NURA SURIDEN SOK SOK SOK ! - 14 Июля 2008 - TOTU-SHOW...XOS GELMISINIZ

 04.12.2016, 00:52
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 267
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » IYUL » 14 » NURA SURIDEN SOK SOK SOK !
NURA SURIDEN SOK SOK SOK !
12:22

- Müğənni Nura hansı ailədə böyüyüb?
- Ziyalı ailəsində böyümüşəm. Atam Xanlar Səttarov alay komandiri olub. Beş il Zabrat aeroportunda baş direktor vəzifəsində çalışıb. Anam Tibb Universitetini bitirib, amma həmişə atamla birgə fəaliyyət göstərib və Qarabağ müharibəsinin veteranıdır. Ailədə iki bacı, bir qardaşıq.
- Son zamanlar yaradıcılığa fasilə verməyiniz nə ilə bağlıdır?
- Bu ailəmlə bağlıdır. Hazırda ailəm və uşaqlarımla məşğulam. Yaradıcılıqla məşğul olmağa vaxtım yoxdur.
- Müğənni üçün üçüncü dəfə ana olmaq bir qədər qeyri-adi səslənir...
- Qadın üçün ən böyük mükafat onun övladlarıdır. Üçüncü dəfə ana olmaq istəyi özümə qəribə görünmür. Eyni zamanda bu günlər yeni evə köçdüm, təmirlə məşğul oldum. Bu üzdən də xeyli yoruldum. Həkimlərin dediyinə görə, avqustun 7-də üçüncü dəfə ana olacağam, bu dəfə də oğlum olacaq.
- Üç oğula bacı istəmirsiniz?
- Bəlkə dördüncü uşağın qız olmasını istəyərəm, amma hələ ki, belə fikrim yoxdur. Düşünürəm ki, əgər dünyaya övlad gətirirəmsə, onun hər bir şəraiti olmalıdır. Mənim uşaqlarım həyatda çətinlik görməməlidir. Bəlkə Allah mənə elə imkan verəcək ki, gedib uşaq da götürüb saxlayacam?!
- Bu müddət ərzində unudulmaq sizi narahat etmir?
- Yox, məni heç vaxt belə məsələ narahat etməyib. Həyatda mənim üçün ən vacib olan ailəm və uşaqlarımdır. Unudulum da, nə olsun? Mən bu sənətdə əziyyət, zəhmət çəkməmişəm. Sadəcə, ürəyim istəyib, ona görə də bu işlə məşğul olmuşam. Deyim ki, bu sənətlə pul qazanmaq, tanınmaq üçün məşğul olmuşam, belə deyil. Hər zaman ürəyim istəyən mahnını oxumuşam. Mən kütləni də nəzər almıram. Ürəyim istəyəndə mahnı yazdırıram, ürəyim istəyəndə mahnı bəstələyirəm. Yəni hər zaman mən ürəyim istəyəni edirəm, ilk növbədə özüm üçün yaşayıram.
- Nə vaxt yenidən sənətlə məşğul olmağa başlayacaqsınız?
- Hələ deyə bilmərəm məşğul olacam bu işlə ya yox. Ola bilər ki, mən, ümumiyyətlə, sənətə əlvida deyim.
- Nuranın daim bir çoxlarının hədəfində olmasına səbəb nədir?
- Mən sənətdə özümdən çox böyük olan insanların hörmətini qazanmışam və onlarla ünsiyyətim var. Nisə Qasımova dəfələrlə məni verilişinə dəvət edib və mənə dəfələrlə deyib ki, sənə çox böyük simpatiyam var. Nisə xanım mənə bu sözü deyəndə düşünürəm ki, görəsən, mən onun hörmətini nə ilə qazanmışam? Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə də gözəl münasibətlərimiz var. Əgər hansısa insanın gözü məni götürmürsə, demək, problem ondadır. Bir də ki, axı hamı məni sevə bilməz. Elələri də var ki, mənim də heç ondan xoşum gəlmir, qulaq asanda qıcıqlanıram. Mən onların adını açıqlamaq niyyətində deyiləm. Açıqlasam da, bunu mənim səmimiliyimlə deyil, özümə reklam qazanmaq istəyi ilə əlaqələndirəcəklər. Onlar özləri qalmaqal yaradırlar, sonra da deyirlər ki, qalmaqalı mən yaradıram. Mən heç zaman qalmaqal həvəsində olmamışam, sadəcə, sözün düzünü demişəm. Mən onların heç birindən qorxmuram, sadəcə, adımın qalmaqallarda hallanmasının qarşısını alıram. Xoşa gəlib-gəlməmək zövqə bağlı bir şeydir. Azərbaycan şou-biznesində münasibətimin pis olduğu sənətçilərin sayı azdır.
- Sənətdə dostunuz kimdir?
- Xətrini çox istədiyim, dostluq etdiyim Elnarə və Natəvandır.
- Hazırda Aygün Kazımova ilə münasibətləriniz hansı səviyyədədir?
- Bizim aramızdakı münasibətlər heç zaman düzəlməyib. Bu insan hamı ilə belədir. Röya ilə də gah barışır, gah ağzına gələni deyir. Bir də görürsən Natəvanla ikisi bir səhnədə çıxış edirlər, səhərisi çıxıb Natəvana ağzına gələni deyir. Bu insanın xasiyyəti budur, qalmaqal yaradır, gənclərə sataşır. Mən bunun səbəbini də açıqlamaq istəmirəm. Səbəbini açıqlayardım o zaman ki, bu insanın tək mənimlə münasibəti pis olaydı. O zaman araşdırardım bunun səbəbini. Mən fikirləşirəm ki, yəqin bu insanın kompleksindən irəli gəlir belə şeylər. Röya, Natəvan, Elnarə, Sevda Ələkbərzadə ilə münasibətləri pisdir. Yəni o, tək mənə qarşı deyil. Sevda Ələkbərzadə ona nə etmişdi ki? Bir ara Xumar Qədimova ilə aralarından su keçmirdi, indi də onunla münasibəti pozulub. Biz onunla rəfiqə olub, bir yerdə çörək kəsmişik. Çox yaxın rəfiqə olmuşuq, heç bir müğənni ilə mənim elə münasibətim olmayıb. Aygün Kazımova dünən dost olub, çörək kəsdiyi insanlara gözlənilmədən düşmən olur. Deməli, problem Aygünün özündədir. Mən onun sənəti haqqında heç nə deyə bilmərəm. Bu, çox gülünc görünər. Çünki onun təcrübəsi 20 ildən artıqdır. Ancaq mən ona qulaq asmıram.
