29.03.2024, 18:09
ZAMANLA   ADDIM - ADDIM...
ƏSAS SƏHİFƏ
XOŞ GƏLDİN  QONAQ · STATUS "QONAQ" · RSS

MENYU
MP3
VIDEO
SEKILLER
PROQRAMLAR
SHOW-BIZNES
DINIMIZ
MARAQLI
XEBERLER
SEVGI
MABIL
OYUNLAR
YA QARABAG
REKLAM

EUROVİSON MEWS
SORĞU
BU DƏFƏ...
     
FAIZLER · ARXIV ]
BUTUN SESLER: 269
REKLAM
SAYĞAC

UMUMI ONLINE : 1
QONAQ : 1
ISTIFADECI : 0
 
əsas səhifə » 2008 » MAY » 5 » Borcu var?
Borcu var?
14:23
 
Xatirənin Azercell-ə 90 min dollar borcu var?
 
Xatirənin Azercell-ə 90 min dollar borcu var?

''Nömrə 1 '' realiti-şousu artıq neçə aydır efirdədir. Bu verilişdə indiyədək xeyli müğənni ələnib. Xatırladaq ki, sözügedən yarışmada səsvermə SMS vasitəsi ilədir. Bu şouda ən qalmaqallı mərhələ Aygün Kazımova ilə Natəvan Həbibinin yarışmasında yaşandı. Aygün gənc həmkarını əzici üstünlüklə udacağını güman etsə də bunun tam tərsi baş verdi: Natəvan Həbibi heç kimin gözləmədiyi halda rəqibinə qalib gəldi.
Şouda ikinci qalmaqal Natəvanla Xatirə İslamın ?duel?i zamanı yaşandı. Hər iki müğənni xeyli səs topladı. Nəticə isə Xatirənin xeyrinə yekunlaşdı. Həmin vaxt Xatirə İslam 250.325, Natəvan isə 235.535 SMS almışdı. Bu, gerçəkdən bir sensasiya idi. Amma çoxları bilirdi ki, hər iki müğənniyə gələn fantastik məbləğdə SMS-lər təbii deyil. Yəni bu işin arxasında onların fanat ordusu deyil, hansısa digər amillər dayanır. Əgər belə olmasaydı, Xatirə ötən həftədəki ?duel?də o qədər də populyar olmayan Teymur Əmraha 30 min SMS fərqi ilə uduzmazdı.
Artıq bu rəyi möhkəmlədən, haqlı çıxaran məlumatlar alırıq. Deyilənə görə, ''Nömrə 1'' realiti-şousu Xatirə İslamı yamanca xərcə salıb. Həmkarı Natəvan Həbibini ''məğlub etməsi'' müğənniyə baha başa gəlib. Onun ''Azercell''ə hətta böyük məbləğdə - 90 min dollar borcunun yarandığı deyilir. Bunun necə baş verməsi barədə tam təsəvvürə malik deyilik. Amma gəzən söz-söhbətlərdə bu borclanmanın mexanizmi də var: sən demə, Xatirə Natəvanın da yarışmaya yaxşı hazırlaşdığını bildiyindən, ''Azercell'dən qabaqcadan böyük məbləğdə limit götürüb və ayrı-ayrı abonentlərin nömrələrindən özünə SMS göndərtdirib.
Məsələ ilə əlaqədar ''Azercell''in mətbuat katibi Rüfət Abbasova müraciət etdik. Onun münasibəti qısa oldu: ''Xatirə İslam bizim (''Azərcell''in - red.) abonentdir. Biz ''Azercell'' olaraq öz abonentlərimiz haqqında konfidensial hesab olunan məlumatları açıqlamırıq''.
Xatirə xanımın özünə telefon açdıq. Müğənni bildirdi ki, o o, hazırda Moskva şəhərindədir. Müsahibimiz etiraf etdi ki, rəqibi Natəvanı məğlub etmək üçün çox dost-tanışa müraciət edib və onların arasında xeyli xərcə düşənlər var. Lakin Xatirə öz borcu haqda danışmaq istəmədi: ?Belə məsələlərə çox da diqqət verməyin. Ola bilər ki, Natəvanı məğlub etdiyimə görə dost-tanışlarımın 100, 200, 500 manat borcu olsun. Çünki mən ona qalib gəlmək üçün atamdan, anamdan, yeznəmdən, digər qohumlarımdan, dost-tanışlarımdan xahiş etmişdim ki, SMS göndərsinlər. Mənə dəstək olanlara minnətdaram ki, prinsipiallıq göstərməkdə mənə kömək etdilər. ''Duel''dən sonra bəzi pərəstişkarlarımın telefonunun bağlandığını da eşitdim. Amma Teymur Əmrahla yarışmada bütün dost-tanışlarıma dedim ki, mənə heç kəs səs göndərməsin. Mən realiti-şounu pisləmirəm, müğənni realiti-şoulara çıxmalıdır. Lakin dost-tanışlarımın gərəksiz yerə çox xərcə düşməsi nəyə lazımdır?! Artıq pul xərcləyəcəm ki, ya İzzətlə, ya da Teymurla rinqə çıxım?
Həvəsdi, bəsdi?. / Musavat qazeti
BÖLMƏ: SHOW-BIZNES | BAXİLİB: 1589 | MÜƏLLİF: ERON |
ÜMUMİ SƏRH:  8
X_MAN ŞƏRH # 8
 

ne yolla udmagi vacib deyil esas odu uddu.tak shto partliyin natavan ve fanatlari

 

  
 


YANIQ_KEREMLER ŞƏRH # 7
 

BIZIM FIKRIMIZCE : XATIRE 44% NATAVAN 44 % AYGUN 45% IZZET 100% YEKDI

 

  
 


GUNAY ŞƏRH # 6
 

O VERLISDE ROYA YOX IDISE ORDAKILAR P.... IDISE NE DEYE BILEREM

 

  
 


EDRAYF ŞƏRH # 5
 

EH NE DANISIRSIZ O HELE NATAVANI GUCLE UDDU. NESE KELEK ETDI DEYE YOXSA HEC VAXT UDA BILMEZDI. OK?

 

  
 


REN-NER ŞƏRH # 4
 

YAZDIGINIZ SOZLERE DIQQET EDIN ERON BEY. XUSUSI ILE AYGUN HAQQINDA

 

  
 


ELENA ŞƏRH # 3
 

HEY MILLET NE YAXSI BU VERLIS QURTARDI. GOZLERIMIZ MAZOL OLMUSDU

 

  
 


ERON ŞƏRH # 2
 

men o verlise baxmirdim. cunki heyatim roya orda yox idi. olmasa yaxsi idi cunki orda olanlarin 79%-i seviyyesizidi

 

  
 


SURI ŞƏRH # 1
 

BORCA GIRIB NATVANI UDMAQDAN OTRU. NE GUNDESEN XATIRE

 

  
 


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright TOTU-PRODUCTİON © 2024
DAXİL OL
AXTAR
YENİ ALBOMLAR

 
 
 
 
 

 
 

 
 

 
 
 

 
 
 

REKLAM

AZNET.TK

REKLAM
REKLAM

Saytda verilmış xəbər və yazılan şərhlərə görə TOTU-SHOW administrasiyası məsuliyyət daşımır!