28.03.2024, 21:13
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » AVQUST » 11 » ILHAMƏ QULİYEVA AÇIQLAMA VERDİ...
ILHAMƏ QULİYEVA AÇIQLAMA VERDİ...
23:20
İlhamə Quliyevadan aşağılayıcı və təhqiramiz açıqlama
Müğənni mətbuat katibinin vasitəısilə Flora Kərimovaya təhqir püskürdü
 
“Bu il avqustun 6-da xalq artisti Flora Kərimova və onun ətrafında cəmləşən bir qrup şəxs mətbuat konfransı keçirərək Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” ordenli İlhamə xanım haqqında ağıllarına gələn cəfəngiyyatı media əhlinin diqqətinə çatdırıblar. Flora Kərimova cəmiyyətin diqqətini çəkmək, gündəmə gəlmək üçün İlhamə xanımı duet oxumağa dəvət edib və onunla birgə mətbuat konfransı keçirmək istədiyini diqqətə çatdırıb. Təəssüfləndirici məqamlardan biri də odur ki, İlhamə xanımın köməkliyi ilə şou-biznes aləmində özünə yer tapmağa çalışan, amma buna nail olmadıqda əks mövqe tutan Sərxan Kərəmoğlu da İlhamə xanımın ünvanına hədyanlar yağdırmaqdan çəkinməyib”. Bu açıqlama Lent.az-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli tərəfindən daxil olub.

Flora Kərimova və Sərxan Kərəmoğlunu "ünsür" adlandıran mətbuat katibi öz şefi ilə bağlı tərifli fikirlər səsləndirib. F.Ələkbərli mətbuat katibindən daha çox şəxsi münaqişənin tərəfi kimi verdiyi açıqlamasında qeyd edib ki, gündəmdə qalmaq, özünün haqlı olduğunu göstərmək istəyən F.Kərimova yaşının çox olmasına baxmayaraq, yəqin hələ də bilmir ki, 30 il bir-biri ilə danışmayan şəxslər bir araya gəlib duet oxuya bilməzlər:

“Daim ona şər atan bir adamla İlhamə xanım kimi hörmətli bir sənətkar necə duet oxuya bilər? Hər şeydən əvvəl duet oxuyan şəxslər gərək bir-birinə hörmət eləsin, çox istəsin. Tərəflər arasında isə bu, hiss olunmur. Ancaq bu duet F.Kərimovaya “raskrutka” üçün lazımdırsa, o zaman İlhamə xanım onunla eksklüziv duet oxuya bilər. Yalnız bir şərtlə ki, o, özünü İlhamə xanım səviyyəsində apara bilsin”.

Daha sonra İlhamə Quliyevanın təhsili ilə bağlı F.Kərimovanın söylədiklərinə münasibət bildirən mətbuat katibi “guya xalq artisti Azərbaycan Dövlət Universitetini bitirməyib, bunları özündən uydurub. Lap tutaq ki, İlhamə xanım nə orta məktəbi bitirib, nə ali təhsil alıb, nə də musiqi savadı var. Bu məsələdə Floranı narahat edən nədir? F.Kərimova öz keçmişinə nəzər salsa görər ki, 18 il Tibb Universitetinə ayaq döysə də, indiyədək həkim kimi bir insana kömək belə etməyib. Səbəbini isə o dövrün şahidləri yaxşı bilirlər. Axı gününü liftlərdə oğlanlarla görüşdə keçirən bir tələbə hansı biliyi qazana bilər ki, sonra onu da tətbiq etsin? Yəqin İlhamə xanımın təhsil almadığını deyən F.Kərimova onu da unudub ki, əsl musiqi akademiyası xalq artistinin evində olub. O, Tükəzban İsmayılova, Həbib Bayramov kimi sənətkarlardan dərs alıb” - deyə təhqiramiz ifadələr işlətsə də, şefinin universitetdən qovulub-qovulmaması məsələsinə aydınlıq gətirməyib.

Daha sonra F.Kərimovanı şantaj edən mətbuat sözçüsü “bizim əlimizdə onunla bağlı kifayət qədər faktlar var. Əgər F.Kərimova özünü insan kimi aparmasa, əxlaqını normallaşdırmasa, o zaman İlhamə xanım da həmin faktları açıqlamaq məcburiyyətində qalacaq” - deyə növbəti dəfə təhqirə yol verib.

S.Kərəmoğlunu da təhqir edən F.Ələkbərli onun şefinin pullu sürücüsü işlədiyini bildirib: “İlhamə xanım rol alsın deyə sponsor “Adam ol” filminə külli miqdarda vəsait ayırmışdı. Amma S.Kərəmoğlu İlhamə xanımın qonorarını da verməyib. Bundan əlavə, Moskvada təşkil olunmuş tədbirdən yığılan vəsaiti belə mənimsəyib. Bu hərəkətlərinə, yalançılığına görə İlhamə xanım onu yanından uzaqlaşdırıb.

