''Nömrə 1 '' realiti-şousu artıq neçə aydır efirdədir. Bu verilişdə indiyədək xeyli müğənni ələnib. Xatırladaq ki, sözügedən yarışmada səsvermə SMS vasitəsi ilədir. Bu şouda ən qalmaqallı mərhələ Aygün Kazımova ilə Natəvan Həbibinin yarışmasında yaşandı. Aygün gənc həmkarını əzici üstünlüklə udacağını güman etsə də bunun tam tərsi baş verdi: Natəvan Həbibi heç kimin gözləmədiyi halda rəqibinə qalib gəldi. Şouda ikinci qalmaqal Natəvanla Xatirə İslamın ?duel?i zamanı yaşandı. Hər iki müğənni xeyli səs topladı. Nəticə isə Xatirənin xeyrinə yekunlaşdı. Həmin vaxt Xatirə İslam 250.325, Natəvan isə 235.535 SMS almışdı. Bu, gerçəkdən bir sensasiya idi
... .