rəqsanə ilə bir palatada yatıb. Əvvəla, mən Azərbaycanda doğmuşamsa, xəstələrlə yatmaram. Nə qədər olmasa da, mən müğənniyəm. Çalışaram ki, özüm üçün ayrıca bir palata tutum, orda tək qalım. Mən başqa xəstələrlə bir yerdə yatası deyiləm ki...

- Deməli, Aygün Kazımovanın verilişinə zəng edən şəxs səninlə bir palatada yatdığını dedi...

- Hə, sonra da mən bir verilişə dəvət aldım. Orda qonaq olub, bu söz-söhbətlərə aydınlıq gətirəcəkdim. Bəzi texniki səbəblərdən veriliş efirə çıxası olmadı. Əgər veriliş olsa idi, Əzizbəyov adına xəstəxananın baş həkimini də efirə zəng etdirəcəkdim, onlar da öz sözlərini deyəcəkdilər. Bu gün həkimin də, müğənninin də işinə qarışırlar.


- Amma sənin Əzizbəyov adına xəstəxanada uşaq dünyaya gətirdiyin deyilir...

- Orada olmuşamsa, fəxr edərəm ki, o cür savadlı, o cür qabiliyyətli insanların əlində uşağım dünyaya gəlib. Burada ayıblı nə var ki? Yalan danışmışamsa da, əcəb eləmişəm, öz işimdi, yaxşı edirəm. Onun Aygünə nə dəxli var?! Aygün bütün Azərbaycanla bir etdi ki, qabırğalarımı çıxartmışam, nə bilim neyləmişəm. Sonra da aydın oldu ki, qabırğa-zad çıxartdırmayıb. Gedib Nekrasovun yanına piylərini çıxartdırıb, vəssalam. Mən sənətdə dörd il varamsa, o iyirmi ildir burdadır və bunları görə-görə gəlib, çox yalanlar danışıb. Bu şou-biznesdə hər şey ola bilər. Aygün məndən və vaxtilə yaxın olduğu rəfiqəsindən veriliş hazırlayır.

- Rəqsanə, Aygünlə sənin nə problemin var? Bəlkə bizim bilmədiyimiz gizli nələrsə var?

- Əslində o xanımdan mənim xoşum gəlib həmişə, geyimlərini izləmişəm. Amma bir də baxdım, bir verilişdə deyir ki, qızının mənə və Xumar Qədimovaya qulaq asmasına icazə vermir ki, manerası korlanar. Kimsə mənim haqqımda danışırsa, mən də cavab verirəm, məgər mənim dilim yoxdu? Mən də qarşılığında dedim ki, əgər mən Aygünün qızının manerasını korlayıramsa, Aygün iyirmi il bundan qabaq xalqın manerasını korlamağa başlayıb.

- Yəni, səndən iyirmi yaş böyükdür?

- Bəli, yaşımı danmıram, mənim 28, Aygünün isə 39 yaşı var. Aramazda 11 yaş fərq var. Ona yaraşırmı, mənimlə, Röya ilə, Xumarla çəkişsin. Yaşlı müğənnilər öz sambalını bilməlidir. Məsələn, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva harada görürlərsə, adamla canla-başla görüşürlər, münasibət saxlayırlar. Bu isə gah Elarizi, gah Cavanşir Məmmədovu, gah Xumarı, gah Rəqsanəni qurdalayır. Bilmirəm, nəyinə lazımdı...


- Bəlkə hegemonluq etmək istəyir?

- O da alınmayacaq. O insan söz deyər, irad bildirər ki, sənəti var. Aygünün elə böyük sənəti yoxdu axı. Sənəti var onun?
Mən də qadınam öz ailəm, uşağım üçün çörək pulu qazanıram, o da qadındı, ailəsi üçün çörək pulu qazanır. Nəyə görə efirdə məni, ya da digərini tamaşaçının gözündən salmaq istəyir? Efirdə deyir ki, guya mən əkiz uşaq doğduğumu ona görə demişəm ki, mənə çoxlu toy sifariş eləsinlər. Adam əkiz uşaq doğanda adama toy gəlir? Onda elə bütün camaat gündə beş dənəsini doğsun ki, toyu çox olsun.
Mən uşağı özüm üçün istəmişdim. Əkiz də oldu, biri qaldı, biri qalmadı, bu da Allahın işidir. Sadəcə, artıq o keçmişlərə qayıdanda adama gülməli gəlir. Çünki hər yerdə o sualı verirlər.
Nadir Qafarzadə çıxıb efirdə məndən danışır. Nadir, sən kimsən axı? Mən qadınam, doğmuşam. Sən öz qayğına qal! Sənin haqqında danışılanları eşit, ona cavab ver. Ümumiyyətlə, sənin kişi kimi danışmağa haqqın yoxdur. Mən ağzımı açanda başqa cürə danışıram, çünki qorxmuram. Nadir yıxılmışdı da, yenicə qalxıb ayağa. Gedib uşağı üçün bir parça çörəyini qazasın. O da bu gün Aygünün kölgəsində dayanıb, Rəqsanənin filan xəstəxanada doğduğunu deyir. Rəqsanə doğanda, sən onunla bir yerdə doğmuşdun?! Yoxsa bəlkə “mamalığı” sən edirdin?
Ağsaqqal adamdı, Əli Mirəliyev, mən onu yalnız son vaxtlar efirlərdən tanımışam, ona-buna söz atır. Yaşlı adamdı, on “şirvan”, beş “şirvan” atırlar ağzına ki, çıxıb danışsın. Nə Rəqsanəni tanıyır, nə də o birisini, çıxıb ağzına gələni danışır. Sən ağsaqqal adamsan, get otur yerində.