Anası Tükəzban xanımın yas mərasimində göstərdiyi canfəşanlıqdan sonra İlhamə xanım onu bağışlayıb. Lakin hələ anasının vəfatının ildönümü tamam olmamış S.Kərəmoğlunun onun haqqında danışması heç bir əxlaqa sığan hərəkət deyil və İlhamə xanım bunu heç vaxt ona bağışlamayacaq.
Bütün şou əhlinə yaxşı bəllidir ki, S.Kərəmoğlu dəfələrlə başından böyük danışdığına görə müxtəlif insanlar tərəfindən döyülüb. Yəqin ki, bundan sonra da çox döyüləcək. Amma İlhamə xanımın bu cür vasitəyə əl atması onun üçün şərəf olardı ki, bu da heç vaxt baş verməyəcək. İlhamə xanımın nəzərində S.Kərəmoğlu ailəyə buraxılası insan deyil. Bütün günü efirlərdə işə düzəlmək üçün İlhamə xanıma yalvaran S.Kərəmoğlunun bu gün başqa cür danışması onun hansı əxlaq sahibi olduğunu göstərir”.

Müraciətinin sonunda özünü də xüsusi “persona” elan edən F.Ələkbərli mesaj da verib: “ Flora Kərimovanın ətrafında olanlar görüşmək, Flora xanımın əleyhinə danışmaq üçün saatlarla İlhamə xanımın qapısında yatırlar. Amma nə mən, nə də İlhamə xanımın ətrafında olanlar heç vaxt F.Kərimovanın qapısını döyməmişik, ondan kömək istəməmişik”.

... Vəssalam!

 

BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1197 | MÜƏLLİF: X_MAN |
ÜMUMİ SƏRH:  16
ramzes ŞƏRH # 16
 
GORESEN AYGUN ILE ROYADA BU YASDA DAVA EDECEKLER?

 

  
 


X_MAN ŞƏRH # 15
 
YASLARINA BAXIB HEREKET ETSELER DAHA YAXSI OLAR

 

  
 


brave_heart ŞƏRH # 14
 
cool

 

  
 


brilliant ŞƏRH # 13
 
GORMESEK DAHA YAXSI OLAR

 

  
 


FANATKA_TOKIO_HOTEL ŞƏRH # 12
 
BEZMISEM ARTIQ BU QALMAQALDAN

 

  
 


LEGEND ŞƏRH # 11
 
HECDE GUNDEMDE DEYILLER. HEC GUNDEMDE QALMAGA LAYIQ DE DEYILLER. BIRI OZUN SHOW - BIZNESIN ANASI HESAB EDIR, BIRI DE OZUNU COX SADE VE MEDENIYYETLI HESAB EDIR

 

  
 


X_MAN ŞƏRH # 10
 
ikisi de zolerini nese sanirlar

 

  
 


ele ŞƏRH # 9
 
MENCE ILHAME XANIM OZUNU YORMAZ BIR KINOYA GORE, OZLERI CAGIRIBLAR YEQIN KI
"ADAM OL" KINOSU BELKE ONA REYTINQLENER


 

  
 


IDKA ŞƏRH # 8
 
BU ADAMLAR BU QALMAQALLA 30 ILDI GUNDEMDEDILER ONSUZDA.

 

  
 


GUNEL ŞƏRH # 7
 
MEN SEXSEN FLORANI DESTEKLEYIREM. ILHAME XANIM OZUNU COX GOYLE APARIR angry

 

  
 


GUNAY ŞƏRH # 6
 
MENIM XETRIME BELKE OXUYARLAR ? HE ?

 

  
 


orxan252 ŞƏRH # 5
 
YENIDEN IKISIDE GUNDEME GELMEK ISTEYIRDE YEQIN happy

 

  
 


ELENA ŞƏRH # 4
 
BU QALMAQAL MENI LAP BEZDIRIB EEEEE

 

  
 


totu-show ŞƏRH # 3
 
MENCE HEC BIR VAXT ALINMAZ BIZIM GOZLEDIYIMIZ DUET.

 

  
 


GUNAY ŞƏRH # 2
 
SOK SOK SOK OLAR AZERBAYCAN UCUN KI ILHAME QULIYEVA VE FLORA KERIMOVA DUETI wacko

 

  
 


X_MAN ŞƏRH # 1
 
dava qirgin smile lap lezet edir adama

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!