- Gündəmdə qalmaq üçün hansı vasitələrə əl atmısınız?
- İlk dəfə 1990-cı ilin əvvəllərində bir qrupda səhnəyə gəldim. Sonra ailəm icazə vermədi, getmədim. Ara-sıra məşğul olmuşam. Konkret olaraq 5 ilə yaxın olar ki, sənətdəyəm. Gündəmdə qalmaq üçün istəyirsən lap özünü öldür, əgər sevilmirsənsə, mümkün deyil. İlk növbədə səs, qabiliyyət durmur. Elə insanlar tanıyıram ki, üç-dörd oktava səsi var, sənəti var, amma insanlar tərəfindən qəbul olunmur. Sənətçi də ulduzluq olmalıdır ki, sevilsin, qəbul edilsin.
- Özünüzə qulaq asanda müğənni kimi necə qəbul edirsiniz?
- Çox gözəl. Ona görə ki, mən iki il Svetlana Mirzəyevadan vokal dərsləri almışam. Hamı da bilir ki, kim nədir. Bu zamana kimi mən studiyada bir saatdan artıq mahnı yazdırmamışam. Bu gün səhər mənə verilən mahnını həmin gün axşam yarım saatın içində hazır edirəm. Bu, hər müğənninin işi deyil. Əgər mənim səsim, qabiliyyətim olmasaydı, bunu necə edə bilərdim? Mən bütün bek-vokalları özüm oxuyuram. İki oktava səsim var, diapazonum da kiçik deyil. Bəzilərinə elə gəlir ki, kimsə muğam bilirsə, deməli, sənəti var, bilməyənin isə sənəti yoxdur. Əslində bu belə deyil.
- Sənətdən uzaqlaşmağa səbəb nədir? Bəs hansı sənətlə məşğul olmaq fikrindəsiniz?
- Hazırda mən məqalələr, kitab yazıram. Mən heç zaman sənətsiz qalmayacağam, həmişə bir sənət tapıb məşğul olacam. Ana dilimizi çıxmaq şərti ilə 4 dil bilirəm. Mənim babam, dayım, anam da yazıb. Sadəc,ə yazmaq üçün vaxt lazımdır, elə bir şey yazmaq lazımdır ki, seçilsin. Ssenari də yazmaq fikrim var. Hazırda yarımçıq qalan yazılarım çoxdur.
- Teleaparıcılığı davam etdirmək fikriniz varmı?
- Yarım ilə yaxın aparıcılıq etdim. Əgər həftəlik veriliş olsaydı, daimi olaraq aparardım. Axı mənim də həyatım olmalıdır. Çatdırmaq mümkün deyil.
- Üçüncü oğul həyatınızda nəyi dəyişəcək?
- Bilmirəm. Qadın həmişə ana olmağa hazır olmalıdır. Nə qədər çox ols,a bir o qədər yaxşıdır.
- Adını nə qoyacaqsanız?
-İnanın, heç fikirləşməmişəm. Təki sağ-salamat dünyaya gəlsin. Bu müddət ərzində problemlərim çox oldu, xəstəxanalarda çox yatdım. Oğlumun birinin adı Xosrov, o birininki isə Moshendir.
- Oğlunuzun atası kimdir?
- Atasız da uşaq olar? Əlbəttə, atası həyat yoldaşımdır. Ailəliyəm, amma həyat yoldaşım haqqında heç bir məlumat verməyəcəyəm, çünki onun şou-biznesə heç bir aidiyyəti yoxdur. Əgər şou-biznesə yaxın olsaydı, mütləq xəbəriniz olardı. Mən şəxsi həyatım haqqında danışmağı sevmirəm. Ötən dəfə “Arı şou”nu yarıda tərk etdim. Bəziləri mənim üç dəfə ailə qurmağımı əllərində bayraq ediblər. Ona görə heç bu haqda danışmaq istəmirəm. Mən bunda heç bir eyib şey görmürəm. Ona pis baxaram ki, qadın kiminləsə nikah olmadan yaşayır, ailə olmadan uşağı olur. Bu gün bir çox müğənnilər nikahı olmadan yaşayır. Kiminləsə yaşa, sonra da çıx efirdə təmiz olduğunu de. Bu eyibdir. Amma mən ailə qurmuşam, bunu camaat əlində tutub dayanıb. Elməddin verilişində dedi ki, üç dəfə ailə qurmusan, elə o yerdə verilişi tərk etdim. Mənim ailəmlə kimin nə işi var axı? Nikah olmadan uşaq dünyaya gətirən ana bu uşağa kimin soyadını verəcəyi haqda düşünmür? Adam bir iş görəndə ağılla hərəkət edər. Mən uşaqlarımın atası ilə boşanmışam. Amma mənim yoldaşım uşaqları ilə görüşür, gəlir-gedir. Uşaq bilir ki, bu bunun atasıdır. İndi mən başqa biri ilə ailə qurmuşam, amma bu o demək deyil ki, uşaqlarımın atası gəlib uşaqlarını görməyəcək. Sadəcə, bunu reklam etmək istəmirəm.
BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 800 | MÜƏLLİF: EHTIRAS |
ÜMUMİ SƏRH:  14
x_girl ŞƏRH # 14