- Nadir Qafarzadə ilə nə ədavətin var?

- Mənim, ümumiyyətlə, Nadirlə heç bir əlaqəm yoxdu. Əvvəllər yaxşı münabətim olub, hamilə olanda prodüserim Nigar xanıma zəng edib ki, mənimlə danışmaq istəyir. Onda buna efirlərdə qadağa qoymuşdular. Nigar da bildirib ki, Bakıda yoxam, nömrəmi istəyib, Nigar da verməyib. Bundan sonra başlayıb mənim əleyhimə danışmağa. İndi Aygünün öyrətməsi ilə çıxıb efirdə deyir ki, guya mən onun qohumu ilə bir xəstəxanada doğmuşam. Gətirib o qohumunu ortaya çıxartsın görüm, o kimdi elə?

- Yəni olub elə bir şey?

- Hə, guya mən onun qohumunun yanında doğmuşam. Kəmalə adında bir qadının adını çəkir. Doğmuşam, əcəb eləmişəm, ay Nadir, sənə nə düşüb? Sən də mənimlə bərabər doğmusan? Yəni artıq, bilmirəm, bunların sənətləri tükənib, ona görə belə məsələləri müzakirə edirlər.

- Onları məhkəməyə vermək fikrin yoxdu?

- O verilişi hazırlayan kanala hörmət qoyuram. Məhkəməyə də verərəm, o tərəfə də keçərəm. Amma ortada kanal var.


- Nadir Qafarzadənin özündən niyə belə etdiyini soruşmusan?

- Mənim uşağımın atasını tapmaq Nadirə çox baha başa gələr. Ona xəbərdarlıq edirəm ki, özünə problem açmasın, gedib işi ilə məşğul olsun. Sonra da çıxıb deyir ki, nə Rəqsanəni tanıyır, nə də sənətini. Ay gicbəsər, mənim sənətimi, özümü tanımırsansa, nə qələt qarışdırıb məndən danışırsan efirdə? Məhkəməyə verə bilərəm, amma məhkəməyə də verəndə elə bir işi verəsən ki, ortada bir şey olsun. Mən bunun nəyini məhkəməyə verib, özümü biabır edim?

- Bəs sənin adını açıqlamadığın həyat yoldaşın bu məsələlərə nə deyir?

- O deyir, hər şeyin vaxtı var. Qoy, hələ kim nə istəyir, onu eləsin.

- Sonra nəsə edəcək?

- Cücəni payızda sayarlar.

- Yəni sentyabrda nəsə olacaq?

- Allah qoysa! O, mənə məsləhət görür ki, öz işlərimlə məşğul olum. Mən bəziləri kimi iki uşağı çöldə qoyub, atalarını gətirib yanıma salmamışam. Açığını deyim, mənim uşağımın atası subaydı. İlk dəfə olaraq bunu sizə deyirəm, otuz yaşı var, çox da tanınmış insandı. Ona görə də açıqlama vermirik.

- Şou-biznesdə olan şəxsdir?

- Yox, başqa sahədə çalışır.

- Bu qədər məşhur adam niyə çıxıb uşağına sahib çıxmır? Uşağın atası olduğunu demir?

- İstəmir. O adam uşağını qəbul edib, bəsdir. Onun reklama ehtiyacı yoxdur, çünki onu sözsüz hamı tanıyır. Hətta uşağa da anasının adını qoymaq istəyirdi, bir az köhnə ad olduğuna görə razılaşmadıq. Ad qoymağı Aysunun öhdəsinə buraxdıq. O da adını Yağmur qoydu.

- Doğrudan, sənin iki uşağın oldu, yoxsa bir?

