Asilərə verilən bəzi növ cəzalar barədə əl-Buharinin “Səhih”ində Samur ibn Cundub rəvayət etmişdir. O rəvayət edir ki, Peyğəmbər(sav) , sahabələrindən tez-tez soruşardı: “Bu gecə sizdən kimsə yuxu görüb?” İnsanlar ona yuxularını danışardılar. Bir səhər o dedi: “Bu gecə yanıma iki nəfər gəldi. Onlar məni özləri ilə götürdilər və dedilər: “Get”. Mən onlarla birgə yola çıxdım və biz uzanmış kişinin yanına gəldik.
Onun üstündə əlində qaya parçası tutub onun başını yaran digər kişi dayanmışdı. Ona zərbə yetirdikdən sonra daş qırağa düşürdü və o daşı götürmək üçün gedirdi, lakin uzanmış kişiyə çatmamış uzananın başı bitişib öz əvvəlki şəklinə gəlirdi və o yenidən ona zərbə yetirirdi. Mən dedim: “Sübhan Allah! Bu kimdir! – onlar isə dedilər; “Get! Get!” Biz yolumuza davam etdik və kürəyi üstə uzanan insanın yanına gəldik. Onun üzərində əlində dəmir qarmaq olan digər insan dayanmışdı
... .
Rəsulu-əkrəm (s.a.a) buyururr: "Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan namazı son dərəcə hüzuri-qəlblə qıl, edam hökmü verilmiş şəxsin edamdan qabaq qıldığı son namazı kimi)." Rəsulu-əkrəm (s.a.a) buyurur: Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-təala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerin yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.