NURA HEC OLMASA BEZİLERİNDEN YAXSİ OXUYUR

 

  
 


orxan252 ŞƏRH # 13

OK QARDAS

 

  
 


orxan252 ŞƏRH # 12

smile
DEYESEN BU SAYTDA OZUME COX DOST TAPACAM MES: X-MAN


 

  
 


orxan252 ŞƏRH # 11

NURA MUGENNIDI ???

 

  
 


totu-show ŞƏRH # 10
ok

 

  
 


totu-show ŞƏRH # 9
x_man ve ehtiras axir yeri ne oldu ? 1-2 yoxsa 3-5 ? heeeeeeee?

 

  
 


GUNAY ŞƏRH # 8

x_man otur ayaqlarin agriyar happy

 

  
 


EHTIRAS ŞƏRH # 7

3-5 cox oldu 1-2

 

  
 


GUNAY ŞƏRH # 6

dogurdanda sok sok sok

 

  
 


ElNuR ŞƏRH # 5

NURANIN FANATLARIDA VAR AYGUN QEDER OLMASADA .
AMMA YENEDE DUSUNUREM FKIRLERINE HORMET ETMEK LAZIMDI


 

  
 


totu-show ŞƏRH # 4
AMMA YENEDE NURAYA QARSI SEVGIM AZALMADI

 

  
 


EHTIRAS ŞƏRH # 3

smile smile smile

 

  
 


ElNuR ŞƏRH # 2

COX MUBAHISELI MUSAHIBEDI.
COX SEY MEN DUSUNDUYUMDENDE EKS DEYIB NURA wacko


 

  
 


totu-show ŞƏRH # 1
MEN NURANI COX ISTIREM.
AMMA MEN DUSUNURDUMKI DOSTLARI SIRASINDA ROYA DA OLAR


 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2016
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!