- İki, o birinin adı Damla idi. Elə özü də damla idi. Çox balaca idi. Onun ağ ciyərlərində problem oldu. Doğuşa qədər mən qızım, yoxsa oğlum olacağını bilmirdim. Axır məqamlarda qızım olacağını bildim. Amma oğlan istəmirdim. Oğlandan zəhləm gedir. Mən hələ indi birini də doğası olsam, lap başlarına daş düşər.


- Sənin süni mayalanma ilə uşaq dünyaya gətirməyin barədə də danışırlar?

- Tamamilə yalandır. Mənim övladım var idi də, nə məcbur idi ki?

- Bütün bu şayiələrə səbəb, sənin uşağın atasını gizlində saxlamağındır...

- Elə bilməsələr, yaxşıdır. Bilsələr, lap infarkt olarlar.

- Bəs o adamın ailəsi, atası, anası səni qəbul edir?

- Onun ailəsi yoxdur. Amma sevgi elə bir şeydir ki, ata-ana qəbul etsə də, etməsə də olur. Mən ona icazə verirəm, getsin kiminlə istəyir evlənsin.

- Siz rəsmi nikahda deyilsiniz?

- Yox, kəbinimiz var.

- Evinin əlindən alınması barədə danışıqlar. Bu nə qədər düzdür?

- Tamamilə yalandı. Mənim evimi əlimdən alıblarsa, harda qalıram?

- Kirayə qalırsan.

- Kirayə qalsam, bunu da gizlətmərəm. Deyərəm, imkanım yoxdu, kirayə qalıram. Bəlkə bir-iki nəfərin mənə yazığı gəlib, bir ev verər. Kirayə qalmaq ayıb iş deyil. Amma maşınımı satdım, yeni maşın sifariş vermişəm, bu həftə gətirəcəklər.

- Markası nədi?

- BMW-X6.


- Bu söz-söhbətlər səni sıxmır ki?

- Qətiyyən, indi çox həvəslənmişəm. İstədiyimə nail oldum. İstədim ki, o insanla mənim əlaqələrim daha yaxın olsun. Yəni, kişidir, məni atıb gedərdi, ayrılardı. Amma indi uşaq var, artıq onun mümkünü yoxdu. Nə olur olsun, uşağını həmişə axtaracaq, artıq uşağının evini də alıb. Uşağım üçün imkanlar yaradacaq. Amma mən kişi qazancı yeməyə öyrənməmişəm. Həmişə özüm qazanmışam. Mən şou-proqramlarda günü dörd yüz manata oxumağı ayıb bilmirəm. Amma özüm qazanıram, mənə ev və ya maşın alıb verilməsini xoşlamıram. Bu gün alıb versinlər, sabah da bəziləri kimi əlimdən alsınlar. O övladı üçün nə istəyir, etsin, ancaq mən özüm qazanım. İndi yeni albom üzərində işləyirəm. Fuad Əlişov iki klipimi çəkir. Oktyabrda Bakıda konsertimiz olacaq.

- Aygünə yenə nəsə demək istəyirsən?

- Mən o insanın yaşına hörmət edirəm. Aygün deyir ki, mən cinayət məsuliyyəti daşıyıram. Hər halda mən səkkiz aylıq uşağı həyata gəlməyə qoymayıb, rədd etdirməmişəm. Uşağımı doğmuşam, sağ-salamat dünyaya gətirmişəm, əlavə bacımın iki uşağına da baxıram. Mən beş dənə uşağa baxıram. Beşinə də analıq edirəm. Hansı ki, mən o hissləri bilirəm. Bilməsəm, edə bilmərəm.

- Aygün səkkiz aylıq uşağı rədd edib?

- Yox, edənlər çox olub. Mən deyirəm, söz yiyəsi öz sözünü götürəcək. Nə də mən heç kəsin uşağını ortalıqda qoymamışam. Birinci uşağım həyat yoldaşımdan olub, ikincisinin də yerli-dibli ailəsi yoxdu. Məndən sonra ola bilər, olsun da.

- Sən necə razı olacaqsan ki, uşağının atası başqası ilə ailə qursun?

- Mən istəyərəm ailə qursun, əgər onun valideyinləri bunu istəyirsə, qoy toyu olsun. Onların da öz arzular var. Mənim toyum da olub, gəlin də köçmüşəm. Yəni ki, mənim uşaqlarım yanımda, ağlım başımda. Anama baxıram, ailəmə baxıram, bu mənə bəsdi. Aygünə də məsləhət görürəm ki, efirdə özündən, öz sənətindən danışsın. Nəyinə lazımdi, Röya hara getdi, Rəqsanə harda qaldı, Xumar neylədi? Niyə özünə qarğış yağdırır? Niyə özünü gözdən salır?

- Rəqsanə, bəs Moskvada harda doğdun uşağı?

- Özəl klinikada.

- Adını demək istəmirsən?

- Serpuxov. Moskvanın Serpuxov şəhərində özəl klinikaların birində
BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1039 | MÜƏLLİF: X_MAN |
ÜMUMİ SƏRH:  25
PRINCE ŞƏRH # 25
MENE BIR SHEY MARAQLIDIR KI AYGUN KIFAYET QEDER REKLAM OLUNUB. REKLAMA EHTIYACI YOXDU.AMA NE SEBEBE REQSANE ILE QALMAQALA GORE GUNDEMDE QALMAQ ISTEYIR?YEGIN REQSANE ONA PUL ODEYIB KI ONUNLA QALMAQAL ETSIN VE REQSANE DE GUNDEME GELSIN))))))))))))))))) BU MUGENNILERDEN NE DESEN GOZLEMEK OLAR happy

 

  
 


Kursant ŞƏRH # 24
Reqsane olmeyib hele,xaiw edirem biriniz oldurun onu!!! angry

 

  
 


RUPI-WER ŞƏRH # 23
BU NE VAXTDAN MUGENNI OLUB KI

 

  
 


seva ŞƏRH # 22
OYDAAAAAAAA BURDA UJE SEVIYYE SOHBETI GEDIR

 

  
 


malciska ŞƏRH # 21
MEN REQSANENIN SIFETINI ELIMLE DUZELDERDIM ELIME DUSSEYDI

 

  
 


UREK_BIR_DEFE_SEVIR ŞƏRH # 20
MEN BELE QALMAQALLARA BAS QOSMURAM CUNKI GUNDEMDE QALMAQ UCUN UYDURULAN QALMAQALLARDI

 

  
 


brilliant ŞƏRH # 19
o biler men bilerem biggrin

 

  
 


ELSEN33 ŞƏRH # 18
AYGUN BU ITTIHAMLARI CAVABSIZ QOYMAYACAQ

 

  
 


ramzes ŞƏRH # 17
men isteyirem toyumda reqsane oxusun dry

 

  
 


ROYAN_OLUM ŞƏRH # 16
REKSANE ROYA ILE DOSTDU. smile

 

  
 


ElNuR ŞƏRH # 15
MENE LAP MARAQLIDI.AMMA AXIRI MELUMDU REQSANE AYGUNDEN UZR ISTEYECEK AYGUNDE DEYECEK BIZ HEC DALASMAMISIQ O MENIM BACIMDI

 

  
 


ERON ŞƏRH # 14
BEZDIM BU QALMAQALDAN. MARAQLI DEYIL

 

  
 


X_MAN ŞƏRH # 13
ELENA, senden de 2 min defe

 

  
 


ELENA ŞƏRH # 12
REQSANE AYGUNDEN MIN DEFE SEVIYYELIDI.

 

  
 


FANATKA_AYGUN ŞƏRH # 11
angry Y_O_R_U_M Y_O_K angry

 

  
 


paraise-girl ŞƏRH # 10
BIRCE ONU QEYD ETMEK ISTERDIM KI X_MAN SEKILI ELA TAPMISAN smile

 

  
 


X_MAN ŞƏRH # 9
aygun ela oxuyur.birde ki reqsanedi de taxta cene reqsane.getsin taxta cenesin yaxsi-yaxsi duzeltdirsin

 

  
 


FORME ŞƏRH # 8
REKIS YAZIQ HAMI ONUN USTUNE GELIR. BESDI DE AYGUN MEZELENMEYE BASQA BIR BOZBAS TAP happy happy happy happy happy

 

  
 


REN-NER ŞƏRH # 7
dry BU MEQALENI ESIDENDEN SONRA 3-DEFE UREYINIZDE DEYIN : MEN ESEBI DEYILEM dry

 

  
 


totu-show ŞƏRH # 6
O BILER MEN BILEREM

 

  
 


david ŞƏRH # 5
BU AYGUNUN ISI-GUCU QALMAQALDI.OXUYA BILMIRDE NEYNESIN

 

  
 


ayka ŞƏRH # 4
IKISI DE OZUNE GORE MUGENNIDI AMMA SEVIYELERI GOZ QABAGINDADIR

 

  
 


brave_heart ŞƏRH # 3
ESL BOZBAS MUGENNI

 

  
 


X_MAN ŞƏRH # 2
iyrenc!!!

 

  
 


X_MAN ŞƏRH # 1
bele mugennileri sehneden silmek lazimdi

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!